Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə113/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   134

 

367 


 

Təşkilat  uçot  siyasəti  və  izahlı  qeydlərdə  xalis  aktivlər/kapitalda 

dəyişikliklər  haqqında  hesabatda  göstərilən  məlumatları  aşağıdakı  kimi 

açıqlamalıdır: 

– mülkiyyətçilərin statusu çərçivəsində fəaliyyət göstərən mülkiyyətçilərə 

edilən  bölüşdürmələri  ayrıca  açıqlamaqla,  onlarla  aparılan  əməliyyatların 

məbləğləri; 

–  hesabat  dövrünün  əvvəlinə  və  sonuna  yığılmış  mənfəət  və  ya  zərər  və 

dövr ərzində dəyişikliklər;  

–  hesabat  dövrünün  əvvəlinə  və  sonuna  olan  xalis  aktivlərin/kapitalın 

komponentinin balans dəyəri və dövr ərzində dəyişikliklər. 

Xalis  aktivlər/kapitalda  dəyişikliklər  haqqında  hesabatda  uçot  siyasətinin 

dəyişdirilməsi və səhvlərin düzəldilməsi nəticəsində xalis aktivlər/kapitalın hər bir 

komponentinə edilən ümumi düzəlişlər ayrıca açıqlanmalıdır; 

Göstərilən  dəyişikliklərin  həyata  keçirilməsi  üçün  retrospektiv  düzəlişlər 

tələb  edildikdə  və  ya  bölüşdürülməmiş  mənfəətin  (ödənilməmiş  zərərin)  qalıqları 

üçün  retrospektiv  düzəlişlərə  və  retrospektiv  yenidən  təqdim  etmələrə  ehtiyac 

yarandıqda  bu  düzəlişlər  təqdim  olunan  hər  keçmiş  dövr  və  hesabat  dövrünün 

əvvəli üçün açıqlanmalıdır. 

Uçot  siyasəti  və  izahlı  qeydlərdə  pul  vəsaitləri  və  onların 

ekvivalentlərinin  komponentləri  haqqında  hesabatla  bağlı  təqdim  edilməli 

olan informasiya: 

Uçot  siyasəti  və  izahlı  qeydlərdə  təşkilat,  pul  vəsaitləri  və  onların 

ekvivalentlərinin komponentlərini açıqlamalı və pul vəsaitlərinin hərəkəti haqqında 

hesabatda  təqdim  edilmiş  məbləğlərin  balans  hesabatında  göstərilmiş  ekvivalent 

məbləğlərlə uyğunluğu açıqlanmalıdır. 

Bu  məqsədə  nail  olmaq  üçün təşkilat  “Pul  vəsaitlərinin hərəkəti  haqqında 

hesabat forması”nda təqdim edilmiş aşağıdakı maddələri açıqlamalıdır: 

–  bank  overdraftları  çıxılmaqla  pul  vəsaitləri  və  onların  ekvivalentlərinin 

ilin əvvəlinə olan məbləği; 



 

368 


 

– il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin məbləğinin xalis, o 

cümlədən fəaliyyətlər üzrə artması (azalması); 

– xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri; 

–  bank  overdraftları  çıxılmaqla  pul  vəsaitləri  və  onların  ekvivalentlərinin 

ilin sonuna olan məbləği. 

 



 

369 


 

14.4. Büdcə təşkilatlarının maliyyə hesabatlarında göstərilməyən uçot siyasəti 

və uçot qiymətləndirilmələrində olan dəyişikliklərin açıqlanması 

 

Uçot siyasəti. Məlumatın açıqlanması 

Büdcə  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartının  ilkin  olaraq 

tətbiq edilməsi cari hesabat dövrünə və ya hər hansı keçmiş hesabat dövrünə təsir 

göstərdikdə  və  yaxud  gələcək  hesabat  dövrlərinə  təsir  göstərə  biləcəyi  halda, 

düzəlişin  məbləğini  müəyyənləşdirmək  mümkün  olmadığı  hal  istisna  olmaqla, 

aşağıdakı məlumatlar açıqlanmalıdır: 

– Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartının adı; 

– uçot siyasətində dəyişikliyin xarakteri; 

–  cari  dövr  və  təqdim  edilmiş  hər  əvvəlki  dövr  üçün  mümkün  olan 

dərəcədə maliyyə hesabatlarının təsirə məruz qalmış hər maddəsi üzrə düzəlişlərin 

məbləği; 

– düzəlişlərin təqdim edilmiş dövrlərdən əvvəlki dövrlərə aid məbləği.  



Uçot qiymətləndirmələrində dəyişikliklər. Məlumatın açıqlanması  

Dəyişikliyin  təsirini qiymətləndirmək  qeyri-mümkün  olduğu  hallar  istisna 

olmaqla,  təşkilat,  cari  hesabat  dövrünə  təsir  göstərmiş  və  ya  gələcək  hesabat 

dövrlərinə təsir göstərəcəyi ehtimal edilən uçot qiymətləndirmələrində dəyişikliyin 

mahiyyətini və məbləğini açıqlamalıdır. 

Səhvlər: 

Səhvlər  maliyyə  hesabatları  elementlərinin  tanınması,  ölçülməsi,  təqdim 

edilməsi  və  ya  açıqlanması  üzrə  yarana  bilər.  Təşkilatın  maliyyə  vəziyyətinin, 

maliyyə fəaliyyətinin və ya pul vəsaitləri hərəkətinin müəyyən şəkildə təqdimatına 

nail  olmaq  üçün  maliyyə  hesabatlarında  qəsdən  əhəmiyyətli  və  ya  əhəmiyyətsiz 

səhvlər  buraxıldıqda,  bu  maliyyə  hesabatları  Büdcə  Təşkilatları  üçün  Milli 

Mühasibat  Uçotu  Standartına  uyğun  hesab  edilmir.  Cari  hesabat  dövründə  aşkar 

edilmiş  bu  dövrün  ehtimal  edilən  səhvləri  maliyyə  hesabatı  dərc  olunmaq  üçün 

təsdiq edilənədək düzəldilməlidir. 



 

370 


 

Əhəmiyyətli səhvlər növbəti hesabat dövrünədək aşkar edilmədiyindən, bu 

səhvlər  növbəti  hesabat  dövrünün  maliyyə  hesabatlarında  təqdim  edilmiş 

müqayisəli məlumatlarda düzəldilməlidir. 

Təşkilatın keçmiş hesabat dövrünün  əhəmiyyətli səhvləri aşkar edildikdən 

sonra  təşkilat  tərtib  edilmiş  maliyyə  hesabatlarında  bu  səhvləri  düzəltməklə 

müqayisəli informasiyanı yenidən təqdim etməlidir. 

Xarici  valyuta  məzənnələrində  dəyişikliklərin  təsiri.  Məlumatın 

açıqlanması 

Təşkilat aşağıdakı məlumatları açıqlamalıdır: 

–  Maliyyə  alətləri:  maliyyə  fəaliyyətinin  nəticələri  haqqında  hesabatda 

ədalətli  dəyərlə  qiymətləndirilən  maliyyə  alətləri  üzrə  yaranan  məzənnə  fərqləri 

istisna olmaqla, mənfəət və ya zərərdə tanınan məzənnə fərqlərinin məbləğini;  

– kapitalın ayrıca komponenti kimi təsnifləşdirilən xalis məzənnə fərqləri 

və belə məzənnə fərqlərinin dövrün əvvəlinə və dövrün sonuna olan məbləğlərinin 

açıqlanması. 

Hesabat  verən  təşkilatın  və  ya  əhəmiyyətli  xarici  əməliyyatın  əməliyyat 

valyutasında dəyişiklik olarsa, bu fakt və həmin dəyişikliyin səbəbi açıqlanmalıdır. 



Borclara aid edilən xərclər üzrə məlumatın açıqlanması 

Maliyyə hesabatlarında borclar üzrə aşağıdakı məlumatlar açıqlanmalıdır: 

– borclar üzrə məsrəflərlə bağlı qəbul edilən uçot siyasətində yanaşmalar; 

– dövr ərzində kapitallaşdırılan borclar üzrə məsrəflərin məbləği.  



Birləşdirilmiş  (konsolidə  edilmiş)  və  fərdi  maliyyə  hesabatlarında 

məlumatın açıqlanması 

Birləşdirilmiş  (konsolidə  edilmiş)  maliyyə  hesabatlarında  aşağıdakı 

məlumatlar açıqlanmalıdır: 

– nəzarət edilən təşkilatların siyahısı; 

– nəzarətin mövcud olmasına dair izahat; 

–  nəzarət  edilən  təşkilatın  maliyyə  hesabatları  birləşdirilmiş  (konsolidə 

edilmiş) maliyyə hesabatlarının hazırlanması üçün istifadə olunduqda və o, nəzarət 

edən  təşkilatın  maliyyə  hesabatlarından  fərqli  tarixə  və  ya  fərqli  dövr  üzrə  tərtib 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə