Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə24/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   136
BIOKIMYA MUHAZIRELER

Steridlər.
  Sadə  lipidlərin  bir  qrupunu  da  steridlər  təşkil  edir.  Steridlərin 
insan və heyvanlarda olan nümayəndələrinə 
zoosteridlər
 deyilir.  
Zoosteridlər  irimolekullu  yağ  turşularının  sterollar  adlanan  spirtlərlə  əmələ 
gətirdikləri mürəkkəb efirlərdir.  
Sterinlər
-siklopentanoperhidrofenantrenin  (və  ya  steran)  törəmələridir. 
Onların tərkibində hidroksil qrupu olduğuna görə 
sterollar
 da adlanır.  
Sterinlərin xarakterik nümayəndələrindən biri xolesterindir.  
Xolesterin  doymamış  biratomlu  ikili  siklik  spirtdir.  İnsan  və  heyvan 
orqanizmində  maddələr  mübadiləsində  sterid  hormonların,  öd  turşularının, 
D-
vitamininin  biosintezində  mühüm  bioloji  rol  oynayır,  eritrositləri  hemolizdən 
qoruyur.  Xolesterinə  bütün  hüceyrələrdə  membranın  tərkib  hissəsi  kimi  təsadüf 
edilir. Xolesterin və onun efirləri (xüsusən doymamış turşularla) qan plazmasında, 
beyində və s. toxumalarda da çox olur. Öd daşları əsasən xolesterin törəmələridir.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə