Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə110/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   134

 

356 


 

– sığorta şirkətinin sığorta mükafatları və ya iddialar, annuitetlər və digər 

müavinət siyasətləri üzrə pul vəsaitlərinin daxilolmaları və ödənişləri;  

–  əməliyyat  fəaliyyəti  ilə  əlaqədar  olan  müvafiq  vergilərin,  tədiyələrin 

ödənilməsi ilə bağlı pul vəsaitlərinin ödənişləri

– məhkəmə prosesləri ilə əlaqədar pul vəsaitlərinin ödənişləri; 

– büdcəyə qaytarılan vəsait.  

Birja, 


qeyri-birja 

və 


sair 

əməliyyatlara  aid  edilən  əməliyyat 

fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xaricolmaları 101 №-li “kassa”, 103 №-

li  “Bankda  olan  hesablaşma  hesabları”,  104  №-li  “Tələblərə  əsasən  verilən  digər 

bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının kreditində 

əks etdirilir. 

Cəmi  xaricolmalar  sətrində  təşkilatın  hesabat  dövrü  və  əvvəlki  dövr  üzrə 

yuxarıda göstərilən sətirlər üzrə xaricolmaların cəmi əks etdirilir.  

Əməliyyat  fəaliyyətlərindən  yaranan  pul  vəsaitlərinin  xalis  hərəkəti 

sətrində  cəmi  daxilolmalar  sətrində  göstərilmiş  məbləğdən  cəmi  xaricolmalar 

sətrində göstərilmiş məbləğlər çıxılmaqla alınan məlumat əks etdirilir. 



 

357 


 

13.2. İnvestisya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə 

hesabat 

 

İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində 

aşağıdakı  sətirlər  üzrə  pul  vəsaitlərinin  daxilolmaları  barədə  ümumiləşdirilmiş 

məlumatlar göstərilməlidir: 

 

torpaq,  tikili  və  avadanlıqların,  qeyri-maddi  və  digər  uzunmüddətli 



aktivlərin satılmasından əldə olunan pul vəsaitləri;  

 



digər 

tərəflərə 

təqdim 

edilmiş  avansların  və  kreditlərin 



qaytarılmasından 

pul 


vəsaitlərinin 

daxilolmaları 

(maliyyə 

institutlarının avans və kreditləri istisna olmaqla);  

 

investisiyanın satılmasından gəlirlər. 



Birja,  qeyri-birja  və  sair  əməliyyatlara  aid  edilən  investisiya 

fəaliyyətlərindən yaranan pul vəsaitlərinin daxilolmaları 101 №-li “kassa”, 103 №-

li  “Bankda  olan  hesablaşma  hesabları”,  104  №-li  “Tələblərə  əsasən  verilən  digər 

bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının debetində 

əks etdirilir. 

Cəmi  daxilolmalar  sətrində  təşkilatın  hesabat  dövrü  və  əvvəlki  dövr  üzrə 

yuxarıda göstərilən sətirlər üzrə daxilolmaların cəmi əks etdirilir.  

İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində 

aşağıdakı  sətirlər  üzrə  pul  vəsaitlərinin  xaricolmaları  barədə  ümumiləşdirilmiş 

məlumatlar göstərilməlidir: 

–  torpaq,  tikili  və  avadanlıqların,  qeyri-maddi  və  digər  uzunmüddətli 

aktivlərin  əldə  edilməsi  məqsədilə  pul  vəsaitlərinin  ödənişləri.  Bu  ödənişlər 

təsərrüfat subyekti tərəfindən öz gücünə inşa edilmiş torpaq, tikili və avadanlıqlar, 

habelə layihələr üzrə kapitallaşdırılan xərclərə aid ödənişləri daxil edir; 

– digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri (dövlət maliyyə 

qurumlarına təqdim edilən avanslar və borc vəsaitləri istisna olmaqla); 

– xarici valyutada qiymətli kağızların alınması. 



 

358 


 

Birja,  qeyri-birja  və  sair  əməliyyatlara  aid  edilən  investisiya 

fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xaricolmaları 101 №-li “kassa”, 103 №-

li  “Bankda  olan  hesablaşma  hesabları”,  104  №-li  “Tələblərə  əsasən  verilən  digər 

bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının kreditində 

əks etdirilir. 

Cəmi  xaricolmalar  sətrində  təşkilatın  hesabat  dövrü  və  əvvəlki  dövr  üzrə 

yuxarıda göstərilən sətirlər üzrə xaricolmaların cəmi əks etdirilir.  

İnvestisiya  fəaliyyətlərindən  yaranan  pul  vəsaitlərinin  xalis  hərəkəti 

sətrində  cəmi  daxilolmalar  sətrində  göstərilmiş  məbləğdən  cəmi  xaricolmalar 

sətrində göstərilmiş məbləğlər çıxılmaqla alınan məlumat əks etdirilir. 



 

359 


 

13.3. Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti 

üzrə hesabat 

 

Maliyyələşdirmə  fəaliyyətlərindən  yaranan  pul  vəsaitlərinin  hərəkəti 

bölməsində  aşağıdakı  sətirlər  üzrə  pul  vəsaitlərinin  daxilolmaları  barədə 

ümumiləşdirilmiş məlumatlar göstərilməlidir: 

– istiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz vərəqələrinin, girov 

(ipoteka)  kağızlarının  və  digər  qısamüddətli  və  uzunmüddətli  istiqrazların 

buraxılmasından yaranan pul vəsaitlərinin daxilolmaları;  

– alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları. 

Birja,  qeyri-birja  və  sair  əməliyyatlara  aid  edilən  maliyyələşdirmə 

fəaliyyətlərindən yaranan pul vəsaitlərinin daxilolmaları 101 №-li “Kassa”, 103 №-

li  “Bankda  olan  hesablaşma  hesabları”,  104  №-li  “Tələblərə  əsasən  verilən  bank 

hesabları”,  105  №-li  “Pul  vəsaitlərinin  ekvivalentləri”  hesablarının  debetində əks 

etdirilir. 

Cəmi  daxilolmalar  sətrində  təşkilatın  hesabat  dövrü  və  əvvəlki  dövr  üzrə 

yuxarıda göstərilən sətirlər üzrə daxilolmaların cəmi əks etdirilir.  

Maliyyələşdirmə  fəaliyyətlərindən  yaranan  pul  vəsaitlərinin  hərəkəti 

bölməsində  aşağıdakı  sətirlər  üzrə  pul  vəsaitlərinin  xaricolmaları  barədə 

ümumiləşdirilmiş məlumatlar göstərilməlidir: 

–  hökumətə  və  ya  onun  adından  müvafiq  səlahiyyətləri  həyata  keçirən 

mərkəzi icra hakimiyyəti orqanına verilən dividendlər, bölüşdürmələr;  

–  maliyyə  icarəsi  üzrə  yerinə  yetirilməmiş  öhdəliyin  qalıq  məbləğinin 

azaldılması üçün icarəyə götürən tərəfindən pul vəsaitlərinin ödənişləri;  

–  borc  şəklində  alınmış  məbləğlərin  geri  qaytarılmasına  görə  pul 

vəsaitlərinin xaricolmaları.  

Birja,  qeyri-birja  və  sair  əməliyyatlara  aid  edilən  maliyyələşdirmə 

fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xaricolmaları 101 №-li “Kassa”, 103 №-

li  “Bankda  olan  hesablaşma  hesabları”,  104  №-li  “Tələblərə  əsasən  verilən  bank 



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə