Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə39/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   36   37   38   39   40   41   42   43   44
BİOSFER muhazirə

Xortumlu fırtınalar (tromb, tornado) Olduqca tez (sürətlə) fırlanan qıf formalı hava burulğanıdır. Qıfın daxilində təzyiq kəskin aşağı olur. Bir qıfın fırlanma sürəti böyük həddə dəyişir və bəzən havada sürəti hətta səsin sürətindən də çox olur (1200 km/saat). Qasırğadan fərqli olaraq xortumlu fırtınaların (smerç) ölçüsü çox az olur (orta eni 350 … 400 m), qət etdiyi yol (məsafə) isə 20 km-ə çatır (bəzən 500 km-ə). Bir qayda olaraq xortumlu fırtınalar ildırım, şimşək, tufanlı leysan yağışları və dolu ilə müşayiət olunur. Ayrı-ayrı doluların dənəsinin dairəsi bəzən 45 sm-ə çatır. Xortumlu fırtınalar Rusiyada tez-tez baş verir, bəzən insan ölümünə də səbəb olur. D.V.Nalivkin (1969, 1984) Şərqi Avropada Mərkəzi-Qaratorpaq rayonunu, Baltikyanı ölkələri və Belorusiyanı yüksək xortumlu fırtınalar fəaliyyət göstərən vilayətlərə aid edir. Ayrı-ayrı bu tipli fırtınalar Solovetsi adaları ərazisində (Soçiyə qədər) qeydə alınmışdır.
Azərbaycanda güclü küləklər Respublikamızda külək rejimini onun coğrafi mövqeyi, səth quruluşu, dağların mövcudluğu və Xəzər dənizinin olması müəyyənləşdirir. Xəzər sahili boyu ərazilərdə şimal, şimal-şərq və şimal-qərb, cənub, düzən rayonlarda qərb, şimal-qərb, şərq və cənub-şərq istiqamətli, dağlarda isə dağ-dərə küləkləri hakim rol oynayır. Respublika ərazisində küləyin orta sürəti 1-5 m/san-dir, zəif küləklər noyabr-dekabr, güclü küləklər isə yaz aylarında əsir
Abşeron üçün şimal («Xəzri») küləyi orta hesbala il ərzində 100 gün təkrarlanır. Belə küləklər yay dövründə havanın temperaturunu 5-60 aşağı salaraq onu mülayimləşdirir, qışda isə 10-120 aşağı salaraq havanın kəskin soyumasına və güclü qar yağmasına səbəb olur. Şimal, şimal-qərb küləkləri respublikanın dağlıq ərazilərində də baş verərək havanın temperaturunu kəskin aşağı salır. Məsələn, 2002-ci ilin qışında Naxçıvan MR ərazisində şimal küləyinin müşayiəti ilə temperatur – 400 -yə enmişdir. Abşeronda digər üstünlük təşkil edən cənub (gilavar) küləyi qışda havanı mülayimləşdirir, yayda isə havada nəmliyi aşağı salır. Güclü gilavar zamanı hava quraqlaşır, tozlu-qumlu tüfanlara səbəb olur. Cənub küləyi Xəzər sahili boyu, Kür-Araz ovalığı və Naxçıvan MR ərazisində daha çox təkrarlanır. Güclü küləklər avtomobil, dəmir yolu, hava nəqliyyatının ritmik fəaliyyətini pozur, dəniz, çay, göl və su anbarlarında güclü dalğalar əmələ gətirir. tozlu-qumlu tufanlara, külək eroziyasına səbəb olur, elektrik və rabitə xətlərini yararsız hala salır, bağlara, üzümlüklərə ziyan yetirir, ağacları kökündən çıxarır, yolları, kanalları, dren və kollektorları torpaq və qumla doldurur, yaşayış evlərinin, təsərrüfat binalarının dam örtüyünü, pəncərələrini, istixanaları sındırır, yararsız hala salır. İnsanların səhhətinə neqativ təsir göstərir, ürək-damar xəstəlikləri, qan təzyiqi və digər xəstəliyi olan şəxslər güclü küləklərdən daha çox əziyyət çəkirlər (Babaxanov, Paşayev, 2004). Abşeronda, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin şəhərətrafı ərazilərin yaşıllaşdırılmasında və qoruyucu meşə zolaqlarının salınmasında küləyə davamlı ağaclardan zeytun, eldar şamı, hələb şamı, sərv, çinar, daş palıd, pittosporum və b. üstünlük verilməlidir. Şəhər və qəsəbələrdə, evlərin arasında və yollar boyu azömürlü, tez boy atan qovaq ağaclarının əkilməsi məsləhət görülmür, çünki bu ağaclar küləyin təsirindən tez yıxılır, binalar və əhali üçün təhlükə yaradır.
ZƏLZƏLƏ

Təbii səbəblərdən (əsasən tektonik proseslərdən) və antropogen faktorların təsirindən yeraltı təkanların yaranması və Yer səthinin tərpənməsi zəlzələ adlanır.


İnsan fəaliyyəti nəticəsində süni yaranan və ya texnogen zəlzələlər baş verir. Onların gücü nəqliyyatın hərəkəti ilə bağlı olduqda torpaq-qruntun bir qədər tərpənməsi şəklində olur. Yeraltı nüvə partlayışı sınaqları zamanı, su anbarları yaradıldıqda, həmçinin suyun dərin qatlara yeridilməsi (vurulması) zamanı isə nəzərə çarpacaq dərəcədə titrəyiş baş verir. Məsələn, Kolorado ştatında (ABŞ) radioaktiv tullantılarla zəhərli suların xüsusi dərin quyulara vurulması 700-dən artıq kiçik zəlzələlərin baş verməsinə səbəb olmuşdur (A.Allison, D.Palmer, 1984). Zəlzələlər Yer səthində qeyri-bərabər yayılmışdır. Yer kürəsində əsas iki seysmik qurşaq məlumdur. Aralıq dənizi (Avrasiyanın cənubu ilə Portuqaliya sahillərindən qərbə – Malayya arxipelaqınadək uzanır) və Sakit okean (Sakit okean sahillərini halqa kimi əhatə edir). Zəlzələlərin 90%-i Sakit okean halqa qurşağına düşür. Göstərilən qurşaqlardan kənarda, materiklərdə zəlzələ episentrləri ən yeni tektonik aktivləşmə sahələrində (Tyanşan tipli epiplatforma orogenləri), həmçinin qırılmalar sisteminin əmələ gəlməsi ilə müşayiət olunan rift zonalarındadır (Şərqi Afrika, Qırmızı dəniz riftləri, Baykal riftlər sistemi və s.). Platformalarda və okean dibinin çox hissəsində (okeanlardakı silsilələrdən başqa) zəlzələlər nadir hallarda baş verir və gücü az olur.
İl ərzində milyona qədər kiçik tərpənmələr qeydə alınır. XX əsrdə ən güclü zəlzələlər ABŞ-da Prin-Uilyam körfəzində (10-11 bal, 1964), Yuqoslaviyada Skopyeşəhərində (9-10 bal. 1963), Mərakeşdə Aqadir şəhərində (11 bal, 1960), Aşxabadda (9 bal, 1948), Spitakda (10 bal, 1988), Rusiyada Zabaykalyedə (9-10 bal, 1957), Daşkənddə (8 bal. 1966). 1976-cı ildə Çində (Tyanşan əyaləti) baş verən zəlzələ nəticəsində bir milyonluq şəhər və ətrafdakı qəsəbələr Yer üzərindən silinmişdir (Alekseyenko, 2005).
Seysmoloqların hesablamalarına əsasən zəlzələlər 13 milyondan artıq insanın ölümünə səbəb olmuşdur. Sivilizasiyasının inkişafı, əhalinin iri şəhərlərdə cəmləşməsi ilə əlaqədar zəlzələlərin nəticələri daha dəhşətli şəkil alır – iri, çoxmərtəbəli binalar dağılır, insanlar ölür, müxtəlif boru kəmərləri sökülür. Zəlzələlərin başvermə vaxtı, onun yeri və intensivliyini qabaqcadan proqnozlaşdırmaq hələlik mümkün deyil, odur ki, seysmik baxımdan təhlükəli rayonlarda onun faciəli nəticələrindən qorunmaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir. Respublikamızda da bütün əsrlərdə zəlzələlər olmuşdur.
Zəlzələyə qarşı aşağıdakı tədbirlərin həyata keçirilməlidir:

  1. Tikinti apararkən zəlzələdən təhlükəli rayonlardan imtina etməlidir. Zəlzələ təhlükəli rayonlarda möhkəmlik və etibarlıq təmin edilməli; 2. Respublikanın mikroseysmik rayonlaşdırılması və iri miqyaslı seysmik xəritələşdirilməsi vacibdir. Bu işlər ilk növbədə 8-9 ballıq zəlzələ ehtimalı olan Şamaxı-İsmayıllı zonasında və Naxçıvanda aparılmalıdır; 3. Göstərilən rayonlarda dövlət əhəmiyyətli və zəlzələdən çətin mühafizə olunan dövlət əhəmiyyətli binaların tikilməsi qadağan edilməlidir.




Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə