Безымянный-1



Yüklə 178,99 Kb.
Pdf görüntüsü
səhifə5/85
tarix14.02.2018
ölçüsü178,99 Kb.
#26966
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   85

in conformity with human rights. This point has been repeatedly made by the
Court and the Council of Europe.
Through the present study, Zaur Aliyev has made a learned response to that
call and I commend him for it.
Jean-Paul Costa
President of the European Court of Human Rights
(19.01.2007-03.11.2011), 
Professor
Strasbourg, December 2010
Zaur  Əliyev
18


ÖN SÖZ
Mən, Avropa İnsan Hüquqları Məhkəməsinə həsr olunmuş bu tədqiqat işinə
kiçik  də  olsa  töhfə  verdiyimə  görə  çox  məmnunam.  Bu  işdə  müəllif Avropa
Məhkəməsinin  təşkili  və  yurisdiksiyasının  əsas  aspektlərini  tədqiq  etməyi
qarşısına məqsəd qoymuşdur. Bu məsələlər olduqca aktualdır, ona görə də dərin
və  müfəssəl  araşdırma  tələb  edir.  Beynəlxalq  məhkəmə  orqanı  kimi Avropa
Məhkəməsi beynəlxalq müqavilə əsasında – 1950-ci il Avropa İnsan Hüquqları
Konvensiyasına uyğun olaraq təsis edilmiş və ən sonuncusu 14 nömrəli Protokol
olmaqla, Konvensiyaya əlavə edilmiş bir neçə protokol vasitəsilə islahatlara məruz
qalmışdır. Bu formal dəyişikliklərlə yanaşı, Məhkəmə habelə – belə demək olarsa
– «üzvi» surətdə inkişaf etmişdir. Konvensiyanın mətnini təfsir etməklə Məhkə-
mə vacib səlahiyyətlər əldə etmişdir. Bu səlahiyyətlərə dövlətlər üçün hüquqi cə-
hətdən məcburi xarakterli müvəqqəti tədbirlər müəyyən etmək və pilot qərarlar
proseduru  çərçivəsində  Konvensiyada  təsbit  olunmuş  hüquqların  sistematik
pozulması hallarının aşkarlanmasına cavab olaraq dövlətlərin həyata keçirməli
olduqları tədbirləri müəyyən etmək daxildir. Məhkəmə dəfələrlə qeyd etmişdir ki,
Konvensiya canlı sənəddir; eyni şeyi Məhkəmənin özü haqqında da demək olar.
Məhkəməni təsis edərkən Konvensiyanın müəllifləri ona real, lakin məh-
dudlaşdırılmış səlahiyyətlər vermişlər. Müəllif Məhkəmənin yurisdiksiyasının
əsas hədlərini, yəni ratione materiae, personae, temporis və loci yurisdiksiyalarını
təhlil  edir.  Bunlar  heç  də  sadəcə  texniki  məsələlər  deyildir.  Əksinə,  bunlar
Məhkəmənin hüdudlarında kənara çıxa bilmədiyi sərhədlərdir və bu səbəbdən
Məhkəmədə baxılan bir sıra işlərdə tərəflər arasında gərgin hüquqi mübahisələrin
ortaya çıxmasına əsas yaradır. Dövlətlərin bu məsələyə olduqca həssas münasibəti
bu yaxınlarda qəbul olunmuş «Avropa İnsan Hüquqları Məhkəməsinin gələcəyinə
dair İnterlaken Bəyannaməsi»ndə (9-cu bənd) öz əksini tapmışdır.
Məhkəmənin iş qaydasını və fəaliyyətini, habelə onun qərarlarının milli
hüquqa  təsirini  təhlil  etməklə  müəllif  Avropa  insan  hüquqları  hüququnun
məzmunu və tələblərinə dair Azərbaycan hüquqşünaslarına dəyərli vəsait təqdim
etmişdir. 2002-ci il aprelin 15-də Azərbaycan Konvensiyanı ratifikasiya etdiyi
vaxtdan bəri Azərbaycana qarşı Məhkəmənin baxdığı işlərin sayı hələ xeyli az
Avropa İnsan Hüquqları Məhkəməsi
19


olsa da, hansı dövlətə qarşı çıxarılmasından asılı olmayaraq Məhkəmənin aparıcı
qərarları ilə tanışlıq insan hüquqlarına uyğun fəaliyyət göstərmək üçün prinsipial
əhəmiyyətə malikdir. Bu məqam Avropa Məhkəməsi və Avropa Şurası tərəfindən
dəfələrlə qeyd edilmişdir. Zaur Əliyevin bir tədqiqatçı kimi bu əsəri vasitəsilə
həmin çağırışa cavabını mən tərifə layiq hesab edirəm.
Jan-Pol Kosta
Avropa İnsan Hüquqları Məhkəməsinin sədri
(19.01.2007-03.11.2011), 
Professor
Strasburq, dekabr 2010
Zaur  Əliyev
20


ÖN SÖZ
XX əsrdə bəşəriyyətin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də əsas insan
hüquq və azadlıqlarının beynəlxalq səviyyədə tanınması və insan hüquqlarına
hörmət prinsipinin beynəlxalq hüququn ümumtanınmış prinsipinə çevrilməsi oldu.
Lakin bu hüquqların yalnız bəyan edilməsi kifayət deyildi. İnsan hüquqlarının
tam  şəkildə  bərqərar  olması  üçün  effektiv  mexanizmlərin  mövcudluğu  da
zəruridir. Belə effektiv mexanizmlərdən biri də Avropa İnsan Hüquqları Konven -
siyası  əsasında  təsis  edilən  regional  beynəlxalq  hüquq  müdafiə  mexanizmi  -
Avropa  İnsan  Hüquqları  Məhkəməsidir. Azərbaycan  Respublikasının Avropa
Məhkəməsinin  yurisdiksiyasını  tanıması,  eyni  zamanda  Azərbaycanın  bu
məhkəmə orqanında tərəf kimi iştirak etməsi Avropa Məhkəməsinin fəaliyyətinin
hüquqi əsaslarının, xüsusilə də onun yurisdiksiyasının araşdırılmasını zəruri edir.   
Azərbaycan  Respublikası  Prezidentinin  28  dekabr  2006-cı  il  tarixli
Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət
Planında Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində
nəzərə  alınması  məqsədilə  mütəmadi  olaraq  tədbirlərin  keçirilməsi  nəzərdə
tutulmuşdur. 
Məhz yuxarıda qeyd olunanlar baxımından Zaur Əliyevin bu tədqiqat işi öz
aktuallığı ilə diqqəti cəlb edir. Belə ki, Azərbaycanın yurisdiksiyası altında olan
şəxslərdən  Avropa  Məhkəməsinə  şikayətlərin  daxil  olması,  Məhkəmənin
qərarlarının  milli  hüquqa  təsiri,  bir  sözlə  Azərbaycan-Avropa  Məhkəməsi
əlaqələrinin genişlənməsi tədqiqat əsərinin əhəmiyyətini şərtləndirən amillərdir.   
Avropa  Məhkəməsinin  müxtəlif  növ  yurisdiksiyasını  ətraflı  tədqiq  edən
müəllif haqlı olaraq belə bir nəticəyə gəlir ki, Məhkəmənin zamana və məkana
görə  yurisdiksiyası  baxımından  işğal  nəticəsində  Konvensiya  müddəalarının
pozulması ilə bağlı Ermənistana qarşı işlərə baxılmasına hüquqi maneə yoxdur.
Dediklərini  əsaslandırmaq  üçün  müəllif  Məhkəmənin  presedent  hüququna
müraciət etmişdir.
Tədqiqat işinin üstün cəhətlərindən biri də ondan ibarətdir ki, müəllif Avropa
Məhkəməsinin qərarlarının Avropa Şurasının üzv dövlətlərinin milli hüququna
təsirini konkret misallarla göstərməklə, Azərbaycan qanunvericiliyinin Avropa
İnsan  Hüquqları  Konvensiyasına  uyğunlaşdırılması  istiqamətində  konkret
təkliflərlə çıxış edir. 
Təqdirəlayiq haldır ki, ilk dəfə olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin
insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşdırılmış beynəlxalq məhkəmə
orqanı kimi beynəlxalq hüquqi statusu, onun digər beynəlxalq hüquq müdafiə
Avropa İnsan Hüquqları Məhkəməsi
21


Yüklə 178,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə