Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə44/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   36   37   38   39   40   41   42   43   44
BİOSFER muhazirə

Qar uçqunu
Dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qoparaq və ya sürüşərək hərəkət boyu yeni-yeni qar porsiyalarını və digər obyektləri özü ilə aparmasına qar uçqunu deyilir. İki cür qar uçqunu olur: quru və ya qış qar uçqunu və yaş və ya yaz qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80-100 m/san, yaş qar uçqununun sürəti isə 10-20 m/san olur. Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40-50 sm-dən artıq olduqda baş verir. Onun başvermə səbəblərindən biri qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud hava istiləşdikdə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır. Yamaclarda insanın fəaliyyəti (yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar) də qar uçqununa səbəb ola bilir. Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər. Qar uçqunları fəlakətli güclü dağıdıcı və ölüm hadisələrinə də səbəb olur. Qar uçqunları çayların yanında, dağarası çökəkliklərdə olan yaşayış məntəqələrini, yolları, kommunikasiya xətlərini, turizm və istirahətmərkəzlərini, meşələri və s. dağıdır, yararsız hala salır. Güclü qar uçqunları lokal xarakterli yer titrəyişlərinə, müvəqqəti və daimi su hövzələri və göllərin əmələ gəlməsinə səbəb olur.
Azərbaycanda qar uçqunları Böyük və Kiçik Qafqaz dağları yamaclarında və dərələrində baş verir. Qar uçqunları ilə mübarizə məqsədilə qar uçqunlarına qarşı xüsusi xidmət təşkil olunmuşdur. Dik yamaclarda qarın böyük kütləsinin toplanmasını gözləmədən artilleriya qurğularının köməyilə dağıdıcılıq yaratmayan kiçik qar uçqunları törədilir. Yazda qar uçqunları daha çox baş verdiyi dövrdə bir sıra dağ yollarında hərəkət qadağan olunur.
VULKANLAR (qədim romalılarda «od allahı vulkanın» adından) Yer üzərində baş verən vulkan fəaliyyəti olduqca mürəkkəb fiziki-kimyəvi proses olub, uzun illərdir ki, ətraf mühitə öz təsirini göstərir. Vulkanizm litosferin – Yerin bərk qabığının, atmosferin və okeanların formalaşmasında böyük rol oynayır. On və yüz milyon illər ərzində iqlimin uzunmüddətli dəyişilmələri də müəyyən dərəcədə vulkanizmlə təyin edilir. Vulkan püskürmələri gücü atılan materialların miqdarı, püskürülən kütlənin tərkibi ilə fərqlənir. Hazırda yüzlərlə fəaliyyətdə olan vulkanlar olduqca müxtəlif püskürmələr nümayiş etdirir və bu zaman bir neçə yüz kubmetrdən kilometrkuba qədər və daha çox maddələr atıla bilər. Vulkanik püskürmələr zamanı Yer qabığının maddələrinin intensiv şaquli hərəkəti və enerjinin daşınması baş verir, bu isə dərinlik kütlələrinin səthə çıxmasına səbəb olur. Dağ süxurlarının tərkibindən, digər fiziki-kimyəvi şəraitdən asılı olaraq vulkanizm rayonlarında vulkanik püskürmələr müxtəlif xarakter daşıya bilər. Mərkəzi çat və sahə püskürmələri ayrılır. Püskürülən kütlə bərk, maye və qazşəkilli maddələrdən ibarət olub, axıb yayıla bilər. sıxılıb basılar, yaxud partlayış halında ayrıla bilər. İqlimə təsiri baxımından partlayışlı püskürmələr daha çox maraq doğurur, belə ki, partlayış zamanı qazlı piroklastik şırnaqları (qazlı-kül sütunları) strotosferə keçir. Bu zaman maqma onda həll olan qazlarla qalxaraq dispersləşməyə məruz qalır. Püskürmənin belə rejimi dispersiya adlanır. Vulkanların istilik gücü 1010 MVt-a çata bilər, orta hərəkət sürəti 1-2 m/san, bəzən 8-10 m/san olur. Vulkanın partlayış püskürməsi maqmatik mənbələrdə təzyiqin növbəti toplanmasından sonra təkrar oluna bilər. Fəlakətli püskürmələr daha güclü olur, bunun nəticəsində vulkan qismən və ya tamamilə dağıldığı yerdə kalderuzunluğu bir neçə kilometr, dərinliyi isə bir neçə yüz metr olan depressiya əmələ gəlir. Belə püskürmələr ayrıayrı vulkanlarda on və yüz min il fasilələrlə baş verir və Yer üzərində təbiətin ən dəhşətli hadisəsi hesab edilir.
Vulkan püskürmələri havanın əsas təbii çirklənmə mənbəyi hesab olunur. Güclü vulkan püskürmələri zamanı xırda bərk və maye hissəciklərin böyük kütləsi havaya qalxır. Qazlarla birlikdə bu hissəciklər 20 km-dən də çox yüksəkliyə qalxaraq həftələrlə havada qala bilir. Məsələn, 1883-cü ildə İndoneziyada Krakatau vulkanı püskürən zaman vulkan tozu 24 km hündürlüyə qalxaraq 5 ilə yaxın havada qalmışdır. Havada qalan hissəciklər un və süd tozundan da xırda olub diametri orta hesabla 0,002 mm olmuşdur.
Vulkanın sualtı püskürmələri də məlumdur, bunun nəticəsində yeni adalar əmələ gəlir. Yer üzərində 770- dən artıq vulkan mövcuddur, bunların 69-u suyun altındadır. Vulkanlar ən çox Sakit okean sahilləri və adalarındadır. Kiçik Qafqazda son vulkan püskürmələri Antropogendə olmuşdur. Vulkanlar Yerin daxilində olan maqma ocaqları ilə əlaqədardır, bu ocaqların 70-100 km və daha çox dərinlikdə olması müəyyən edilmişdir. Azərbaycanda Pliosen vulkan kraterləri Kəlbəcər rayonunda müəyyən edilmişdir. Bu vulkanlarda lipirit və lapit püskürmüşdür. Antropogenə aid vulkan kraterləri Kəlbəcər və Laçın rayonlarında qeydə alınmışdır. Vulkan püskürmələri məhsulu Naxçıvan və Talışın dağlıq hissəsində də geniş yayılmışdır. Bəzi vulkanik süxurlardan (andezit və bazaltlardan) tikinti materialları kimi, şüşə və bazalt ərintisi istehsalında istifadə edilir.
Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə