Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə103/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   134

 

331 


 

11.3. Qısamüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat 

 

Öhdəliklər aşağıdakı hallarda qısamüddətli öhdəlik kimi təsnifləşdirilir: 

 

təşkilatın  adi  əməliyyat  dövründə  öhdəliklərin  ödənilməsi  nəzərdə 



tutulduqda; 

 



hesabat  tarixindən  sonra  12  ay  müddətində  öhdəlik  ödənilməli 

olduqda;  

 

təşkilat  öhdəliyin  yerinə  yetirilməsini  hesabat  tarixindən  sonra  ən  azı 



12 ay müddətində uzatmaq kimi müstəsna hüquqa malik olmadıqda. 

 



Bütün  digər  hallarda  öhdəliklər  uzunmüddətli  öhdəlik  kimi 

təsnifləşdirilməlidir. 

 

Qısamüddətli  öhdəliklər  aşağıdakı  maddələr  üzrə  ümumiləşdirilmiş 



məlumatları əhatə edir: 

 



Qısamüddətli kreditor borcları; 

 



Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər; 

 



Qısamüddətli qiymətləndirilmiş öhdəliklər; 

 



Sair qısamüddətli öhdəliklər. 

“Qısamüddətli  kreditor  borcları”  maddəsində  301  №-li  “Malsatan  və 

podratçılara qısamüddətli kreditor borcları”, 302 №-li “Törəmə (asılı) müəssisələrə 

qısamüddətli  kreditor  borcları”,  304  №-li  “İcarə  ilə  bağlı  qısamüddətli  kreditor 

borcları”, 305 №-li “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, 

306  №-li  “Faizlər  ilə  bağlı  qısamüddətli  kreditor  borcları”,  307  №-li  “Əməyin 

ödənişi üzrə işçi heyətinə olan borclar”, 308 №-li “Vergi və sair məcburi ödənişlər 

üzrə  öhdəliklər”,  309  №-li  “Digər  qısamüddətli  kreditor  borcları”  sintetik 

hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş 

məlumatlar  üzrə  qalıq  məbləğlərinin  cəmi  göstərilir.  Həmin  məbləğlər  müvafiq 

olaraq  “Maliyyə  vəziyyəti  haqqında  hesabat”ın  4-cü  və  6-cı  sütunlarında  əks 

etdirilir.  308  №-li  “Vergi  və  sair  məcburi  ödənişlər  üzrə  öhdəliklər”  sintetik 

hesabında  uçota  alınan  qalıq  məbləğləri  bu  hesab  üzrə  açılmış  müvafiq 

subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir. 



 

332 


 

“Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsində 311 №-li 

“Qısamüddətli  bank  kreditləri”,  312  №-li  “İşçilər  üçün  qısamüddətli  bank 

kreditləri”,  314  №-li  “Qısamüddətli  borclar”,  317  №-li  “Digər  qısamüddətli  faiz 

xərcləri  yaradan  öhdəliklər”  sintetik  hesablarında  hesabat  dövrünün  əvvəlinə  və 

sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. 

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 

6-cı  sütunlarında  əks  etdirilir.  Bu  sintetik  hesabda  uçota  alınan  qalıq  məbləğləri 

həmin  hesab  üzrə  açılmış  subhesabların  qalıq  məbləğlərinin  cəmindən  ibarətdir. 

311  №-li  “Qısamüddətli  bank  kreditləri”  sintetik  hesabında  uçota  alınan  qalıq 

məbləğləri  həmin  hesab  üzrə  açılmış  subhesabların  qalıq  məbləğlərinin  cəmindən 

ibarətdir. 

“Qısamüddətli  qiymətləndirilmiş  öhdəliklər”  maddəsində  321  №-li 

“İşdən  azadolma  ilə  bağlı  qısamüddətli  müavinətlər  və  öhdəliklər”,  323  №-li 

“Qısamüddətli  zəmanət  öhdəlikləri”,  324  №-li  “Digər  qısamüddətli 

qiymətləndirilmiş  öhdəliklər”  sintetik  hesablarında  hesabat  dövrünün  əvvəlinə  və 

sonuna  uçota  alınan  ümumiləşdirilmiş  məlumatlar  üzrə  qalıq  məbləğlərinin  cəmi 

göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” 

formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir. 

“Sair  qısamüddətli  öhdəliklər”  maddəsində  331  №-li  “Qısamüddətli 

pensiya  öhdəlikləri”,  332  №-li  “Gələcək  hesabat  dövrlərinin  gəlirləri”,  333  №-li 

“Alınmış  qısamüddətli  avanslar”,  334  №-li  “Qısamüddətli  maliyyələşmələr  və 

daxilolmalar”,  335  №-li  “Digər  qısamüddətli  öhdəliklər”  sintetik  hesablarında 

hesabat  dövrünün  əvvəlinə  və  sonuna  uçota  alınan  ümumiləşdirilmiş  məlumatlar 

üzrə  qalıq  məbləğlərinin  cəmi  göstərilir.  Həmin  məbləğlər  müvafiq  olaraq 

“Maliyyə  vəziyyəti  haqqında  hesabat”  formasının  4-cü  və  6-cı  sütunlarında  əks 

etdirilir. 



Cəmi  qısamüddətli  öhdəliklər  sətri  üzrə  yekun  məbləğlər  “Maliyyə 

vəziyyəti  haqqında  hesabat”  formasının  müvafiq  olaraq  5-ci  və  7-ci  sütunlarında 

əks etdirilir. 



 

333 


 

11.4. Uzunmüddətli öhdəliklər üzrə maliyyə vəziyyəti haqqında hesabat 

 

Uzunmüddətli  öhdəliklər  aşağıdakı  maddələr  üzrə  ümumiləşdirilmiş 

məlumatları əhatə edir: 

“Uzunmüddətli kreditor borcları”; 

“Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”; 

“Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”. 



“Uzunmüddətli  kreditor  borclar”  maddəsində  401  №-li  “Malsatan  və 

podratçılara  uzunmüddətli  kreditor  borcları”,  402  №-li  “Törəmə  (asılı) 

müəssisələrə uzunmüddətli kreditor borcları”, 403 №-li “Tikinti müqavilələri üzrə 

uzunmüddətli  kreditor  borcları”,  404  №-li  “Faizlər  üzrə  uzunmüddətli  kreditor 

borcları”,  405  №-li  “Digər  uzunmüddətli  kreditor  borcları”  sintetik  hesablarında 

hesabat  dövrünün  əvvəlinə  və  sonuna  uçota  alınan  ümumiləşdirilmiş  məlumatlar 

üzrə  qalıq  məbləğlərinin  cəmi  göstərilir.  Həmin  məbləğlər  müvafiq  olaraq 

“Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir. 



“Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsində 411 №-li 

“Uzunmüddətli  bank  kreditləri”,  412  №-li  “İşçilər  üçün  uzunmüddətli  bank 

kreditləri”, 414 №-li “Uzunmüddətli borclar”, 416 №-li “İcarə üzrə uzunmüddətli 

öhdəliklər”,  418  №-li  “Digər  uzunmüddətli  faiz  xərcləri  yaradan  öhdəliklər” 

sintetik  hesablarında  hesabat  dövrünün  əvvəlinə  və  sonuna  uçota  alınan 

ümumiləşdirilmiş  məlumatlar  üzrə  qalıq  məbləğləri  göstərilir.  Həmin  məbləğlər 

müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında 

əks etdirilir. 



“Uzunmüddətli  qiymətləndirilmiş  öhdəliklər”  maddəsində  422  №-li 

“Uzunmüddətli  zəmanət  öhdəlikləri”,  424  №-li  “Digər  uzunmüddətli 

qiymətləndirilmiş  öhdəliklər”  sintetik  hesablarında  hesabat  dövrünün  əvvəlinə  və 

sonuna  uçota  alınan  ümumiləşdirilmiş  məlumatlar  üzrə  qalıq  məbləğlərinin  cəmi 

göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” 

formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir. 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə