Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə102/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   134

 

328 


 

“Ehtiyatlar”  maddəsində  121  №-li  “Material  ehtiyatları”,  122  №-li 

“İstifadə olunmuş məsrəflər”, 123 №-li “Tikinti müqavilələri üzrə bitməmiş tikinti 

işləri”,  124  №-li  “Hazır  məhsul”,  125  №-li  “Satış  məqsədi  ilə  saxlanılan  digər 

aktivlər”, 126 №-li “Digər ehtiyatlar”, 127 №-li “Ehtiyatların dəyərinin azalmasına 

görə düzəlişlər” sintetik hesablarında hesabat dövrünün  əvvəlinə və sonuna uçota 

alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. 

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 

4-cü və 6-cı sütunlarında əks etdirilir. 

121  №-li  “Material  ehtiyatları”,  122  №-li  “İstifadə  olunmuş  məsrəflər” 

sintetik  hesablarında  uçota  alınan  qalıq  məbləğləri  həmin  hesablar  üzrə  açılmış 

subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir. 

“Sair  qısamüddətli  maliyyə  aktivləri”  maddəsində  131  №-li  “Satış 

məqsədi  ilə  saxlanılan  qısamüddətli  investisiyalar”,  132  №-li  “Ödənişə  qədər 

saxlanılan  qısamüddətli  investisiyalar”  (Hesablar  Planında  yoxdur),  133  №-li 

“Verilmiş  qısamüddətli  investisiyalar”,  134  №-li  “Digər  qısamüddətli 

investisiyalar”,  135  №-li  “Sair  qısamüddətli  maliyyə  aktivlərinin  dəyərinin 

azalmasına  görə  düzəlişlər”  sintetik  hesablarında  hesabat  dövrünün  əvvəlinə  və 

sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq  məbləğlərinin cəmi 

göstərilir. 

Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 

4-cü və 6-cı sütunlarında əks etdirilir. 

“Sair qısamüddətli aktivlər” maddəsində 143 №-li “Verilmiş qısamüddətli 

avanslar”,  144  №-li  “Təhtəlhesab  məbləğlər”,  145  №-li  “Digər  qısamüddətli 

aktivlər”  sintetik  hesablarında  hesabat  dövrünün  əvvəlinə  və  sonuna  uçota  alınan 

ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. 

Həmin  məbləğlər  müvafiq  olaraq  “Maliyyə  vəziyyəti  haqqında  hesabat” 

formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir. 



Cəmi  qısamüddətli  aktivlər  sətri  üzrə  yekun  məbləğlər  “Maliyyə 

vəziyyəti  haqqında  hesabat”  formasının  müvafiq  olaraq  5-ci  və  7-ci  sütunlarında 

əks etdirilir. 



 

329 


 

11.2. Uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat 

 

Uzunmüddətli  aktivlər  aşağıdakı  maddələr  üzrə  ümumiləşdirilmiş 

məlumatları əhatə edir: 

Sair uzunmüddətli maliyyə aktivləri; 

Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər

Qeyri-maddi aktivlər;  

Sair uzunmüddətli qeyri-maliyyə aktivləri.  

“Sair uzunmüddətli maliyyə aktivləri” maddəsində 222 №-li “Verilmiş 

uzunmüddətli  borclar”,  223  №-li  “Digər  uzunmüddətli  investisiyalar”,  224  №-li 

“Sair  uzunmüddətli  maliyyə  aktivlərinin  dəyərinin  azalmasına  görə  düzəlişlər” 

sintetik  hesablarında  hesabat  dövrünün  əvvəlinə  və  sonuna  uçota  alınan 

ümumiləşdirilmiş  məlumatlar  üzrə  qalıq  məbləğlərinin  cəmi  göstərilir.  Həmin 

məbləğlər  müvafiq  olaraq  “Maliyyə  vəziyyəti  haqqında  hesabat”ın  4-cü  və  6-cı 

sütunlarında əks etdirilir. 

“Torpaq,  tikili  və  avadanlıq  və  digər  uzunmüddətli  aktivlər” 

maddəsində  231  №-li  “Torpaq,  tikili  və  avadanlıq”,  233  №-li  “Torpaq,  tikili  və 

avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər”, 234 №-li “Bioloji aktivlər”, 236 №-li 

“Daşınmaz əmlaka investisiyalar”, 238 №-li “Daşınmaz əmlaka investisiyalar üzrə 

kapitallaşdırılmış  məsrəflər”  sintetik  hesablarında  əks  etdirilən  məbləğlərdən  232 

№-li  “Torpaq,  tikili  və  avadanlığın  amortizasiyası”,  235  №-li  “Bioloji  aktivlərin 

amortizasiyası”,  237  №-li  “Daşınmaz  əmlaka  investisiyaların  amortizasiyası” 

sintetik hesablarında uçota alınan məbləğlər çıxılmaqla hesabat dövrünün əvvəlinə 

və  sonuna  təqdim  olunan  ümumiləşdirilmiş  məlumatlar  üzrə  qalıq  məbləğləri 

göstərilir.  Həmin  məbləğlər  müvafiq  olaraq  “Maliyyə  vəziyyəti  haqqında 

hesabat”ın  4-cü  və  6-cı  sütunlarında  əks  etdirilir.  231  №-li  “Torpaq,  tikili  və 

avadanlıq”,  232  №-li  “Torpaq,  tikili  və  avadanlığın  amortizasiyası”  234  №-li 

“Bioloji  aktivlər”,  235  №-li  “Bioloji  aktivlərin  amortizasiyası”  sintetik 

hesablarında  uçota  alınan  qalıq  məbləğləri  həmin  hesablar  üzrə  açılmış  müvafiq 

subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir. 




 

330 


 

“Qeyri-maddi  aktivlər”  maddəsində  241  №-li  “Qeyri-maddi  aktivlər”, 

243  №-li  “Qeyri-maddi  aktivlər  üzrə  kapitallaşdırılmış  məsrəflər”  sintetik 

hesablarında  əks  etdirilən  məbləğlərdən  242  №-li  “Qeyri-maddi  aktivlərin 

amortizasiyası”  sintetik  hesabında  uçota  alınan  məbləğlər  çıxılmaqla  hesabat 

dövrünün  əvvəlinə  və  sonuna  təqdim  olunan  ümumiləşdirilmiş  məlumatlar  üzrə 

qalıq  məbləğlərinin  cəmi  göstərilir.  Həmin  məbləğlər  müvafiq  olaraq  “Maliyyə 

vəziyyəti  haqqında  hesabat”ın  4-cü  və  6-cı  sütunlarında  əks  etdirilir.  241  №-li 

“Qeyri-maddi aktivlər”, 242 №-li “Qeyri-maddi aktivlərin amortizasiyası” sintetik 

hesablarında  uçota  alınan  qalıq  məbləğləri  həmin  hesablar  üzrə  açılmış  müvafiq 

subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir. 



“Sair  uzunmüddətli  qeyri-maliyyə  aktivləri”  maddəsində  251  №-li 

“Sair  uzunmüddətli  qeyri-maliyyə  aktivləri”  sintetik  hesabında  hesabat  dövrünün 

əvvəlinə  və  sonuna  uçota  alınan  ümumiləşdirilmiş  məlumatlar  üzrə  qalıq 

məbləğləri  göstərilir.  Həmin  məbləğlər  müvafiq  olaraq  “Maliyyə  vəziyyəti 

haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir. 

Cəmi  uzunmüddətli  aktivlər  sətri  üzrə  yekun  məbləğlər  “Maliyyə 

vəziyyəti  haqqında  hesabat”  formasının  müvafiq  olaraq  5-ci  və  7-ci  sütunlarında 

əks etdirilir. 

Cəmi  aktivlər  sətri  üzrə  yekun  məbləğlər  müvafiq  olaraq  “Maliyyə 

vəziyyəti haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir. 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə