Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə105/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   134

 

339 


 

olaraq “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabat formasının 4-cü və 6-cı 

sütunlarında əks etdirilir. 

Digər  əməliyyat  gəlirləri”  sintetik  hesabında  təşkilatın  hesabat 

dövründə və əvvəlki hesabat dövründə 111№-li “Qısamüddətli debitor borcları”nın 

müvafiq  subhesabları  və  ya  334  №-li  “Qısamüddətli  maliyyələşmələr  və 

daxilolmalar” hesabının debeti və 631-1 №-li “Torpaq, tikili, avadanlığın və digər 

uzunmüddətli 

aktivlərin 

satışından 

gəlirlər”, 

631-2 


№-li 

“Yenidənqiymətləndirmədən  gəlirlər”,  631-3  №-li  “Əvəzsiz  olaraq  alınmış 

aktivlər”,  631-4  №-li  “Cərimələr  və  digər  oxşar  ödənişlər”,  631-5  №-li  “Keçmiş 

illər üzrə gəlirlər”, 631-6 №-li “Ümidsiz borcların bərpası”, 631-7 №-li “Silinmiş 

ehtiyatların  bərpası”,  631-8  №-li  “Məzənnə  fərqləri  üzrə  gəlirlər”  sintetik 

hesablarının krediti üzrə uçota alınmış məbləğlərin cəmi göstərilir. 



“Maliyyə  gəlirləri”  sintetik  hesabında  təşkilatın  hesabat  dövründə  və 

əvvəlki  hesabat  dövründə  111  №-li  “Qısamüddətli  debitor  borcları”nın  müvafiq 

subhesabları  və  ya  334  №-li  “Qısamüddətli  maliyyələşmələr  və  daxilolmalar” 

hesabının  debeti  və  “633-1  №-li  “Faiz  gəliri”,  633-2  №-li  “Qiymətdən  düşmüş 

borclar üzrə faiz gəlirləri”, 633-3 №-li “Dividend üzrə gəlir” sintetik hesablarının 

krediti üzrə uçota alınmış məbləğlərin cəmi göstərilir. 



Cəmi  gəlirlər  sətri  üzrə  məbləğlər  “Maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında  hesabat”  formasının  4-cü  və  6-cı  sütunlarında  əks  etdirilmiş  gəlir 

məbləğlərinin cəmindən ibarət olmaqla müvafiq olaraq həmin formanın 5-ci və 7-

ci sütunlarında göstərilir. 




 

340 


 

12.2. Xərclər üzrə maliyyə fəaliyyəti nəticələri haqqında hesabat 

 

“Maliyyə  fəaliyyətinin  nəticələri  haqqında”  hesabatda  xərclər  aşağıdakı 

maddələr üzrə ümumiləşdirilir: 

– əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları; 

– sərf edilmiş mаtеriаlların dəyəri; 

– amortizasiya xərcləri

– sair əməliyyat xərcləri; 

– maliyyə xərcləri. 



“Əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları” maddəsində 

təşkilatın  hesabat  dövründə  və  əvvəlki  hesabat  dövründə  birja  və  qeyri-birja 

əməliyyatlarından əldə edilmiş gəlirləri üzrə tanınmış əmək haqqı və dövlət sosial 

sığorta  ayırmaları  xərcləri  əks  etdirilir.  Bu  zaman  aşağıdakı mühasibat  yazılışları 

verilir: 

–  birja  əməliyyatı  üzrə  701  №-li  “İstehsal  olunmuş  məhsulların 

(məmulatların)  dəyəri”,  702  №-li  “Yerinə  yetirilmiş  işlərin  dəyəri”,  703  №-li 

“Göstərilmiş  xidmətlərin  dəyəri”  sintetik  hesablarının  debeti  və  122-4  №-li  “İşçi 

heyətinə  məsrəflər”  sintetik  hesabının  krediti;    eyni  zamanda,  611  №-li  “Satış” 

hesabının  müvafiq  subhesablarının  debeti  və  701  №-li  “İstehsal  olunmuş 

məhsulların  (məmulatların)  dəyəri”,  702  №-li  “Yerinə  yetirilmiş  işlərin  dəyəri”, 

703 №-li “Göstərilmiş xidmətlərin dəyəri” sintetik hesablarının krediti. 

–  qeyri-birja  əməliyyatı  üzrə  731  №-li  “İstehsal  olunmuş  məhsulların 

(məmulatların)  dəyəri”,  732  №-li  “Yerinə  yetirilmiş  işlərin  dəyəri”,  733  №-li 

“Göstərilmiş  xidmətlərin  dəyəri”  sintetik  hesablarının  debeti  və  122-4  №-li  “İşçi 

heyətinə  məsrəflər”  sintetik  hesabının  krediti;  eyni  zamanda,  621  №-li  “Dövlət 

büdcəsindən  alınmış  vəsaitlər”,  622  №-li  “Digər  büdcələrdən  alınmış  vəsaitlər”, 

623 №-li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr”, 624 №-li “Digər 

təşkilatlardan  köçürmələr”,  625  №-li  “Sair  gəlirlər”  hesablarının  müvafiq 



 

341 


 

subhesablarının debeti və 731 №-li “İstehsal olunmuş məhsulların (məmulatların) 

dəyəri”,  732  №-li  “Yerinə  yetirilmiş  işlərin  dəyəri”,  733  №-li  “Göstərilmiş 

xidmətlərin dəyəri” sintetik hesablarının krediti. 

–  sair  gəlirlər  əməliyyatı  üzrə  741  №-li  “İstehsal  olunmuş  məhsulların 

(məmulatların)  dəyəri”,  742  №-li  “Yerinə  yetirilmiş  işlərin  dəyəri”,  743  №-li 

“Göstərilmiş  xidmətlərin  dəyəri”  sintetik  hesablarının  debeti  və  122-4  №-li  “İşçi 

heyətinə  məsrəflər”  sintetik  hesabının  krediti;  Eyni  zamanda,  631  №-li  “Digər 

əməliyyat  gəlirləri”,  633  №-li  “Maliyyə  gəlirləri”  hesablarının  müvafiq 

subhesablarının debeti və 741 №-li “İstehsal olunmuş məhsulların (məmulatların) 

dəyəri”,  742  №-li  “Yerinə  yetirilmiş  işlərin  dəyəri”,  743  №-li  “Göstərilmiş 

xidmətlərin dəyəri” sintetik hesablarının krediti. 

Həmin  məbləğlər  müvafiq  olaraq  “Maliyyə  fəaliyyətinin  nəticələri 

haqqında” hesabat formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir. 



“Sərf  edilmiş  materialların  dəyəri”  maddəsində  təşkilatın  hesabat 

dövründə və əvvəlki hesabat dövründə birja və qeyri-birja əməliyyatlarından əldə 

edilmiş gəlirləri üzrə tanınmış material ehtiyatları xərcləri əks etdirilir. Bu zaman 

aşağıdakı mühasibat yazılışları verilir: 



–  birja  əməliyyatı  üzrə  701  №-li  “İstehsal  olunmuş  məhsulların 

(məmulatların)  dəyəri”,  702  №-li  “Yerinə  yetirilmiş  işlərin  dəyəri”,  703  №-li 

“Göstərilmiş  xidmətlərin  dəyəri”  sintetik  hesablarının  debeti  və  122-3  №-li 

“İstifadə olunmuş materiallar” sintetik hesabının krediti; 

Eyni zamanda, 611 №-li “Satış” hesabının müvafiq subhesablarının debeti 

və  701  №-li  “İstehsal  olunmuş  məhsulların  (məmulatların)  dəyəri”,  702  №-li 

“Yerinə  yetirilmiş  işlərin  dəyəri”,  703  №-li  “Göstərilmiş  xidmətlərin  dəyəri” 

sintetik hesablarının krediti. 



–  qeyri-birja  əməliyyatı  üzrə  731  №-li  “İstehsal  olunmuş  məhsulların 

(məmulatların)  dəyəri”,  732  №-li  “Yerinə  yetirilmiş  işlərin  dəyəri”,  733  №-li 

“Göstərilmiş  xidmətlərin  dəyəri”  sintetik  hesablarının  debeti  və  122-3  №-li 

“İstifadə olunmuş materiallar” sintetik hesabının krediti; eyni zamanda, 621  №-li 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə