Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə109/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   134

 

352 


 

Əmlakın yenidən qiymətləndirilməsindən qazanc və itkilər sətri üzrə: 



– digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №-

li  “Digər  ehtiyat  fondları”  sintetik  hesabının  müvafiq  subhesabında  uçota  alınan 

ümumiləşdirilmiş məlumatlar göstərilir. 

Əmlakın əvəzsiz verilməsindən qazanc və itkilər sətri üzrə: 



-digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №-li 

“Digər  ehtiyat  fondları”  sintetik  hesabının  müvafiq  subhesabında  uçota  alınan 

ümumiləşdirilmiş məlumatlar göstərilir. 

İnvestisiyaların  yenidən  qiymətləndirilməsindən  qazanc  və  itkilər  sətri 

üzrə: 

-digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №-li 

“Digər  ehtiyat  fondları”  sintetik  hesabının  müvafiq  subhesabında  uçota  alınan 

ümumiləşdirilmiş məlumatlar göstərilir. 

Xarici  ölkələrdə  aparılan  fəaliyyətlərindən  yaranan  məzənnə  fərqi  sətri 

üzrə: 

– məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın hesabat dövrü üzrə 

535  №-li  “Digər  ehtiyat  fondları”  sintetik  hesabının  müvafiq  subhesabında  uçota 

alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.  

Xalis aktivlərdə (kapitalda) tanınan gəlir sətri üzrə: 



– digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №-

li  “Digər  ehtiyat  fondları”  sintetik  hesabının  müvafiq  subhesabında  uçota  alınan 

ümumiləşdirilmiş məlumatlar;  

– məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın hesabat dövrü üzrə 

541  №-li  “Hesabat  dövrü  üzrə  xalis  mənfəət  (zərər)”  sintetik  hesabının  müvafiq 

subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.  

Hesabat dövrü üzrə xalis mənfəət (zərər) sətri üzrə: 




 

353 


 

–  bölüşdürülməmiş  mənfəət  (ödənilməmiş  zərər)  sütununda  təşkilatın 

hesabat  dövrü  üzrə  541  №-li  “Hesabat  dövrü  üzrə  xalis  mənfəət  (zərər)”sintetik 

hesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir. 

Dövrə aid cəmi tanınan gəlirlər və xərclər sətri üzrə: 

–  hesabat  dövrü  üzrə  xalis  aktivlərdə  (kapitalda)  dəyişikliklərə  aid  olan 

sətirlərinə  uyğun  olaraq  müvafiq  sütunlarda  əks  olunmuş  ümumiləşdirilmiş 

məlumatların cəmi göstərilir. 

Hesabat dövrünün sonuna balans sətri üzrə: 

–  əvvəlki  hesabat  dövrünün  sonuna  balans  və  dövrə  aid  cəmi  tanınan 

gəlirlər  və  xərclər  sətirlərinə  uyğun  olaraq  müvafiq  sütunlarda  əks  olunmuş 

ümumiləşdirilmiş məlumatların cəmi göstərilir. 



 

354 


 

XIII FƏSİL. BÜDCƏ TƏŞKİLATLARININ PUL VƏSAİTLƏRİ 

HƏRƏKƏTİ HAQQINDA HESABAT 

 

13.1.  Əməliyyat  fəaliyyətlərindən  yaranan  pul  vəsaitlərinin  hərəkəti  üzrə  hesabat, 

13.2.  İnvestisiya  fəaliyyətlərindən  yaranan pul vəsaitlərinin  hərəkəti  üzrə hesabat, 

13.3.  Maliyyələşdirmə  fəaliyyətlərindən  yaranan  pul  vəsaitlərinin  hərəkəti  üzrə 

hesabat,  13.4.  Pul  vəsaitləri  və  onların  ekvivalentlərinin  xalis  artması  (azalması) 

üzrə hesabat. 



 

13.1. Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə 

hesabat 

 

“Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat”ın  forması  Azərbaycan 

Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri 

ilə  təsdiq  edilmiş  Büdcə  Təşkilatları  üçün  “Pul  vəsaitlərinin  hərəkəti  haqqında 

hesabat” 2 №-li Milli Mühasibat uçotu Standartı ilə müəyyən edilmişdir. 

Dövlət  büdcəsindən  maliyyələşən  təşkilat  tərəfindən  əvvəlki  və  cari 

hesabat  dövrü  ərzində  “Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat”da  pul 

vəsaitlərinin hərəkəti aşağıdakı kimi qruplaşdırılmaqla təqdim olunur: 

– Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti; 

– İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti; 

– Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti; 

– Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması). 

Dövlət  büdcəsindən  maliyyələşən  təşkilat  pul  vəsaitlərinin  hərəkəti 

haqqında  hesabatı  xalis  pul  vəsaitlərinin  daxilolmaları  və  xaricolmalarının  əsas 

növləri  haqqında  informasiyanı  açıqlayan  birbaşa  metoddan  istifadə  etməklə 

hazırlamalıdır. 




 

355 


 

Birbaşa metodun istifadəsi zamanı pul vəsaitlərinin xalis daxilolmaları və 

xaricolmalarının əsas növləri barədə informasiya dövlət büdcəsindən maliyyələşən 

təşkilatın uçot sənədlərindən əldə edilə bilər. 

Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində 

aşağıdakı  sətirlər  üzrə  pul  vəsaitlərinin  daxilolmaları  barədə  ümumiləşdirilmiş 

məlumatlar göstərilməlidir: 

–  vergilər,  rüsumlar  və  cərimələr  nəticəsində  yaranan  pul  vəsaitlərinin 

daxilolmaları; 

–  mal  və  xidmətlərin  qiymətləri  üzrə  yaranan  pul  vəsaitlərinin 

daxilolmaları; 

– qrantlar və ya transfertlər və  büdcə təşkilatı  tərəfindən həyata keçirilən 

digər  vəsaitlər  və  büdcə  ayırmaları  nəticəsində  yaranan  pul  vəsaitlərinin 

daxilolmaları;  

–  royalti,  haqlar,  komisyon  yığımları  və  digər  gəlirlərdən  yaranan  pul 

vəsaitlərinin daxilolmaları.  

Birja, 

qeyri-birja 



və 

sair 


əməliyyatlara  aid  edilən  əməliyyat 

fəaliyyətlərindən yaranan pul vəsaitlərinin daxilolmaları 101 №-li “Kassa”, 103 №-

li  “Bankda  olan  hesablaşma  hesabları”,  104  №-li  “Tələblərə  əsasən  verilən  digər 

bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının debetində 

əks  etdirilir.  Cəmi  daxilolmalar  sətrində  təşkilatın  hesabat dövrü  və  əvvəlki dövr 

üzrə yuxarıda göstərilən sətirlər üzrə daxilolmalarının cəmi əks etdirilir.  

Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində 

aşağıdakı  sətirlər  üzrə  pul  vəsaitlərinin  xaricolmaları  barədə  ümumiləşdirilmiş 

məlumatlar göstərilməlidir: 

–  fəaliyyətin  maliyyələşdirilməsi  üçün  büdcə  təşkilatının  digər  təsərrüfat 

subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər istisna olmaqla); 

– mallar və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri; 

– işçilərə və onların adından pul vəsaitlərinin ödənişləri; 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə