Beynəlxalq Dini Azadlıq üzrə abş Komissiyası (usciRF) Dövlət Departamentindən ayrı və fərqli təşkilatdır



Yüklə 50,63 Kb.

tarix15.10.2018
ölçüsü50,63 Kb.


 

Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası (USCİRF) Dövlət Departamentindən ayrı və fərqli təşkilatdır. 



Amerika Konqresinin yaratdığı bu təşkilat bütün dünyada dini azadlığı monitorinq edən və Prezidentə

Dövlət Katibi və Konqresə siyasət tövsiyələri verən müstəqil, iki partiyanın dəstəklədiyi ABŞ hökumətinin 

məsləhətçi qurumudur. USCİRF bu tövsiyələri bizim qanunla müəyyən edilmiş mandatımız və 

Ümumdünya İnsan Haqları Bəyannaməsi və digər beynəlxalq sənədlərdə müəyyən edilmiş standartlara 

əsaslandırır. 2015 İllik Məruzəsi yerlərdə pozuntuları sənədləşdirən Komissarlar və peşəkar heyət 

tərəfindən hazırlanmış bir illik işin kulminasiyasıdır və ABŞ Hökumətinə müstəqil tövsiyələr verir. 2015 İllik 

Məruzəsi 2014-cü il 31 yanvardan 2015-ci il 31 yanvar tarixinədək olan müddəti əhatə edir, hərçənd ki, 

bəzi hallarda bu zaman çərçivəsindən sonra baş vermiş əhəmiyyətli hadisələr qeyd edilmişdir.  

 

Azərbaycan 

Əsas tapıntılar: Azərbaycanda ictimaiyyətin dini tolerantlığına baxmayaraq, demokratik 

normalara hörmətdə kəskin enişlə yanaşı, 2014-cü ildə hökumətin dini azadlığa münasibəti 

pisləşməyə davam etmişdir.. Ötən il vətəndaş cəmiyyəti fəallarının və dini qrupların üzvlərinin 

həbsində əhəmiyyətli artıma müşahidə edildi. Bundan əlavə hökumət 2009-cu ildəki 

məhdudlaşdırcı din haqqında qanunun pozulması ilə bağlı cəzaların tətbiqinə davam etdi. Dini 

qruplardan qeydiyyat üçün müraciətlər ləngidilmiş və ya imtina edilmiş, dini qruplar 

bağlanmışdır. Dinc dindarlar, onların müdafiəçiləri və digər fəallar fərqli ittihamlarla 

saxlanılmış, cərimə və həbs edilmişdir. Bu narahatlıqlara əsaslanan USCİRF, 2015-ci ildə 

Azərbaycanı 2013-cü ildən etibarən olduğu təkrar 2-ci qrupda yerləşdirmişdir.  

Arayış 

Ermənistan, Gürcüstan, İran və Türkiyə ilə həmsərhəd olan Azərbaycanın doqquz milyon 

əhalisinin əksəriyyəti şiə müsəlmandır; haradasa 13 milyon etnik azərbaycanlı İranın şimalında 

yaşayır. Dövlət Departamentinə görə Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, onlardan 65 

faizi şiə, 35 faizi isə sünnilərdir. Qalan 4 faiz əhaliyə isə bunlar daxildir: rus pravoslav, erməni 

pravoslav və digər xristianlar (o cümlədən, lüteranlar, Roma katolikləri, baptistlər, molokanlar və 

yeddinci gün adventistləri); haradasa 20000 yəhudi; bəhai; və dinsizlər. Müsəlman və rus 

pravoslavları arasında dini mənsubiyyət adətən etnik kökə əsaslanır. Şiələr, sünnilər, rus 

pravoslavlar və yəhudilər rəsmi olaraq ölkənin "ənənəvi" dini qrupları kimi bilinirlər. 

Sovetlər dönəmindən öncəki müstəqil Azərbaycan, dünyada müsəlmanların çoxluq təşkil etdiyi 

ilk dünyəvi parlament respublikası olub. SSRİ dağıldıqdan sonra Azərbaycan 1991-ci ildə 

müstəqilliyini qazanmışdır. Ermənistan ilə Dağlıq Qarabağ müharibəsi 1994-cü ildə atəşkəs ilə 

bitmiş; Azərbaycan torpaqlarının 16 faizini itirmiş və 600000 məcburi köçkün qazanmışdır. 

ATƏT-in Minsk qrupu, Birləşmiş Ştatlar, Fransa və Rusiyanın həmsədrliyi ilə bu münaqişədə 

vasitəçilik edir; 2014-cü il toqquşmaları hər iki tərəfdən itkilərə gətirib çıxarmışdır. 

Əsas ərazidən kənarda yerləşən Naxçıvan köklü Əliyevlər ailəsi Azərbaycan siyasətində 

dominantlıq edir. Heydər Əliyev Sovet erası Azərbaycanında 1969-1982 arası Partiyanın Birinci 

Katibi olmuş, daha sonra 1993-cu ildən səhhəti ilə əlaqədar vəzifədən getdiyi 2003-cü ilədək 




 

müstəqil Azərbaycanın prezidenti olmuşdur. Əliyev oğlu İlhamı çox tənqid edilmiş 2003 



prezident seçkilərində partiyasının vahid namizədi göstərmişdi. Müddət məhdudiyyətləri 2009-

cu ildə qaldırılmış və İlham Əliyev o vaxtdan bəri prezidentdir. Azərbaycan hökuməti rüşvətxor 

kimi tanınır və avtoritarlığı getdikcə artır. 

Hesabat dövrü ərzində Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və dinc dindar qruplarının 

həbsləri və repressiyasında əhəmiyyətli yüksəliş olmuşdur. 2014-cü ildə parlament həm də QHT-

lər və dini qruplar üçün guya dini ekstremizmin yayılmasının və xarici missioner fəaliyyətinin 

qarşısını almaq məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) hesabat 

tələblərini artırmışdır. Bu problemli işlər Azərbaycanın 2014-cü ildə altı ay ərzində Avropa 

Şurasının (AŞ) Nazirlər Şurasına sədrlik etdiyi dövrdə baş vermişdir. AŞ insan haqları komissarı 

Nils Muiznieks 2014-cü il sentyabr ayında AŞ standartları ilə "hesablaşmayan" "tamamilə qeyri-

məqbul" insan haqları durumu üçün Azərbaycan hökumətini tənqid etmişdir. BMT İnsan haqları 

üzrə yüksək komissarı tərəfindən 2014-cü il avqust bəyanatında ekspertlər deyirdilər ki, onlar 

"insan haqları fəallarının kriminallaşdırılmasından" "dəhşətə gəlmiş"  və onların sərbəst 

buraxılmasını tələb etmişdilər. 

Azərbaycanın 2009-cu il din haqqında qanunu, dini azadlığı məhdudlaşdırmaq və cərimələrə, 

polis reydlərinə, tutub saxlamalara və həbslərə haqq qazandırmaq üçün istifadə olunur. Qanunun 

müddəalarına bunlar daxildir: mürəkkəb və bezdirici tələbləri olan məcburi dövlət qeydiyyatı; 

qeydiyyatdan imtinaya görə şikayət hüququnun olmaması; dini fəaliyyətlərin həmin icmanın 

qeydiyyatdan keçdiyi ünvanlarla məhdudlaşması; dini materialların məzmunu, hazırlanması, 

idxalı, ixracı, və yayımlanmasına geniş dövlət nəzarəti; moizə oxumaq, dini öyrətmək və ya 

mərasimləri aparmaq üçün dövlətin təsdiq etdiyi dini təhsilin tələb olunması. Din haqqında 

qanunu pozan şəxs və ya qruplar inzibati cəriməyə tabe tutulurlar. 2010-cu ildə dini təşkilatlar 

üçün cərimələr 16 qat artmışdır. 2012-ci ildə AŞ-nın Venesiya Komissiyası və Avropada 

Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) hüquqi rəy vermişdir və burada Azərbaycanın 

din haqqında qanununun, beynəlxalq insan haqları ilə bağlı öz öhdəliklərini yerinə yetirmədiyi 

bildirilmişdir. 2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) müəyyən etmişdir ki, 

Azərbaycanın 2009-cu il din haqqında qanunu hakimiyyətə "qanunsuz" dini fəaliyyəti müəyyən 

etmək və məhkəmə təqibinə məruz qoymaq üçün "qeyri-məhdud ixtiyar" verir. 



2014-2015 üzrə Dini Azadlıqların vəziyyəti 

Qeydiyyat vasitəsilə dövlət nəzarəti:  Qeydiyyat icbaridir və qeydiyyatdan imtina etmiş dini 

qruplar və ya qeydiyyata etiraz "qeyri-qanuni" bilinmişdir. Qeydiyyatdan keçməyən dini 

icmaların üzvləri tez-tez reydlərlə, dini mətnlərin müsadirəsi və digər cəzalarla üzləşirlər. Lakin 

hətta qeydiyyatdan keçmiş dini qrupların da öz işini yalnız hüquqi ünvanlarında aparmalarına 

icazə verilir və digər məhdudiyyətlərə məruz qalırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 

2014-cü ildə iddia edirdi ki, ölkədə qeydiyyatdan keçmiş dini qrupların ümumi sayı 588 olub. 

Azərbaycan QHT-si, İslami-İttihad Assosiasiyası 2003-cü ildə bağlanmasına qarşı AİHM 

məhkəmə işini 2014-cü ilin oktyabr ayında udmuşdur. AİHM müəyyən edib ki, dövlət, 




 

assosiasiyanın toplanma azadlığı hüququnu pozmuş və müsəlman zəvvarların ziyarətlərini təşkil 



etdiyi və hökumət dəstəkli Qafqaz Müsəlmanları İdarəsini (QMİ) tənqid etdiyi üçün bağlanıb. 

2014-cü ilin noyabr ayında Azərbaycanın Ali Məhkəməsi Bakının “Fatimeyi Zəhra” sünni 

məscidinin dövlətin təzyiqi ilə qanunla bağlanmasına qarşı apelyasiyasını rədd etmişdir. DQİDK 

2011-cü ilin sonunda iddia edirdi ki, baptist və adventistlər qeydiyyata alınacaqlar, lakin bunu 

etmək üçün öncə ləğv olunmalı və yeni təşkilat kimi müraciət etməlidirlər; əks təqdirdə onlar 

hüquqi bağlanma ilə üzləşəcəklər. 



Dini fəaliyyətlər və ya dini azadlığın müdafiəsinə görə cəzalar: Hüquqi Müdafiə və 

Maarifləndirmə Cəmiyyəti İctimai Birliyi (HMMCİB) Azərbaycan QHT öz inanclarının dinc 

yolla icra etdiklərinə və ya dini azadlığı müdafiə üçün həbs edilmiş müsəlmanların siyahısını 

tərtib etmişdir. Onların əksəriyyəti məktəblərdə baş örtüyü qadağasına qarşı aşkar şəkildə etiraz 

etdiklərinə görə məhkum edilmiş: həmin qrupun 11 üzvü hələ də həbsdədir, yeddisi 2014-cü ildə 

azadlığa buraxılmışdı; ikisi isə 2015-ci ilin mart ayında Prezident Əliyev tərəfindən əfv 

edilmişdir. HMMCİB rəhbəri, hüquqşünas Rəsul Cəfərovun məhkəməsi 2015-ci ilin yanvar 

ayında başlamış, şahid ifadələrinin maliyyə manipulyasiyaları üzrə rəsmi ittihamları 

dəstəkləmədiyinə baxmayaraq; o, 6.5 il həbsə məhkum edilmişdir. Dini azadlığa diqqət çəkən 

tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunus, 2014-cü ilin avqust ayından etibarən 

həbsdədirlər; cəza sistemində onların ağırlaşmaqda olan səhhətinə məhəl qoyulmur. 

2014-cü ilin noyabr ayında Sumqayıtdakı evdə ibadət etməyə gələn doqquz sünni bir neçə saatlıq 

saxlanmışdı; polis onların silahlı olmasını iddia edirdi. 2015-ci ilin fevral ayında Bakı 

məhkəmələrindən biri ev sahibi Zöhrab Şıxəliyevi (öz evini ibadət üçün təklif edib, çünki bütün 

yerli sünni məscidləri bağlanmışdı) saxta silah ittihamı ilə altı ay müddətinə məhkum etmişdir. 

QMİ imamını öz məscidində xidmət etməyə təyin edildiyi üçün aşkar şəkildə tənqid edən islam 

teoloqu Taleh Bağırov 2013-cü ildə saxta narkotik ittihamı ilə məhkum edilmiş və 2014-cü ilin 

sonlarında azad edilmişdi. Üç müsəlmanın - Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan 

Səbzəliyevin guya "qeyri-qanuni" dini materialları oxuması və "qeyri-qanuni" dini qrupun 

təşkilinə görə məhkəmə prosesi 2014-cü ilin dekabr ayında başlanmışdır. Təqsirli bilinəcəkləri 

halda onları üç ildən beş ilədək həbs gözləyir. Müsəlman alimi və QMİ mətbuat işçisi Elşən 

Mustafaoğlu 2014-cü il, 19 dekabrda dörd aylığına məhkəməyədək icraatda həbsə məhkum 

edilmişdir, onun vətənə xəyanət maddəsi ilə ittiham edildiyi söylənilir. O, İslamı İranda 

öyrənmiş və 2009-cu il ABŞ Beynəlxalq Ziyarətçi Proqramında iştirak etmişdir. İslam barəsində 

televiziya verilişinin keçmiş aparıcısı olan Ceyhun Cəfərovun hesabat dövründən sonra naməlum 

ittihamlarla həbs edildiyi bildirilmiş və dörd aylığına məhkəməyədək icraatda həbsə məhkum 

edilmişdir. 

Müsəlmanlar üzərində əlavə məhdudiyyətlər: Azərbaycandakı bütün müsəlmanlar rəsmi 

məhdudiyyətlərə məruz qalır. Bütün müsəlman dini liderləri dövlət dəstəkli QMİ təyin edir və 

Azərbaycanda təhsil almış vətəndaşlar olmalı; bütün məscidlər QMİ-nə aid olmalıdır; və yalnız 

ölkə vətəndaşları İslami dini icmalar təsis edə bilərlər. 




 

2014-ci ilədək QMİ-nə aid olmayan heç bir müsəlman icmasının hüquqi statusu yox idi və 



polisin tədbirlərinə qarşı müdafiəsiz idilər. Polis indiyədək məscidin çölündə namaz qılmağa 

icazə verməyən 2008-ci il fərmanını zorla qəbul etdirir. 2010-cu ildə Təhsil Nazirliyi məktəbli 

formasını tətbiq etmiş, bununla da İslami baş örtüyü qadağan edilmişdir. 2013-cü ildə bu 

qadağan universitetlərə aid edilmiş, bu da petisiya şikayətlərinə və icazəsiz etiraz aksiyalarına 

gətirib çıxarmışdır. 

2014-cü ildə hökumət və QMİ, sünni ibadət yerlərini bağlamaq üçün aşkar kampaniyanı 

gücləndirdilər. Ləzgi məscidi - Bakıdakı iki açıq sünni məscidindən biri - bağlanmaq ilə təhdid 

edilmişdir. 2014-cü ildə Bakı yaxınlığındakı bir sünni məscidi yeni nəzarət altına alınmış; 

DQİDK iddia edir ki, məscidin ilk icması şiə üzvləri qəbul etməyi "seçməklə" dağılmışdır. 

Dini azlıqlara məhdudiyyətlər: Əksər protestant məzhəblərinin, o cümlədən baptistlər, yeddinci 

gün adventistləri, pentakostalların və həmçinin “Yehova şahidləri”-nin hüquqi statusu yoxdur. 

İki gürcü pravoslav icması qeydiyyatdan keçmişdir, lakin Qax rayon icra hakimiyyəti üç gürcü 

pravoslav kilsəsində ibadətləri 30 dəqiqəyədək məhdudlaşdırıb. Hökumət, əvəzini ödəmədən dini 

obyektləri müsadirə etmişdir. O, Bakıdakı bərpa olunmuş Erməni “Müqəddəs Qriqoriy Apostol 

kilsəsi”-dən Prezident Administrasiyası Şöbəsi üçün arxiv kimi istifadə edir. Mədəniyyət 

Nazirliyi Bakının müsadirə edilmiş Lüteran Kilsəsini konsert zalı kimi işlədir; 2014-cü ilin 

oktyabr ayında o, həmin binanın kirayəsini qeydiyyatdan keçmiş dini qruplarla 

məhdudlaşdırmışdır. Bakının Lüteran Kilsəsi və “Yeni Həyat” Pentekostal Kilsəsi (qeydiyyatdan 

keçmiş azsaylı qeyri-müsəlman dini qruplardan ikisi) binanı kirayə götürmüşdür, lakin 

qeydiyyatdan keçməmiş “Böyük Nəvaziş (Greater Grace)” kilsəsinə rəsmi şəxslər bunu daha edə 

bilməyəcəklərini söyləmişlər. 



Dini baxışlarına görə hərbi qulluqdan imtinanın durumu: Azərbaycan 2001-ci ildə AŞ-na 

qoşularkən o, alternativ xidmətə imkan verəcəyini vəd etmişdi, lakin hələ də belə bir qanun 

qüvvəyə minməyib. Hərçənd ki, Konstitusiya alternativ xidmətə imkan verir, digər qanunlar 

hərbi xidmətdən imtina edənlərə iki il həbs cəzasını müəyyən edir. 2013-cü il oktyabr ayından 

etibarən həbs edilmiş Yehova şahidi Kamran Şıxəliyev 2014-cü ildə 2015-ci ilin avqust ayınadək 

xidmət etməli olduğu hərbi bölmədə 1 il müddətinə xidmətə qarşı apelyasiya şikayətini uduzub. 



Dini materiallara qarşı dövlət senzurası: Rəsmi qadağaların və dini mətnlər üzərində senzuranın 

ilk dəfə pozulmasına görə cəzalara iki ilədək həbs daxildir. “Gizli” və ya mütəşəkkil qrup və ya 

təkrar qanun pozucularını iki ildən beş ilədək həbs gözləyir; 2015-ci ilin fevral ayında Bakı 

məhkəməsi Yehova Şahidləri İrina Zaxarçenko və Validə Cəbrayılovaya gizli polis istintaq 

təcridxanasında üç aylıq saxlanma qərarı vermişdir; onları dövlət icazəsi olmadan dini ədəbiyyat 

təklif etdiklərinə görə beş illik həbs gözləyir. 



Naxçıvanda vəziyyət: Naxçıvan sakinləri Azərbaycanın digər yerlərindən daha kəskin dini 

azadlıq məhdudiyyətləri ilə üzləşirlər. Yerli sünnilərin ibadət etməyə yerləri yoxdur. 2014-cü ilin 

noyabr ayında 200-dək şiə həbs edilmişdi; “Forum 18 xəbərlər xidməti”-nin məlumatına əsasən – 

rəsmi olaraq İrana yaxın kimi tanınan 50-dək şəxs saxlanmaqdadır və 50-dək məscidin 




 

bağlandığı xəbər verilir. Şiələrin Aşura mərasiminə məscidlərin çölündəki polis uşaq və 



tələbələrin girişinə imkan verməyib. Bir çox dövlət işçilərinin məscidə getməkdən çəkindiyi 

xəbər verilir. Bəhailər, adventistlər və hari krişnalara qadağa qoyulub. Cuqa kəndi yaxınlığındakı 

qədim erməni məzarlığı 2005-ci ildən bəri vəhşicəsinə dəfələrlə dağıdılmışdır. 

ABŞ siyasəti 

Birləşmiş Ştatlar Azərbaycanda qərbyönümlü demokratiyanı dəstəkləmək və açıq bazar 

iqtisadiyyatını qurmağa kömək etmək məqsədini güdür. Digər məqsədlərə regionda sabitliyi ön 

plana çəkmək, əsas da Dağlıq Qarabağ münaqişəsinin həlli; enerji təhlükəsizliyinin artırılması və 

iqtisadi və siyasi islahatlara şərait yaratmaq daxildir. ABŞ şirkətləri Azərbaycanda neft 

layihələrində əməkdaşlıq edirlər. Azərbaycan Şimali Atlantik Sazişi Təşkilatının (NATO) 

Əfqanıstandakı əməliyyatlarını “Şimali Paylama Şəbəkəsi”-də iştirak etməklə dəstəkləyir və 

transmilli təhdidlərə, xüsusilə İran tərəfdən olan təhdidlərə qarşı çıxır. ABŞ yardımı dəniz 

terrorçuluğu əleyhinə imkanları, xüsusilə onun Xəzər Dənizi hövzəsində inkişaf etdirməyə 

yardım edir və hərbi təhlükəsizlik təlim kurslarını təqdim edir. ABŞ-ın Azərbaycanda vətəndaş 

cəmiyyətinə yardımı vətəndaş cəmiyyətinə kiçik qrantlar və vətəndaş dialoquna yönəlib.

 

BMT insan haqları qurumları və beynəlxalq vətəndaş cəmiyyəti qruplarının qeydlərindəki 



tənqidləri hesabat dövrü ərzində kəskin şəkildə artmışdır. İnsan haqları ilə bağlı tənqidlərə cavab 

olaraq Azərbaycan rəsmiləri 2014-cü ildə keçmiş ABŞ səfiri Riçard Morninqstara və Bakıda 

olmuş və Azad Avropa/Azadlıq radiosunun müxbiri, sonradan həbs edilmiş Xədicə İsmayılova 

ilə görüşmüş senat heyətinə qarşı şifahi olaraq hücuma keçmişdi. 2015-ci ilin fevral ayında 

Avropa və Avrasiya İşləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Nuland ticarət və 

sərmayə məsələləri; enerji diversifikasiyası; təhlükəsizlik və terrorçuluq əleyhinə mübarizə, 

demokratiya və vətəndaş cəmiyyəti və Dağlıq Qarabağ münaqişəsi barədə dövlət rəhbərliyi ilə 

görüşüb ikitərəfli müzakirələr aparmaq üçün Azərbaycana getmişdi. Bir günlük səfər ərzində o, 

həmçinin vətəndaş cəmiyyəti ilə qısa görüş keçirmiş və vətəndaş cəmiyyəti və demokratiya üzrə 

davam edən ABŞ-Azərbaycan dialoqunun Avropa Şurasının təşəbbüsləri ilə paralel şəkildə 

aparılmasının başlanğıcı barədə bəyanat vermişdi.  

Tövsiyələr 

Azərbaycanda din və inanc azadlığını irəli çəkməkdən ötrü USCİRF ABŞ hökumətinə 

aşağıdakıları etməli olduğu barədə tövsiyə verir: 

 



 

Avropa Şurasının Venesiya Komissiyasının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq 

Təşkilatının 2012-ci il tövsiyələri əsasında Azərbaycan hökumətini din haqqında qanunda öz 

beynəlxalq öhdəliklərinə uyğunlaşdırmaq üçün islahatlar aparmağa vadar etmək

 



 



Azərbaycan hökumətini dinc dini fəaliyyət və ya dini mənsubiyyətinə görə həbsə atılmış dini 

qrup üzvlərinin saxlanmasını və həbsini dayandırmağa vadar etmək; 

 



 



 

Azərbaycandakı ABŞ səfirliyinin insan haqları fəalları ilə müvafiq təmaslar saxlamasını 

təmin etmək və beynəlxalq insan haqları sənədlərində təsbit edildiyi kimi hər bir məhbusun 

öz ailəsi, insan haqları üzrə monitorinqlər, adekvat tibbi xidmət və vəkil ilə müntəzəm  

əlaqəsini/təmasını təmin etmək; 

 



 

Azərbaycanda beynəlxalq dini azadlıqlar və müvafiq insan haqlarının pozulması ilə bağlı 

BMT və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında ictimai nəzarəti gücləndirmək 

və ATƏT-i bu məsələlərə aşkar şəkildə məşğul olmağa sövq etmək; 

 



 



Azərbaycan hökumətini BMT-nin Din və İnanc üzrə, həmçinin Ədliyyənin müstəqilliyi və 

İşgəncələr üzrə xüsusi məruzəçisinin ziyarətinə razılıq verməyə; xüsusi ziyarət günlərini 

təyin etməyə; və bu ziyarətlər üçün zəruri şəraiti təmin etməyə vadar etmək; 

 



 

Azərbaycan hökumətinə dini qrupların qeydiyyatsız sərbəst fəaliyyət göstərmələrinə imkan 

yaratması üçün təzyiq göstərmək və belə qrupların qeydiyyatının könüllü olması üçün din 

haqqında qanundakı qeydiyyat prosesinə düzəlişləri dəstəkləmək; 

 



 



ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Demokratiya və Münaqişələrin Yumşaldılması 

proqramında və ABŞ Səfirliyinin nəzarətindəki Demokratiya Komissiyası Kiçik Qrantlar 

proqramında dini azadlığa dair qrant kateqoriyasını və fəaliyyət sahəsini təsbit etmək, və 

dövlətin maliyyələşdirdiyi Demokratiyaya Milli Dəstək Fondunu (National Endowment for 

Democracy) tolerantlıq və din və inanc üzrə vətəndaş cəmiyyəti proqramlarına qrantlar 

verməyə həvəsləndirmək; və 

 



 



Dini azadlıq, həm də onun ABŞ xarici siyasətində rolu barədə müvafiq məlumatların yer 

aldığı ABŞ dövlətinin maliyyələşdirdiyi, xüsusilə Azərbaycan dilində olan obyektiv radio və 



internet proqramlarını çoxaltmaq.

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə