Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə38/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
BİOSFER muhazirə

20. TƏBİİ FƏLAKƏTLƏR


FIRTINALAR Fırtınalar Yer kürəsinin hər yerində qeydə alınan təbii fəlakətlər olub, çox müxtəlifliyi ilə səciyyələnir. Onlardan bir hissəsi, eyni zamanda inkişaf edib burulğanlı (burulğanlı fırtına) və burulğansız hava axınının hərəkəti kimi təzahür olunur. Digəri üçün isə havanın yalnız axın hərəkəti formasında (hava axını fırtınası) baş verməsi xarakterikdir. Burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar adətən quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum: 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar – Orta Asiya üçün xarakterik olub sarı-qonur qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına – geniş şoran ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 … 70 sutkaya kimi davam edir. Küləyin sürəti adətən saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da böyük maddi ziyan yetirir. Tozlu fırtınalar kənd təsərrüfatı üçün ən təhlükəli meteoroloji hadisələrdən biri hesab olunur. Onlar həm təbii, həm də antropogen faktorların təsirindən baş verir.
Tozlu fırtınaların baş verməsi və inkişafına kompleks aqrometeoroloji faktorlar səbəb olur, bu faktorlara güclü küləklər (10 m/san-dən yüksək), torpağın üst qatının tozlu və quru olması, tarlalarda bitki örtüyünün olmaması və ya zəif inkişaf etməsi, geniş açıq sahələrin mövcudluğu aiddir. Tozlu tufanlar adətən havanın nisbi rütubətliyi 50%-dən aşağı olduqda baş verir. Qış dövründə bu faktorlara qar örtüyünün olmaması, torpağın sementləşməsi və dərin olmayan donuşluğunu da aid etmək olar. Göstərilən faktorlar kompleksi bozqır, yarımsəhra və səhra zonalarında yaranır. Tozlu tufanlar ən çox yaz mövsümündə güclü küləklər əsən zaman, tarlalar şum altında olduqda və ya bitki örtüyü orada zəif inkişaf etdikdə baş verir. Bozqırlarda yayın sonunda torpaq quruduqda və erkən yazlıq bitkilərin məhsulu yığıldıqdan sonra torpaq şumlandıqda da tozlu tufanlar olur. Küləyin sürəti artdıqca torpağın sovrulma intensivliyi də çoxalır. Məsələn, küləyin sürəti 12-dən 15 m/san-yə qədər yüksəldikdə torpağın sovrulma intensivliyi (eroziyası) 2 dəfəyə kimi artır.
Tozlu fırtınaların mənfi təsirinə qarşı aparılacaq tədbirlər torpaq səthində küləyin sürətini zəiflətməyə və torpaq hissəciklərinin ilişgənliyini artırmağa yönəldilməlidir. Belə tədbirlərə aşağıdakılar daxildir. Ajur tipli meşə zolaqlarının salınması və küləkqoruyucu kulislər sisteminin yaradılması əsas tədbir hesab edilir. Tarlada kövşəni saxlamaqla, torpağın laydırsız (əkin qatını çevirmədən) şumlanması, torpaq hissəciklərinin ilişgənliyini artırmaq üçün kimyəvi maddələrin tətbiqi, çoxillik otların səpini ilə torpaqqoruyucu əkin dövriyyəsi, birillik səpinlər, çoxillik otların zolaqlarla növbələnməsi və b. Tozlu fırtınalarla mübarizə tədbirlərini hazırlayarkən hakim küləklərin istiqaməti, ərazinin relyefi, tarlanın mikroiqlimi və torpağın xüsusiyyətləri nəzərə alınmalıdır.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə