Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Fosfolipidlər  (xolinfosfatidlər,  kolaminfosfatidlər,  serinfosfatidlər



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə25/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   136
BIOKIMYA MUHAZIRELER

5.  Fosfolipidlər  (xolinfosfatidlər,  kolaminfosfatidlər,  serinfosfatidlər, 
inozitfos  fatidlər,  asetalfosfatidlər,  sfinqofosfatidlər),  tərkibi,  bioloji  rolu
Mürəkkəb  lipidlərə  aid  olub,  yağabənzər  maddələrdir.  Yağabənzər  maddələrin 
tərkibində  də  triqliseridlər  vardır.  Lakin  yağlardan  fərqli  olaraq  bunlarda  əlavə 
fosfat turşusu və s. maddələr də (xolin, kolamin, serin, inozit və s.) olur. 
Fosfatidlər  yağ  həlledicilərinin  çoxunda  (benzol,  efir,  xloroform)  həll  olur, 
lakin  asetonun  təsirindən  çöküntü  verir  və  hiqroskopikdir.  Suda  şişərək  kolloid 
məhlul  əmələ  gətirir.  Bunlar  optik  aktiv  olub,  polyarizasiya  müstəvisini  sağa 
fırlayır (
d-izomer). 
Fosfatidlər insanların və heyvanların hüceyrələrində və toxumalarında (sinir 
toxumasında,  qaraciyərdə,  böyrəklərdə,  ağciyərdə,  ürəkdə  və  s.)  olmaqla  eyni 
miqdarda  paylanmır.  Fosfatidlərə  mitoxondriyalarda,  mikrosomlarda  da  təsadüf 
edilir.  Onlara  orqanizmin  bütün  orqan  və  toxumalarında  rast  gəlmək  olar.  Beyin 
toxuması,  ürək,  qaraciyər,  yumurta  sarısı  və  balıq  kürüsü  fosfatidlərlə  daha 
zəngindir.  Fosfatidlər  zülallarla  birlikdə  biokomplekslər  əmələ  gətirərək  hüceyrə 
orqanoidlərinin  (nüvə,  endoplazmatik  tor,  ribosom,  mitoxondrilər)  əsasını  təşkil 
edir.  Müxtəlif  maddələrin  bir  toxumadan  digərinə  daşınmasını  təmin  edir. 
Tərkibində  olan  spirtin  növünə  görə  fosfatidlər  aşağıdakı  yarımqruplara  bölü-
nürlər: 
Xolinfosfatidlər  (lesitinlər),  kolaminfosfatidlər  (kefalinlər),  asetilfosfatidlər 
(plazmogenlər), serinfosfatidlər, inozitfosfatidlər və sfinqofosfatidlər.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə