Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə22/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   18   19   20   21   22   23   24   25   ...   44
BİOSFER muhazirə

Evfotik zona – litoral və limnik zonalarda işıqlanan (işıq düşən) su qatı. Profundal zona – günəş şüası düşməyən su qatı və suyun dibi. Axar su hövzələrində son üç zona nəzərə çarpmır, lakin onların elementlərinə rast gəlinir. Profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. Buranın fauna və florası bakteriya və göbələklərdən (redusentlər), həmçinin bentos formalardan – həşəratların sürfələri, molyusklar, həlqəli qurdlardan ibarətdir (konsumentlər).
Yuxarıda verilən təsnifat qruplaşmalarda hər hansı bir orqanizmin ekoloji vəziyyətini təyin etməkdə mühüm rol oynayır.
Litoral zonada iki produsent tipi vardır: hövzənin dibinə bərkimiş çiçəkli bitkilər və üzən yaşıl bitkilər – yosunlar, bəzi ali bitkilər (su çiçəyi). Hövzənin dibinə bərkimiş bitkilər üç konsentrik zona əmələ gətirir: 1) suüstü (susəthi) vegetasiya zonası – bitkinin fotosintezedən hissəsi suyun üzərində yerləşir (qamış, ciyən və b.), biogen elementlər isə dib çöküntülərindən alınır; 2) yarpaqları su səthində üzən dibə bərkimiş bitkilər (su zanbağı) zonası, bu bitkilərin rolu birinci zonada olduğu kimidir, lakin onlar suyun aşağı qatlarını kölgələndirə bilir; 3) sualtı vegetasiya zonası – tamamilə suyun altına (dibinə) köklənmiş və bərkimiş bitkilər, fotosintez və mineral mübadiləsi sü mühitində yerinə yetirilir (su çiçəyi və yapışmış yosunlar - xaralar). Litoral zonada heyvanlar, konsumentlər su hövzəsinin digər zonalarına nisbətən daha çox müxtəlifliyi ilə seçilir- Perifiton molyuska, rotatorilər, həşəratların sürfələri və s. ibarətdir. Limnik (göl) zonasının qruplaşmalarında fitoplankton produsent hesab olunur. Limnik zonanın nektonu yalnız balıqlardır.
Dəniz və okeanlarda yaşayan canlılar

Dəniz mühiti Yer kürəsinin 70%-dən çox hissəsini tutur. Okean olduqca böyük dərinliyə malikdir. Onun bütün sahələrində həyat mövcuddur, lakin materiklərə və adalara yaxın yerlərdə o daha zəngindir.


Okeanın orta duzluluğu 35 q/l təşkil edir. Onların 25%-i natrium-xlorun payına düşür, qalan duzlar – kalsium, maqnezium və kalium (sulfat, karbonat, bromid və b.), onlarca digər elementlər 1%-dən də azdır. Dəniz su hövzələri üçün sabit qələvi mühiti (pH=8,2) səciyyəvidir, lakin duzların və duzluluq dərəcəsinin nisbəti dəyişir.
Sahil zonasında çay mənsəblərinin az duzlu körfəzlərinin suyunda duzluluq dərəcəsi azalaraq ilin mövsümləri üzrə kəskin dəyişir. Ona görə də sahil zonasında evriqal (mühitin duzluluğuna və kimyəvi tərkibinin çox dəyişməsinə dözən), açıq okeanda isə stenoqal (suda duzluluğun artıb-azalmasına dözməyən) orqanizmlər (heyvanlar) məskunlaşır.
Dəniz ekosistemlərinin 200 m dərinlikdə olan sahəsi bütün okeanın 8%-ni təşkil edir (29 mln. km2 ) və okeanda ən zəngin hesab olunur. Qidalanma mühitinə görə olduqca zəngindir.
Bentos faunasının sürfələri hesabına plankton yemi də zəngindir. Yeyilməyən sürfələr substrata çökərək ya epifauna (bərkimiş, yapışmış), yaxud da infauna (basdırılmış) əmələ gətirir.
Dünya okeanında ən məhsuldar sahə apvellinq hesab olunur. Dik materik yamaclarından küləklər suyu kənara (uzağa) apararaq daim onu qarışdırdığı yerdə, okeanın dərinliyindən soyuq suların qalxması prosesi apvellinq adlanır, onun əvəzinə dərinlikdən biogenlərlə zənginləşmiş su qalxır. Apvellinq sahə adalarda yaşayan balıq və quşlarla zəngindir. Lakin küləyin istiqaməti dəyişdikdə planktonun «çiçəkləməsi» kəskin azalır və oksigensiz şəraitin inkişafı nəticəsində (evtrofikasiya) balıqların kütləvi qırılması baş verir.
Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin «tələsi» hesab olunur. Bütün il ərzində avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Dəniz məhsulları kompleksi ilə zəngindir (balıqlar, krab, krevet, istridyə və b.). Produsent (lat. producens, yiyəlik halda "lat. producentis" – törədən, yaradan) – fotosintez, yaxud xemosintez yolu ilə qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan orqanizmlərdir. Maddələrin biogen dövriyyəsində birinci səviyyəni təşkil edirlər. İstər quru, istərsə də su hövzələrinin əsas produsenti bitkilərdir.
Dərinlik artdıqca faunanın növ müxtəlifliyi azalır, buna baxmayaraq praktiki olaraq produsentlərin olmadığı abissal zonada balıqların müxtəlifliyi yüksəkdir, burada balıqlar əcayib forma alır, onların iri ağızları və dartılan (uzanan) qarınları olur. Bu, tamamilə qaranlıqda istənilən ölçüdə olan qidanı udmağa uyğunlaşmaq üçündür.

Okeanın dərin rift zonasının ekosistemləri - 3000 m və daha çox dərinliklərdə, başdan-başa qaranlıqda yerləşir, burada fotosintez prosesi mümkün deyildir, yeraltı isti sular və zəhərli metalların konsentrasiyası vardır; burada canlı orqanizmlər borucuqlarda yaşayan giqant qurdlardan, iri ikilaylı molyusklar, krevetlər, krablar və bir neçə balıq növündən ibarətdir. Yırtıcılardan krabları, qarınayaqlı molyuskları və bəzi balıqları göstərmək olar. Okean planetimizdə həyatın beşiyi hesab edilir. 3 milyard il bundan əvvəl okeanda həyatın peyda olması biosferin formalaşmasının başlanğıcını qoydu. Yer səthinin 70%-ni tutaraq okean hazırda da materik ekosistemləri ilə birlikdə Yerin müasir biosferinin bütövlüyünü (vəhdətini) təyin edir.


Təbii suların əsas çirklənmə mənbələri sənaye və kommunal çirkab suları, kənd təsərrüfatında istifadə olunan mineral, üzvi gübrələr və başqa zərərli kimyəvi maddələr, radioaktiv tullantılar, istilik və atom elektrik stansiyalarının isti suları və atmosferdir.

Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənmə xarakterindən və dərəcəsindən asılıdır. Dünyada xəstəliklərin 80%-i içməli suyun keyfiyyətindən asılıdır, inkişaf etməkdə olan ölkələrdə içməli suyun tərkibindəki patogenlərin və çirk- ləndiricilərin təsiri nəticəsində hər il 25 mln. insan ölür, ishal xəstəliyindən hər il 5 yaşa qədər 3 mln. uşaq ölür.


Suyu çirkləndirən maddələri və onların indikatorlarını qruplara bölmək olar.
Hər bi qrup çirkləndirici müxtəlif tip su obyektlərində suyun keyfiyyəti üzrə spesifik problemlər yaradaraq özünə uyğun nəzarət tələb edir:
a) mirkobioloji indikatorlar insanın sağlamlığı ilə bağlı olur (bağırsaq - patogen bakteriyasım göstərən indiqator);
b) asılı maddələr (suyun bulanıqlıq və şəffaflıq dərəcəsi);
c) üzvi maddələr - çirklənmənin indikatorları: həll olunan oksigen, oksigenin biokimyəvi və kinyəvi sərfi, fosfatlar, xlorfil-A;
d) biogen maddələr (azot və fosfor birləşmələri);
e) əsas ionlar (həll olunan maddələrin ümumi miqdarı, elektrik keçiricilik dərəcəsi, turşuluğu-PH-i, kalsium, maqne- zium, natrium, kalium, xloridlər, sulfatlar, bikarbonatlar, bor, ftor, suyun codluğu);
f) qeyri-üzvi mikroçirkləndiricilər (alüminium, arsen, berillium, kadmium, xrom, kobalt, mis, sianidlər, hidrogen-sul- fıd, dəmir, qurğuşun, litium, marqans, civə, molibden, nikel, selen, vanadium, sink);

g) üzvi mikroçirkləndiricilər (polixloridli-bifenillər, benzapiren, pestisidlər və b.onlar çox kiçik qatılıqda da zərərlidir, az qatılıqda olduğu üçün onlan təyin etmək olduqca çətindir).


Su ən geniş istifadə olunan təbii ehtiyat hesab olunur. Dünyanın bütün su mənbələrindən bir ildə götürülən suyun miqdarı 4000 km3 təşkil edir.
Dünyanın bərpa olunan su ehtiyatlarından quru səthinə düşən yağıntıların cəmi ildə təxminən 120 000 km3 təşkil edir. Əgər bu suyun 10%-i təsərrüfatda işlədilib hövzələrə qaytarılmazsa bu ekoloji təhlükə hesab olunur.
Təbii suların əsas çirklənmə mənbələri qara və əlvan metallurgiya müəssisələri, kimya, neft, qaz, daş kömür, sellüloz - kağız sənayeləri, kənd təsərrüfatı və kommunal - məişət müəssisələri olur.
Su obyektlərinin çirklənmə mənbələri 2 qrupa bölünür: I qrupa-sənaye müəssisələrinin və kommunal çirkablarının təmizləmə qurğuları, II -qrupa kənd təsərrüfatı ilə əlaqədar, məsələn gübrə və pestisidlərin parçalanma məhsulları ilə suyun, çirklənməsi aid edilir.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə