Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə112/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   134

 

364 


 

14.2. Uçot siyasətinin təqdim edilməsi 

 

Мaliyyə  hesabatlarının  hazırlanması  zamanı  uçot  siyasətinin  konkret 

aspektləri  haqqında  məlumat  maliyyə  hesabatlarının  ayrıca  komponenti  kimi 

təqdim  edilir.  Təşkilatın  təqdim  etdiyi  uçot  siyasətində  aşağıdakılar  əks 

etdirilməlidir: 

– 

maliyyə 



hesabatlarının 

hazırlanmasında 

istifadə 

olunmuş 


qiymətləndirmənin əsasları; 

– maliyyə hesabatlarında bir neçə qiymətləndirmə əsası istifadə edildikdə, 

qiymətləndirmə  əsasına  müvafiq  olaraq  aktivlərin  və  öhdəliklər  kateqoriyasının 

kifayət qədər göstərilməsi; 

– maliyyə hesabatlarının düzgün anlaşılması üçün zəruri hesab olunan uçot 

siyasəti. 

Büdcə  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartlarının  xüsusi 

olaraq  tələb  etmədiyi,  lakin,  “Uçot  siyasəti,  Uçot  qiymətləndirmələrində 

dəyişikliklər  və  səhvlər”  adlı  Büdcə  Təşkilatları  üçün  3  №-li  Milli  Mühasibat 

Uçotu  Standartına  uyğun  olaraq  seçilən  və  tətbiq  edilən  hər  bir  əhəmiyyətli  uçot 

siyasətinin açıqlanması tələb edilir. 

Təşkilat 

uçot  siyasətində  qiymətləndirmələrdən  əlavə  maliyyə 

hesabatlarına  görə  məsul  olan  şəxslərin  qəbul  etdiyi  və  maliyyə  hesabatlarında 

tanınmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərən qərarları açıqlamalıdır. 

–  təşkilatın  hüquqi  ünvanı  və  hüquqi  forması,  eləcə  də,  onun  fəaliyyət 

göstərdiyi hüquq müstəvisi; 

–  təşkilat  əməliyyatlarının  və  fəaliyyətinin  əsas  növlərinin  xarakterinin 

təsviri; 

– qrupun bilavasitə və son nəticədə tabe olduğu əsas təşkilatların adları; 

– hesabat dövrü ərzində işçilərin orta sayı. 



 

365 


 

14.3. Maliyyə hesabatlarında göstərilməyən, Milli Mühasibat Uçotu 

Standartları ilə tələb olunan informasiyanın açıqlanması 

 

Uçot siyasəti və izahlı qeydlərdə maliyyə vəziyyəti haqqında hesabatla 

bağlı təqdim edilməli olan informasiya 

Təşkilat  maliyyə  vəziyyəti  haqqında  hesabatda  hər  bir  təqdim  edilən 

maddəni  onun  uçot  siyasəti  və  izahlı  qeydlərində  təşkilatın  əməliyyatlarına 

müvafiq olaraq yarımsiniflərə bölməlidir. Uçot siyasəti və izahlı qeydlərdə maliyyə 

vəziyyətinə  dair  hesabatdakı  məlumatların  təfərrüatı  ilə  açıqlanması  Büdcə 

Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının tələblərindən və göstərilən 

maddələrin  xarakterindən,  funksiyasından  və  onların  məbləğlərinin  həcmindən 

asılıdır.  Təşkilat  səhm  kapitalına  malik  olmadıqda,  maliyyə  vəziyyətinə  dair 

hesabatda  göstərilən  xalis  aktivləri  (kapitalı)  uçot  siyasəti  və  izahlı  qeydlərdə 

aşağıdakı kimi ayrı-ayrılıqda açıqlamalıdır: 

–  Təşkilata  məxsus  nizamnamə  kapitalının  nominal  dəyərindən  onun 

ödənilməmiş hissəsi çıxılmaqla müəyyən edilən ödənilmiş nizamnamə kapitalı; 

–  Ehtiyat  fondları,  o  cümlədən  xalis  aktivlər/kapital  çərçivəsində  hər  bir 

ehtiyat fondunun xüsusiyyəti və məqsədinin təsviri; 

– Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər). 

Təşkilat  səhm  kapitalına  malik  olduğu  zaman  uçot  siyasəti  və  izahlı 

qeydlərdə aşağıdakı informasiyanı açıqlamalıdır: 

– hər bir sinif üzrə səhm kapitalının dəyəri; 

– buraxılacaq səhmlərin sayı; 

– buraxıldıqdan sonra tam ödənilmiş və tam ödənilməmiş səhmlərin sayı; 

–  səhmin  nominal  dəyəri  və  ya  səhmlərin  nominal  dəyərə  malik 

olmadığının açıqlanması; 

–  hesabat  dövrünün  əvvəlində  və  sonunda  dövriyyədə  olan  səhmlərin 

sayının üzləşdirilməsi; 




 

366 


 

–  müvafiq  sinfə  aid  hüquqlar,  imtiyazlar  və  məhdudiyyətlər,  həmçinin 

dividendlərin bölüşdürülməsi və kapitalın geri qaytarılmasına dair məhdudiyyətlər

– təşkilatın həmin təşkilat, onun törəmə və ya asılı müəssisələri tərəfindən 

saxlanılan səhmləri. 

Təşkilatın  xalis  aktivlər  (kapital)  çərçivəsində  hər  bir  kapital  ehtiyatının 

xüsusiyyətləri və məqsədi açıqlanmalıdır. 

Uçot  siyasəti  və  izahlı  qeydlərdə  maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında hesabatla bağlı təqdim edilməli olan informasiya 

Gəlir  və  xərc  maddələri  əhəmiyyətli  olduqda,  onların  xüsusiyyətləri  və 

məbləğləri ayrıca açıqlanmalıdır. 

Təşkilat  uçot  siyasəti  və  izahlı  qeydlərdə  maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında  hesabatda  göstərilmiş  təsnifləşdirilmiş  məcmu  gəliri  yarımmaddələrə 

bölməklə təqdim etməlidir. 

Təşkilat  uçot  siyasəti  və  izahlı  qeydlərdə  maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında  hesabatda  göstərilmiş  məcmu  xərclərin  xarakterinə  görə  təsnifatı 

əsasında təhlilini təqdim etməlidir. 

Maliyyə  fəaliyyətinin  nəticələri  haqqında  hesabatda  xərclər  xarakterinə 

görə aşağıdakı kimi təsnifləşdirilməklə əks etdirilir: 

– istifadə edilmiş materialların dəyəri; 

– tikili və avadanlıqların amortizasiyası;  

– əmək haqqı və sosial sığorta xərcləri; 

– sair xərclər. 

Xarakterinə  görə  təsnifləşdirilmiş  xərclərin  təhlili  maliyyə  fəaliyyətinin 

nəticələri  haqqında  hesabatda  göstərilmiş  xərclərin  hər  bir  maddəsi  üzrə  ayrı-

ayrılıqda aparılır. 



Uçot  siyasəti  və  izahlı  qeydlərdə  xalis  aktivlər/kapitalda  dəyişikliklər 

haqqında hesabatla bağlı təqdim edilməli olan informasiya 


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə