Biologiya yun



Yüklə 0,68 Mb.
səhifə4/56
tarix27.12.2023
ölçüsü0,68 Mb.
#162837
1   2   3   4   5   6   7   8   9   ...   56
Biologiya yun

P.S. “Kvant mexanikası və kvant kosmologiyası təsdiq edir ki, kainat düşün-cədən doğur və bizi əhatə edən bütün materiya – sadəcə düşüncələr toplumudur”.
Con Xaqelin “Sekret”
Orqanizmlər səviyyəsinin ierarxiyası (inkişaf ardıcıllığı)
Orqanizmlərin səviyyəsi konsepsiyası özünəməxsus “bioloji spektr” təşkil edir. Gen, hüceyrə, orqan, orqanizm, populyasiya, aləm - əsas həyat səviyyələridir və bunlar ierarxiya1 ardıcıllığı ilə düzülübdür. Hər bir pillə və ya səviyyədə, ətraf mühitlə qarşılıqlı əlaqə nəticəsində xarakterik funksional sistemlər əmələ gəlir (şə-kil 3).
Bütün canlı orqanizmlər 2 cür qruplaşır: hüceyrəsiz formalarhüceyrəyə malik olanlar
Hüceyrəsiz formalar viruslardır ki, onlar 1892-ci ildə rus alimi D.İ.İvanovski tərərfindən kəşf edilib. Virusun tərkibi nuklein turşusundan (DNT və ya RNT) və örtüyü əmələ gətirən zülaldan təşkil olunmuşdur. Sahib hüceyrə xaricində viruslar canlılıq xüsusiyyətinə malik deyillər. Hüceyrə bütün canlılıq xüsusiyyətlə-rinə malik olan mürəkkəb strukturdur. Onu həyatın elementar və ya struktur – funksio-nal vahidi adlandırırlar.
Hüceyrələr populyasiyaya və ekoloji sistemə daxil olan çoxhüceyrəli orqa-nizmlərin tərkibini təşkil edir. Bütün canlı oqranizmlər (viruslardan başqa), hücey-rə quruluşuna malikdirlər. İki hüceyrə tipi mövcuddur: prokariot və eukariot. Pro-kariotlar nüvəyə malik deyil və DNT molekulu sitoplazmada yerləşir. Bunlara bak-teriyalar və göy-yaşıl yosunlar aiddir.
Eukariot hüceyrələr – bütün digər bitki və heyvan orqanizmləri üçün xarak-terikdir.
Canlıların müxtəlifliyini aşağıdakı səviyyələrə görə qruplaşdırırlar:

  • Molekulyar genetik. Bu səviyyənin əsas strukturu nuklein turşuları moleku-ludur, xüsusilə DNT. Bu molekulda genlər yerləşir ki, hər bir gendə müəy-yən irsi informasiya daşıyır.

  • Ontogenetik. Bu səviyyədə fərdlərin inkişafı baş verir. Orqanizmin ilk hü-ceyrəsindən – ziqot - ölənə qədər baş verən inkişaf. Fərdlər təbiətdə bir-bi-rindən təcrid olunmayıb və populyasiyada birləşirlər.


  • Yüklə 0,68 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə