Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə26/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   136
BIOKIMYA MUHAZIRELER

Xolinfosfatidlər. 
Xolinfosfatidlər
 
həm  bitki,  həm  də  heyvan  toxumalarında 
rast  gəlmək  olur.  Bunlar  beyin  toxumasının  və  periferik  sinirlərin  tərkibinə 
daxildir. Qanda və digər toxumalarda da xolinfosfatidlərə rast gəlinir.  
Xolinfosfatidlərin  nümayəndəsi  lesitinlərdir.  Bunlara 
fosfatidilxolin 
də 
deyilir.  Lesitinlər  bir  molekul  qliserindən,  iki  molekul  (biri  doymuş,  digəri 


27 
 
doymamış)  yağ  turşusundan,  bir  molekul  fosfat  turşusundan  və  bir  molekul  da 
xolindən əmələ gəlir. Odur ki, hidroliz olunduqda göstərilən maddələrə ayrılır: 
 
 
 
 
 
 
 
 
 
Lesitinlər  xolinfosfatın  qliserinin  hansı  karbon  atomunun  yanında 
olmasından  asılı  olaraq 
α-
  və 
β-
  formada  təsadüf  edilir. 
α-
lesitində  fosfat 
turşusunun  və  xolinin  qalığı  qliserinin 
α-
karbonu, 
β-
lesitində  isə 
β-
karbonu  ilə 
birləşirlər. 
 
 
 
 
 
 
 
 
Lesitinlər  ən  çox  yumurtanın sarısında və  soyada  olur. Bunlar  etil  spirtində 
yaxşı  həll  olur,  havada  tündləşir,  buna  səbəb  tərkibində  olan  yağ  turşularının 
oksidləşməsidir.  
Lesitin  molekulundakı  doymamış  yağ  turşusu  hidroliz  edildikdə  lizolesitin 
adlanan  yüksək  hemolitik  təsirə  malik  olan  maddələr  əmələ  gəlir.  İlan  zəhərinin 
tərkibində  göstərilən  prosesi  kataliz  edən  spesifik  fermentlər  vardır.  İlan  sancmış 
adamın qanında eritrosidlərin hemolizə uğraması həmin fermentin fəaliyyəti nəti-
cəsində hemolitik təsirə malik lizolesitinin miqdarının artması ilə izah olunur.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə