Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə36/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   32   33   34   35   36   37   38   39   ...   44
BİOSFER muhazirə

Notebook portativ kompüterləri də təhlükəli EMS yaradır, hərçənd bu kompüterlərdə maye kristal əsasdan istifadə edilir. Ölçü işləri göstərdi ki, elektromaqnit şüalanması İsveç standartı MPR II-in ekoloji normativini xeyli keçir.
Musiqi və reklam kliplərində və multifilmlərində təsvirlərin tez-tez sayrışması (parlayıb sönməsi), xüsusən təhlükəli sayılır. 1997-ci ildə 700 yapon uşaqları epilepsiya tutmasına oxşar simptomla xəstəxanaya gətirildi. Tutmadan əvvəl bu uşaqlar «Karmannıyı monstrı» multifilminə baxırlarmış. Uşaqların sağlamlığının pozulması səbəbi bütün televiziya ekranı boyu təsvirlərin tez-tez 10-30 Qs tezlikli sayrışması olmuşdur. Aydın olmuşdur ki, belə tezlikli diapazonda ekranın parlaqlığı beynin neyronlarının bioritmlərinin xüsusi tezliyi ilə rezonansa düşür (girir). Televiziya təsvirlərinin insana, onun görmə aparatına və beyinə nəzarətsiz təsiri problemi olduqca real olduğundan, son vaxtlar alimlər televiziya ekologiyası adlı yeni fənn inkişaf etdirir.
Yaşı 10-dan 14-ə qədər olan uşaqlar əvvəlcə 30 dəqiqədən 2 saata qədər müxtəlif televiziya proqramlarına baxdıqdan sonra psixoloqların testləşdirilməsindən keçmişlər. Məlum olmuşdur ki, yarım saat «boyevik»in fraqmentinə baxdıqdan sonra dərs materialının adi mənimsənilmə sürəti, 20 dəqiqədən sonra müsiqi klipi proqramına həmin müddət ərzində baxdıqdan sonra isə 2 saatdan sonra bərpa olunmuşdur. Yaponiyada aparılan tədqiqatlar göstərdi ki, uşaqların televiziya verilişlərinə aludə olması, onların «beyinlərinin pozulması», «leksik anomaliyası» ilə kifayətlənmir, bu həm də onların görmə qabiliyyətinin pisləşməsi, oynaqlarının xəstələnməsi, kökəlməsi, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Televiziya verilişlərinə baxmaq ən çox hamilə qadınlar və doğulan uşaqlar üçün təhlükə yaradır. Yapon mütəxəssislərinə görə, ailədə söhbətlər və sadə «dil» ünsüyyəti psixoloji iqlimi yaxşılığa doğru dəyişdirir, sinir sistemini möhkəmlədir, uşaqları daha təmkinli və sakit edir.


BİOSFERƏ EKSTREMAL TƏSİR.
19.Kütləvi qırğın silahlarının ətraf mühitə təsiri və ekoloji nəticələri.
Bütün hərbi əməliyyatlar ətraf təbii mühitə böyük ziyan yetirir, onlar xüsusən böyük ərazilərdə uzun müddət ərzində aparılarsa, daha çox zərər vurur. Lakin düşmən müasir dağıdıcı vasitələrdən istifadə edərsə, qısa müddətli hərbi konfliktlər də olduqca ağır ekoloji vəziyyət yarada bilər. İndiki dövrdə kütləvi məhvedici silahlar (nüvə, kimyəvi, bakterioloji) böyük dağıdıcı potensiala malikdir. Nüvə silahları böyük qüvvəyə və müxtəlif dağıdıcı (ziyanverici) təsirlərlə səciyyələnir. Bu, ətraf mühitə zərbə dalğası, işıq şüalanması, yayılma radiasiyası, radioaktiv zədələmə və elektromaqnit impulsu təsirləri ilə təyin olunur. Nüvə müharibəsi haqqında aşağıda geniş məlumat veriləcək. Kimyəvi silahlar – insanı və digər canlı orqanizmləri, biotanı hərbi zəhərləyici maddələrin (qazların, maye və ya bərk maddələrin) köməyilə zəhərləmək məqsədi daşıyır. Onlardan raket, mina, mərmi, bomba və ya təyyarədən tozlama vasitələrindən istifadə edilir. Kimyəvi zəhərləyici maddələr trofik zəncirə daxil olaraq hərəkət etmə qabiliyyətinə malik olub, orqanizmlərin həyatı üçün yüksək toksiki təhlükə yaradır.
Hazırda prinsipcə fərqlənən yeni zəhərləyici maddələr hazırlanmışdır. Bunlar sinir-paralitik (iflic) təsir (zarin, tabun, zoman və b.), həmçinin psixogen, ümumi zəhərəlyici və boğucu təsir göstərir. Bütün bunlar təbii ekosistemlərə olduqda neqativ təsir göstərərək, insanların kütləvi zədələnməsinə, bütün onurğalı heyvanların və bitkilərin əksər populyasiyalarının məhvinə səbəb olur.
1961-1975-ci illərdə Vyetnam, Laos və Kambocada Amerika hərbçiləri yalnız kimyəvi silahlardan istifadə etməklə kifayətlənməmiş, həm də «torpağın yandırılması» taktikasından geniş istifadə olunmuşdur.
İnsanları kütləvi qırmaq üçün istifadə edilən bakterial vasitələr (bakteriya, viruslar və s.), zəhərlər (toksinlər) bakterioloji (bioloji) silahlar adlanır. Bu məqsədlə xəstəlik yayan canlı orqanizmlərdən (gəmiricilər, həşəratlar və s.), yaxud xəstəliyə yoluxdurulmuş toz və ya maye ilə doldurulmuş döyüş sursatlarından istifadə olunur. Bakterioloji silahlar insan və heyvanların orqanizminə hətta olduqca kiçik miqdarda daxil olduqda belə, onlarda kütləvi taun, vəba, sibir xorası və digər xəstəliklərə kütləvi surutdə yoluxdurmağa qabildir. Bakteriyaların çoxu sporlar əmələ gətirmək qabiliyyətinə malik olub, onillərlə torpaqda qala bilirlər.

Müharibə aparılması vasitələri inkişaf etdikcə, təbiətə daha ciddi və daha geniş sahələrdə təsir göstərilmişdir. Nəticədə «müharibə və ekologiya» elmi istiqaməti meydana gəldi. XX əsrdə baş verən iki dünya və yüzlərlə lokal və regional müharibələrin ciddi ekoloji nəticələri ilə əlaqədar olaraq «genosid» məfhumu ilə yanaşı, elmi və cəmiyyət terminologiyasına «ekosid» məfhumu (anlayışı) da meydana gəldi. Ekosid hərbi əməliyyatların bilavasitə və dolayı yolla yer üzərində eyni dərəcədə həyat üçün vacib sayılan orqanizmlər və cansız materiya daxil olmaqal geosistemlərə təsirini ifadə edir. Genosid və ekosid qarşılıqlı əlaqədədir. XX əsr yaddaşımızda yalnız texniki tərəqqi kimi deyil, həm də genosid və ekosid kimi yadda qalacaqdır. Geosistemin bütün elementləri yerin inkişafı üçün eyni dərəcədə vacibdir, onlardan əsas komponentlərdən birinin – homo sapiens-in (insanın) məhv edilməsi və ya hazırda və gələcəkdə Yerin biosferinin vəziyyəti ona məhvedici təsir göstərəcəkdir. Misal gətirək: son on il ərzində hərbi əməliyyatların gedişində 2 mln-a qədər uşaq ölmüş, 1 mln. yetim qalmış, 5 mln. uşaq isə şikəst olmuşdur. Uşaq və yeniyetmələrin ölümü – əhalinin yaşama müddətinin (ömrünün) gələcəkdə hesablanmasında mühüm göstəricidir. Ekosid anlayışından başqa, müharibələrin ətraf mühitə mənfi təsirini ifadə etmək üçün elmi ədəbiyyatda həmçinin «terrasid», «biosid», «ekoloji müharibə», «geofiziki müharibə», «meteoroloji müharibə» kimi məfhumlardan da istifadə olunur. Bu terminlər arasında «ekoloji müharibə» bəlkə də prosesin mahiyyətini daha da tam əks etdirir. Bu termin Vyetnam müharibəsindən sonra geniş istifadə olunmağa başladı. Ekoloji müharibə olduqca müxtəlif vasitələrlə aparılıb, meşə və aqroekoloji sistemləri məhv etmək, geniş ərazilərdə təsərrüfatları və gündəlik həyat şəraitini yox etmək məqsədi daşıyırdı. Ekoloji müharibə bəzən əraziləri bəhrəsiz səhralara çevirir


XX əsrin lokal müharibələrinin ekoloji nəticələri


1. Təbii sərvətlərin (ilk növbədə neft, təbii qaz, kömür, oduncaq) normativdən artıq istismarı geniş ərazilərin zəbt olunmasına, resurslardan səmərəsiz istifadəyə və ətraf ərazilərin çirklənməsinə səbəb olur.
2. Minalanmış sahələr, karroziyaya uğramış texnikanın, kimyəvi maddərlərin, yanmış məhsulların və yüksək toksik yanacağın qalıqları təsərrüfat sahələrinin azalmasına səbəb olur və insanın məskunlaşdığı mühitə zərər yetirir.
3. Bombaların partlayışı zamanı yaranan çuxurlar (çalalar) epoziya prosesinin və bataqlıqların əmələ gəlməsinə səbəb olaraq geniş ərazilər təsərrüfat dövriyyəsindən çıxır, bu çuxurlar həmçinin insan və heyvanlarda yoluxucu xəstəliklərin daşıyıcısı olan həşəratların inkişafı üçün mənbəyə çevrilir.
4. Bakterioloji və kimyəvi silahlardan istifadə olunması, həmçinin qeyri-qanuni hərbi-elmi kimyəvi və bioloji eksperimentlərin aparılması təhlükəlidir. Əhaliyə və ev heyvanlarına qarşı xəstəlik törədən mikroorqanizmlərin tətbiqi hadisələri də olmuşdur. Hətta belə silahlar yalnız ev heyvanlarına tətbiq olunsa da, xəstəlik insanlara da yayılmışdır.
5. Lokal müharibələr zamanı bir sıra mühafizə olunan təbii ərazilər hərbi əməliyyatların bir hissəsinə çevrilir, nəticədə onların fəaliyyəti (işi) pozulur, mədəni-tarixi abidələr məhv edilir və ya zədələnir, planetin bioloji və mədəni müxtəlifliyi azalır. Bu yalnız quru üçün deyil, okeana da aiddir. Məsələn, kütləsi 100 kq-lıq 44 m radiusunda olan dəniz minasının partlaması zamanı faunanın bütün nümayəndələri məhv edilir.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə