380
– tətbiq edilən amortizasiya metodları;
– tətbiq edilən faydalı istifadə müddətləri və ya amortizasiya dərəcələri;
– dövrün əvvəlinə və sonuna olan ümumi balans dəyəri və yığılmış
amortizasiya;
– aşağıdakıları əks etdirmək üçün dövrün əvvəlinə və sonuna olan balans
dəyərinin yoxlanılması:
– artım fərqləri;
– xaricolmalar;
– müəssisələrin birləşməsi vasitəsilə əldə etmələr;
– tanınan qiymətdən düşmə zərərləri;
– hesabat verən təşkilatın xarici fəaliyyətinin təqdimat valyutasına keçməsi
daxil olmaqla, maliyyə hesabatlarının əməliyyat valyutasından təqdimat
valyutasına yenidən hesablanması nəticəsində yaranan xalis məzənnə fərqləri.
Torpaq, tikili və avadanlıqların hər bir sinfi üçün maliyyə hesabatlarında
əlavə olaraq həmçinin aşağıdakılar açıqlanmalıdır:
– mülkiyyət hüquqları məhdud olan aktivlərin mövcud olması və onların
balans dəyərləri və həmçinin öhdəliklər üzrə təminat şəklində girov qoyulan
torpaq, tikili və avadanlıqlara aid aktivlərin balans dəyərləri;
– torpaq, tikili və avadanlıqların inşası müddətində onların balans
dəyərində tanınan məsrəflərinin həcmi;
– torpaq, tikili və avadanlıqların əldə edilməsi üzrə müqavilə
öhdəliklərinin həcmi;
– maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata daxil edilmiş
qiymətdən düşmüş, itirilmiş və ya imtina edilmiş torpaq, tikili və avadanlıq
obyektləri üzrə üçüncü tərəflərdən əldə olunmuş kompensasiyanın məbləği.
Əgər torpaq, tikili və avadanlıqlar obyekti yenidənqiymətləndirmə dəyəri
ilə təqdim edilərsə, bu zaman aşağıdakılar açıqlanmalıdır:
– yenidən qiymətləndirmənin keçirilməsi tarixi;
– müstəqil qiymətqoyma mütəxəssisinin cəlb edilib-edilməməsi;
381
– aktivin ədalətli dəyərinin birbaşa olaraq fəal bazarda və ya əməliyyatın
həyata keçirilməsində maraqlı olan, yaxşı məlumatlandırılmış və bir-birindən asılı
olmayan tərəflər arasında ən son əməliyyatlarda müşahidə oluna bilən bazar
qiymətlərinə, ya da digər qiymətləndirmə üsullarına istinadən müəyyənləşdirilmə
dərəcəsi;
– dövr ərzində baş vermiş dəyişiklikləri səhmdarlar və ya digər iştirak payı
sahibləri arasında qalığın bölüşdürülməsi üzrə hər hansı məhdudiyyətləri
göstərərək yenidənqiymətləndirmə artımının məbləği;
– müvafiq sinfə daxil olan torpaq, tikili və avadanlıqların hər bir maddələri
üzrə bütün yenidən qiymətləndirilən mənfəətin məbləği;
– müvafiq sinfə daxil olan torpaq, tikili və avadanlıqların hər bir maddələri
üzrə bütün yenidən qiymətləndirilən zərərin məbləği.
Seqment hesabatları
Məlumatın açıqlanması:
– təşkilat hər bir seqment üçün seqment gəlirini və seqment xərcini
açıqlamalıdır. Büdcə ayırmaları və ya oxşar bölüşdürmələrdən, kənar mənbələrdən
və digər seqmentlərlə əməliyyatlardan əldə olunan seqment gəliri hər biri ayrı-
ayrılıqda təqdim edilməlidir;
– təşkilat seqment aktivlərinin ümumi balans dəyərini hər bir seqment üçün
açıqlamalıdır;
– təşkilat seqment öhdəliklərinin ümumi balans dəyərini hər bir seqment
üçün açıqlamalıdır;
– seqment nəticəsinin açıqlanması tələb edilmir.
Seqment üzrə əlavə məlumat
Uçot siyasəti və izahlı qeydlərdə həm xidmət, həm də coğrafi seqmentlər
üzrə aşağıdakı minimum məlumatın açıqlanması tələb olunur:
– hər bir təqdim edilmiş xidmət seqmentinə daxil edilmiş mal və
xidmətlərin növlərini;
– hər bir coğrafi hesabat seqmentinin tərkibini;
382
– xidmət və ya coğrafi seqmentlərin qəbul edilmədiyi halda onların
xüsusiyyətini.
Təşkilat hər bir coğrafi seqment və xidmət seqmenti üzrə aşağıdakı
məlumatlarını açıqlamalıdır:
– seqment xərclərini;
– seqment aktivlərinin ümumi balans dəyərini.
Bir neçə dövr ərzində istifadə edilməsi nəzərdə tutulan seqment
aktivlərinin əldə edilməsi üçün müvafiq dövr üzrə ümumi xərclər (torpaq, tikili,
avadanlıqlar və qeyri-maddi aktivlər).
Seqmentlərarası qiymətqoyma, köçürmələrin və onlarda baş verən istənilən
dəyişikliyin əsası uçot siyasəti və izahlı qeydlərdə açıqlanmalıdır.
Pul vəsaitləri yaratmayan aktivlərin qiymətdən düşməsi barədə
məlumatın açıqlanması
Təşkilat aktivlərin hər bir sinfi üzrə aşağıdakıları açıqlamalıdır:
– dövr ərzində mənfəət və ya zərərdə tanınmış qiymətdəndüşmə
zərərlərinin məbləğini və həmin zərərlərin əks olunduğu maliyyə fəaliyyətinin
nəticələri haqqında hesabatın müvafiq maddələrini;
– dövr ərzində mənfəət və ya zərərdə tanınmış qiymətdəndüşmə
zərərlərinin “storno” edilmiş məbləğini və həmin zərərlərin “storno” olunduğu
maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatın müvafiq maddələrini.
Təşkilat dövr ərzində tanınmış və ya “storno” edilmiş hər əhəmiyyətli
qiymətdəndüşmə zərəri üzrə aşağıdakı informasiyanı açıqlamalıdır:
– qiymətdəndüşmə zərərinin tanınmasına və yaxud “storno” edilməsinə
səbəb olan hadisə və şərtləri;
– tanınmış və yaxud “storno” edilmiş qiymətdəndüşmə zərərinin
məbləğini;
Ümumi Dövlət Sektoru haqqında maliyyə məlumatının açıqlanması
Açıqlamalar
Ümumi dövlət sektoru üzrə təqdim edilən açıqlamalar aşağıdakıları əhatə
etməlidir: