Biologiya yun


Canlı orqanizmlərdə enerji mənbələri



Yüklə 0,68 Mb.
səhifə7/56
tarix27.12.2023
ölçüsü0,68 Mb.
#162837
1   2   3   4   5   6   7   8   9   10   ...   56
Biologiya yun

Canlı orqanizmlərdə enerji mənbələri

Canlı orqanizmin bütün funksiyaları daxili enerji mənbələri hesabına həyata keçirir. Qeyd etdiyimiz kimi, birinci dərəcəli enerji mənbəyi Günəşdir. Enerjidən istifadəsinə görə orqanizmlər avtotrof və heterotroflara ayrılır.


Avtotrof orqanizmlər - bura bitkilər aləmi və bəzi prokariotlar (bakteriya, göy-yaşıl yosunlar) aiddir ki, onlar qeyri-üzvi maddələrdən üzvi maddələr (əsasən, CO2 və H2O-dan karbohidratlar) hazırlamaq üçün əlavə enerjidən istifadə edirdilər. Yaşıl bitkilər üçün bu enerji mənbəyi Günəş işığıdır, bəzi rəngsiz bakteriyalar üçün isə qeyri-üzvi birləşmələrin oksidləşməsindən əmələ gələn enerji
Heterotrof orqanizmlər - bura bir çox bakteriyalar, göbələklər, bütün hey-vanlar və insan daxildir. Bu canlılar enerji mənəbyi kimi, hazır “qidalı maddələr-dən” istifadə edirlər. Bunlar üçün üzvi maddələr sintez edən avtotrof orqanizmlər hesabına yaşayırlar. Üzvi maddələr – ilk növbədə karbohidratlar, yağlar, zülallardır ki, bunlar kimyəvi enerji bazasıdır. Üzvi maddələrin parçalanması zamanı kimyəvi rabitələrdəki enerji ayrılır və müxtəlif növ orqanizm funksiyalarının yerinə yetiril-məsinə sərf olunur.
II. FƏSİL
Kimya və həyat
Həyatın elementar tərkibi və kimyəvi əsası

105 məlum elementdən 60-ı daim canlı sistemlərdə rast gəlinir. Hüceyrədə cansız təbiətdə mövcud olan kimyəvi elementlərə təsadüf olunur və bu üzvi və qeyri-üzvi aləmin eyniliyinə bir sübutdur (oxşar əlamət).


Elə elementlər var ki, bunlar olmadan bu və ya digər orqanizmdə hər bir böyümə və inkişaf prosesi baş vermir. Belə elementləri əsas elementlər adlandırır-lar. Bəzi elementlərin və ya birləşmələrinin orqanizm tərəfindən tələbatı digərləri-nə nisbətən çoxdur və belə elementləri makroelementlər adlandırırlar. Bura – H, C, O, N, P, S, Ca, Mg, K, Te və heyvani orqanizmlər üçün xarakter olan Na və Cl aiddir. Bunlar içərisində - oksigen, karbon, hidrogen və azot – orqanogen element-lər adlanırlar. Bunlar zülallar, yağlar, karbohidratlar, fermentlər və hormonların tərkibini əsasını təşkil edən elementlərdir.
Daha az mikrolementlər təsadüf olunur (izləri olan elementlər): Cu, Mn, Zn, Mo, Co heyvani orqnizmlərdə Fe, J, Se, bitkilər də Cl və B. Bu elementlər orqaniz-mə daha müvəffəqiyyətli və ya fəsadsız mövcud olmağa imkan yaradır. Bitki orqa-nizmlərinə mikroelementlər torpaqdan daxil olur, heyvanlar (həm də insan) bu ele-mentləri qidalardan əldə edirlər. Mikroelementlər bəzi fermentlərin, vitaminlərin, hormonların və tənəffüs piqmentinin tərkibinə daxildirlər. Onlar böyümə, çoxalma, qan dövranına və başqa proseslərə təsir göstərirlər. Mikroelementlərin çatışmaması və ya çoxluğu maddələr mübadiləsi pozğunluğuna səbəb olur.
Mikroelementlər ətraf mühitdə müəyyən miqdarda olduqları üçün (az), çox vaxt limitləşdirici faktorlar kimi məhdudlaşdırıcı çıxış edirlər. Məsələn, Y.Libixin tədqiqatları bitkilərdə məhsuldarlıq elə elementlərlə limitlənir ki, onlara təlabat çox azdır (məsələn sink) və bunlar torpaqda da çox az, mineral miqdardadırlar. Y.Libi-xin bu nəticəsi (1840) Libix “minimum qanunu” kimi tanındı. Beləliklə, Y.Libix göstərdi ki, orqanizmin dözümlülüyü ekoloji təlabat zəncirində ən zəif (az miqdar) halqa ilə müəyyənləşir.
Kimyəvi birləşmələr içərisində miqdarca başlıca yeri su tutur.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə