Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə40/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   36   37   38   39   40   41   42   43   44
BİOSFER muhazirə

21.SUNAMİ Yaponca- əsasən güclü sualtı zəlzələ, qismən vulkanik püskürmə və digər tektonik proseslər nəticəsində okean səthində yaranan dalğalardır. Yayılma sürəti 50-1000 km/saat, hündürlüyü açıq okeanda 2-3 m, sahil yaxınlığında 10-50 m və daha çox olur. Sunami qurunun içərilərinə soxularaq böyük dağıntılara səbəb olur. Əsasən Sakit okeanda müşahidə olunur. Sunami ilə əlaqədar 1000-dən artıq hadisə məlumdur; bunun 100-dən çoxu (məs. Yaponiya sahilləri yaxınlığında, 1933, Kamçatkada, Kuril adalarında, 1952 və s.) faciə ilə nəticələnmişdir. 1946-cü ildə Aleut adalarının (Sakit okeanın şimalında arxipelaq, ABŞ, Alyaska ştatı) baş verən sunami 780 km/saat orta sürəti ilə 3800 km yol (məsafə) qət etmişdir. Yüksək dalğalar əvvəlcə buxtanı qurutmuş, sonra isə sahilə doğru təxminən 1 km soxularaq evləri, körpüləri, insanları, dənizdə gəmiləri yuyub geri qayıtmışdır. 1960-cı ildə Çilidə baş verən zəlzələ 15 saat ərzində Havay adalarına (Sakit okeanda arxipelaq, ABŞ-ın 369 ştatı) çataraq, 11000 km məsafə qət edir, qabaqcadan xəbərdarlığa baxmayaraq, insan tələfatına səbəb olmuş, 75 mln. dollar ziyan yetirmişdir. 8 saatdan sonra dalğalar Yaponiyaya çataraq, 180 adamın ölümünə səbəb olmuş, liman qurğularını dağıtmışdır.
DAŞQINLAR
Daşqınlar vahid hadisə zamanı mütləq ölümün sayına görə birinci yerdə durur. Ən güclü daşqınların tarixi 23.4 saylı cədvəldə göstərilir. Çində Xuanxe və Yantszı çaylarında bəndlərin dağılması nəticəsində 1887-ci ildə 900 min adam, 1931-ci ildə isə 1 mln. adam həlak olmuşdur. 1985-ci il mayın sonunda Benqal körfəzində tropik tsiklondan 25 min adam ölmüşdür. YUNESKO-nun məlumatına görə 1947-1960-cı illər dövründə Yer üzərində daşqınlardan, tropik tsiklonlardan, tayfunlardan, tufanlardan 2,9 mln. insan ölmüşdür. Suyun səviyyəsinin qalxmasına qasırğa, tufanlar, sunami, leysan yağışlar, qarın tez əriməsi, çaylarda buzun yığılıb maneə törətməsi ola bilər. Qasırğa, tufan, burağan adətən leysan yağışlarla müşayiət olunur, bunun nəticəsində çay və göllərdə suyun səviyyəsi qalxır. Dənizlərin sahilində göstərilən təbii hadisələr hündürlüyü 15 m-ə çatan qasırğa dalğaları yarada bilər. 1922-ci ildə Çində Xan çayının körfəzində belə dalğaların qalxması qasırğa (150 km/saat) leysan yağışı ilə müşayiət olunaraq daşqın əmələ gətirdi. Böyük dağıntılar oldu və bu, 60000-ə qədər insan tələfatı ilə nəticələndi. Hollandiyada 1953-cü ildə fırtına dalğaları ilə bəndlər dağılmış, hündürlüyü 9 metrə çatan su, ölkənin daxilinə doğru soxularaq fəlakətli daşqın əmələ gətirmişdir. Tsiklonlar yaranan daşqın yeri S.Peterburqun Fin körfəzi sayılır. Burada 1824-cü ildə baş verən daşqın zamanı 200-dən artıq adam ölmüşdür (B.A.Alekseyenko, 2005). Adətən yağışla müşayiət olunan qarın sürətlə əriməsi Rusiyanın hər yerində çoxlu daşqınların əmələ gəlməsinə səbəb olur. 1998-ci ildə fəlakətli daşqın zamanı Hindistanda 82 min km2 ərazi su altında qalmış, 7,2 mln. yaşayış evi dağılmış, 2379 adam ölmüş, 172 min baş ev heyvanı tələf olmuşdur. 1998-ci ildə Çində Yantszı çayında baş verən daşqın nəticəsində 2500 adam həlak olmuş, 56 mln. adam evsiz-eşiksiz qalmışdır. 2001-ci ilin yazında Yakutiyada baş verən faciəli daşqın Lensk şəhəri ilə birlikdə ona bitişik Saldıkel, Murya, Natora, Nyuya, Batamay qəsəbələrini də praktiki olaraq alt-üst etmişdir. Burada daşqın yerlərində yalnız evlərin, sənaye obyektlərinin bünövrələri qalmışdır. Daşqın zamanı 46790 adam zərər çəkmiş, onlardan daşqın zonasında 30977 sakini başqa yerlərə köçürülmüşdür.
verir. Bu daşqınlar və onların nəticələri haqqında məlumatların şərhi N.A.Babaxanov və N.Ə.Paşayevin (2004) yazdıqdarı «Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi» əsərinə istinad edilərək verilmişdir. Kür-Araz çaylarının yaratdığı daşqınlar onların aşağı axarları sahillərində yerləşən Zərdab, Kürdəmir, Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarının 150-yə qədər yaşayış məntəqəsinə və Əli Bayramlı şəhərinə fasilələrlə böyük ziyanlar yetirir. Kür çayının yaratdığı daşqın hadisələri hələ qədim vaxtlardan ovalıqda böyük dağıntılar və ölüm hadisələri törətmişdir. Məsələn, 1897-ci ildə Kür çayında baş vermiş daşqın nəticəsində 200 min hektar torpaq, o cümlədən əkin sahələri yararsız hala düşmüş, təsərrüfatlara dəyən zərərin həcmi dövrün pul vahidi ilə 1,3 mln. qazıl pul təşkil etmişdir. Yalnız 1915, 1921, 1933-cü illərdə baş vermiş daşqınlar nəticəsində 290 min hektar əkinə yararlı qiymətli torpaq sahəsi su altında qalmışdır. 1900-2003-cü illərdə Kür və Araz çaylarında 150-yə qədər daşqın hadisəsi qeydə alınmış və bunun nəticəsində Azərbaycan iqtisadiyyatına təqribən 1 mlrd. ABŞ dolları miqdarında zərər dəymişdir. Hər baş verən daşqınla mübarizə işinə 1,5-2,0 mln. ABŞ dolları sərf edilmişdir.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə