Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Mumlar,  sterinlər,  tərkibi,  bioloji  rolu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə23/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   136
BIOKIMYA MUHAZIRELER

4.  Mumlar,  sterinlər,  tərkibi,  bioloji  rolu
İrimolekullu  yağ  turşuları 
palmitin, stearin, olein turşuları və s. ilə ali spirtlərin (seril spirti, mirisil spirti və 
s.) mürəkkəb efirləridir. Mumlar əsasən aşağıdakı turşulardan və spirtlərdən əmələ 
gəlir: 
 
Serotin turşusu: C
26
H
53
COOH 
Karnaub turşusu: C
23
H
47
COOH 
Seril spirti: C
26
H
53
OH 
Mirisil spirti: C
31
H
63
OH 
 
Ali  alifatik  spirtlər  mumların  tərkibinə  daxil  olduğundan  onlara 
mum 
spirtləri
  də  deyilir.  Bunlar  iysiz,  ağ  kristallik  maddələrdir,  suda  həll  olmur, 
asetonda və efirdə isə həll olur.  
Təbii  mumlara  yun  yağı  (lanolin),  spermaset,  arı  mumu  və  s.  aiddir.  Təbii 
mumlarda göstərilən mürəkkəb efirlərlə yanaşı spirtlər, sərbəst turşular və parafin 
karbohidrogenləri  də  olur.  Qoyun  yununun  yağı,  yunun  5-10%-ni  təşkil  edir.  Bir 
qoyun dərisinin yun örtüyündən 500 q kimi yun yağı ayırmaq olur.  
Yun  yağının  kimyəvi  tərkibi  çox  mürəkkəbdir  və  tam  öyrənilməmişdir. 
Onun əsas tərkib hissəsi ali alifatik və siklik spirtlərin irimolekullu yağ turşuları ilə 
əmələ  gətirdikləri  mürəkkəb  efirlərin  qarışığından  ibarətdir.  Siklik  spirtlər 
(xolesterin, izoxolesterin, oksixolesterin, metaxolesterin və s.) yun yağındakı spirt-
lərin  çox  hissəsini  (50-70%)  təşkil  edir,  qalanı  isə  setil,  seril,  karnaubil  spirtlə-
rindən və başqalarından ibarətdir.  
Təmizlənmiş lanolin qiymətli məhsul olub, təbabətdə və kosmetikada işlənir.  
O dəridən yaxşı sorulur, dəriyə yumşaqlıq və elastiklik verir.  
Spermaset setil spirti ilə palmitin turşusunun mürəkkəb efiridir. 
C
16
H
33
OH + C
15
H
31
COOH → H
2
O + C
16
H
33
OCOC
15
H
31
 
Setil spirti    Palmitin turşusu                      Spermaset 
Spermaset balinanın kəllə boşluğunda və başqa hissəsində olur. 
Mum arıların mum vəzilərində istehsal olunur. Onun tərkibində spirtlərdən 
çoxluğu (38-40%) mirisil spirti, turşulardan isə palmitin turşusu təşkil edir.  
Arı mumunun əsas hissəsi mirisilpalmitatdan (C
15
H
31
OCOC
30
H
61
)  ibarətdir. 
Mumlar güman edildiyinə görə mühafizə funksyasını yerinə yetirir.  
Onlar heyvanlarda dərini suyun daimi təsirindən, bəzi hallarda isə həddindən 
artıq buxarlanmadan qoruyur.  


26 
 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə