Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə43/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   36   37   38   39   40   41   42   43   44
BİOSFER muhazirə

SÜRÜŞMƏLƏR Ağırlıq qüvvəsinin təsiri ilə yumşaq süxur kütləsinin yamac boyu aşağıya sürüşərək yerini dəyişməsi sürüşmə adlanır. Sürüşmələr abraziya, eroziya, aşınma, suffoziya, seysmik hadisələr, həmçinin yerin geoloji, geomorfoloji şəraitini nəzərə almadan insan tərəfindən təsərrüfat məqsədilə görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əsasən susaxlayan (gilli) və sulu (qumlu-çınqıllı və s.) süxur laylarının üst-üstə yerləşdiyi yamaclarda baş verir. Süxur layları yatımının yamacın meyli istiqamətinə uyğun gəlməsi və ya onların həmin istiqamətdə çatlarla kəsilməsi sürüşmənin inkişafına təsir göstərir. Çox miqdar və leysan yağıntıları, daşqın və sel hadisələri də sürüşmənin yaranmasına və fəallaşmasına səbəb olur. Sürüşmələr əkin sahələrinə, sənaye müəssisələrinə, yaşayış məntəqələrinə, yollara, meşə sahələrinə və s. böyük zərər yetirir, insan ölümünə də səbəb olur.
Sürüşmələr əsasən Böyük Qafqazın cənub yamacında Mazımçay, Balakənçay, Talaçay, Muxaxçay, Kürmükçay, Şinçay, Kişçay, Girdimançay, Göyçay, Ağsuçay, Pirsaatçay, Çikilçay, Böyük Qafqazın şimali-şərq yamacında – Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Ataçay, Kiçik Qafqazda – Gəncəçay, Kürəkçay, Şəmkirçay, Talış dağlarında – Lənkərançay, Viləşçay hövzələrinin dağlıq və dağətəyi ərazilərində baş verir. Azərbaycan ərazisi üçün sürüşmələrin genetik tipinə və onların intensivliyinə görə rayonlaşması B.Ə.Budaqov (1982) tərəfindən verilmişdir (şəkil 23.5). Rayonlaşma xəritə-sxemindən göründüyü kimi, respublikamızın ərazisində sürüşmə prosesləri qeyri bərabər yayılmışdır. Ən fəal sürüşmə hadisələri Böyük Qafqaz dağlarının bütün yüksəklik qurşaqlarında müşahidə olunur. Böyük Qafqazın cənub-şərq yamacında dağ yamaclarının dikliyi, gil və gil çöküntülərinin geniş yayılması, layların nisbətən dik yatması, dərinə eroziyanın intensiv inkişafı, zəlzələlərin baş verməsi və insanın intensiv təsərrüfat fəaliyyəti sürüşmələrin geniş yayılmasına səbəb olmuşdur.
Bayıl yamaclarında sürüşmələrin yaranmasının səbəbini geoloji və iqlim şəraiti ilə yanaşı, əsasən aşağıdakılarla izah edir: 1. Ərazinin meyillik dərəcəsi, üst təbəqədə əlaqələri tez pozulan və növbələşən gilli-qumlu süxurların mövcudluğu; 2. Tikinti işləri aparılarkən süxurların quru vəziyyətdə yükgötürmə qabiliyyətinin nisbətən yüksək olması, sonradan kommunikasiya sistemlərindən olan itkinin, suvarmanın, atmosfer yağıntılarının və s. hesabına öz fizikimexaniki və hidrokimyəvi xassələrini dəyişərək, dəyanətliyini itirməsi; 3. Yamacların ümumi yük götürmə qabiliyyətini modelləşdirmədən, müvafiq tədqiqatlar aparmadan, sahənin yüksək mərtəbəli binalarla yüklənməsi və ətraflarında hər hansı bir drenaj şəbəkəsi və hidroizolyasiya sistemlərinin yaradılmaması. Bakı şəhəri ərazisində son illər yüksək mərtəbəli binaların (göydələnlərin) tikilməsi, çox hallarda bu ərazilərin geoloji mühəndis – geoloji və hidrogeoloji şəraiti nəzərə alınmadan həyata keçirilir. Təbiidir ki, az müddət keçdikdən sonra binalarda çatlar, oturmalar və s. nəzərə çarpacaqdır. Buna görə, böyük şəhər və qəsəbələr salınarkən, burada yüksək mərtəbəli və ağır yüklü binalar inşa olunduqda ilk növbədə xüsusi mühəndis – geoloji tədqiqatlar aparılmalı (1:200, 1:500, ən azı 1:1000 miqyasında), sonra tikintinin yük götürmə qabiliyyəti nəzərə alınaraq bu və ya digər konstruksiyalı və mərtəbəli binaların inşası layihələşdirilməlidir (F.Ş.Əliyev. 2002). Bayıl yamacında və dərəsində sürüşmə prosesləri 1847, 1877, 1929, 1932, 1938, 1950, 1952, 1953, 1973- 1974, 1996-cı illərdə və sonuncu 2000-ci il martın 7-də qeydə alınmışdır. 2000-ci il martın 7-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində gəmi təmiri zavodunun yardımçı binaları, Lukoyl yanacaq doldurma məntəqəsi, 27 fərdi ev və başqa tikililər, əsas magistral yol, kommunikasiya sistemləri dağılmış və bunun nəticəsində dövlətə 50 mln. dollar məbləğində ziyan dəymişdir.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə