Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə42/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   36   37   38   39   40   41   42   43   44
BİOSFER muhazirə

22.LEYSAN YAĞIŞLARI, DOLU
Leysan yağışları dedikdə, topa yağış buludlarından sutka ərzində 15-20 mm-dən artıq iri yağış damlaları (diametri 7 mm-ə qədər) şəklində yüksək intensivlikdə düşən yağıntılar nəzərdə tutulur. Dünyada ən güclü leysan Vunionvilldə (ABŞ) 1956-cı ilin iyulun 4-də qeydə alınmış, dəqiqədə 31,2 mm yağıntı düşmüşdür. Havay adalarında yağıntı (1913-cü il) dəqiqədə 21 mm təşkil etmişdir. 1860-1861-ci ildə Çerapunçidə (Hindistan) il ərzində 26461 mm yağıntı düşmüşdür. Respublikamızda leysan yağışları ən çox Böyük Qafqazın cənub yamacında təkrarlanır. Maksimal yağıntılar Əlibəy meteor. stansiyasında dəqiqədə 10,7 mm (10-17 iyun 1959-cu il), Damarçik (Kişçayın qolu) stansiyasında 6,50 mm (30 iyun 1953-cü ildə), Qəbələdə – 6 mm (22 iyun 1959-cu ildə) qeydə alınmışdır.
Leysan yağışları güclü torpaq eroziya prosesinə, sürüşmələrə, uçqunlara, sellərə, daşqınlara səbəb olur. Yolları, kommunikasiya sistemlərini yararsız hala salır, şəhər nəqliyyatının normal fəaliyyətini pozur, yollarda tıxaclar əmələ gətirir. Kanalizasiya qurğuları yağış sularını tam ötürə bilmir, gətirilmiş zibil və s. asılı materiallar kanalizasiya qurğularını müvəqqəti sıradan çıxarır, yaşayış evlərinin zirzəmiləri, yağış suları ilə dolur. Bakı şəhərində belə hallar hər 3-5 ildən bir-iki dəfə təkrar olunur. 2002-xi il mayın 14-də Masallıda,mayın 25-də Sabirabadda, iyulun 6-7-də Qusar, Xaçmaz. Quba və Dəvəçidə, iyunun 30-da və iyulun 1-də Zaqatalada, noyabrın 9-10-da Lənkəranda baş vermiş leysan yağışlar bu rayonların təsərrüfatlarına külli miqdarda zərər vurmuş, dağıntılara səbəb olmuşdur.
Dolu. İlin isti dövründə topa yağış buludlarından dənə-dənə buz halında düşən yağıntıya dolu deyilir. Dolunun ölçüsü adətən 5-55 mm-ə qədər, bəzən daha çox olur. Diametri 130 mm, kütləsi 1 kq olan dolular da olur. İri ölçülü dolular ən çox tropik enliklərdə düşür. Məsələn, Hindistanda kütləsi bir neçə kq olan dolu dənələri müşahidə olunur. Orta enliklərdə dolunun kütləsi 1 kq-dan artıq olmur. Dolunun düşmə müddəti geniş miqyasda dəyişərək, bir neçə saniyədən bir saata qədər davam edə bilər, adətən dolu 3-5 dəqiqə müddətində düşür və zolaqlar şəklində müşahidə olunur. Bu zolaqların eni 1-2 km, uzunluğu 10-20 km-ə çatır. Bəzən dolu düşən zolağın eni 10 km, uzunluğu 400 km-ə çatır. Azərbaycan ərazisində ilin isti dövrlərində çox vaxt leysan yağışları ilə bərabər dolu yağır. Respublika ərazisinin relyef quruluşu və dənizin təsir məsafəsindən asılı olaraq dolu düşməsi qeyri-bərabər paylanmışdır.



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə