Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə41/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   36   37   38   39   40   41   42   43   44
BİOSFER muhazirə

TAYFUNLAR
Tayfunlar ən dağıdıcı tropik tsiklonlar sırasına aiddir. Hər il tayfunlar Asiyanın bir sıra ölkələrinin iqtisadiyyatına olduqca böyük itkilər verir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələr tayfunların vurduğu ziyanları çətinliklə bərpa edə bilir. Sakit okeanın qərb hissəsinin üzərində ildə 25-30 peyda olunan tayfundan ayrı-ayrı illərdə 1-dən 4-ü Yapon dənizinə və Primorski ölkəsinə çıxır. Bütün bunlar Filippindən şimali-şərqdə okean üzərində əmələ gəlir. 373 Onların orta mövcudiyyəti 11 gün, maksimum isə 18 gün təşkil edir. Belə tropik tsiklonlarda müşahidə olunan minimal təzyiq geniş tərəddüdə malik olur (885 qPa-dan 980 qPa-ya qədər), lakin onlar Rusiya ərazisinə çıxdıqda mərkəzlərində təzyiq 960-1006 qPa-ya qədər yüksəlir. Sutka ərzində maksimal yağıntıların cəmi 400 mm-ə, küləyin sürəti işə 20-35 m/san-yə çatır. Uzaq Şərqin mülayim enliklərinə tayfunların çıxma vaxtı iyuldan başlayaraq, sentyabr daxil olmaqla davam edir. May, iyun və oktyabr aylarında Yapon dənizində tropik tsiklonlar nadir hallarda peyda olur və ya müşahidə edilmir. Son illər bir neçə yadda qalan qeyri adi dağıdıcı tropik tsiklonların olması ilə əlamətdardır. Onların arasında 1992-ci ildə Floridada baş verən «Endryu» qısırğasını göstərmək olar. Əvvəlcədən qasırğanın olacağı haqda vaxtında verilən xəbərdarlığa görə cəmi 65 adam həlak oldu. Lakin «Endryu» 60000 ev və digər tikintiləri dağıtdı və 30 mlrd. dollar ziyan vurdu. Altı il keçdikdən sonra (1998-ci il 22 sentyabr) Mərkəzi Amerikada «Corc» qasırğası zamanı küləyin sürəti saatda 200 milə çatırdı. Qasırğa 4000 adamın həyatına son qoydu, Salvador və Nikaraqua dövlətlərinə 10 mlrd. doll. ziyan vurdu. 1999-cu il dekabrın ortalarında Venesuelanı darmadağın edən güclü daşqınlar və sürüşmələr, 20000 adamın ölümünə səbəb oldu, iqtisadi ziyanın miqdarı 15 mlrd. təşkil etdi. 1999-cu il sentyabrın sonunda «Bart» tayfunu sıx əhalisi olan Kyusyu şəhərində 26 adamın həyatına son qoydu, ölkəyə 5 mldr. maddi ziyan vurdu. Şimal yarımkürəsində qış qasırğaları da dağıdıcı xarakter daşıyır. Stiven Lambert «jurnal of Geophysikal Reslarch» məqaləsində bu yarımkürədə XX əsrdə güclü qış qasırğalarını təhlil etmişdir: 1920-1970-ci illər arası 40-a qədər qış qasırğası baş verimşdir. Sonralar temperaturun yüksəlməsi ilə əlaqədar olaraq qasırğaların tez-tez baş verməsi müşahidə edildi, 1985-ci ildən başlayaraq şimal yarımkürəsində ildə 80-ə qədər qasırğa hadisəsi baş verir. Son onillikdə Qərbi Avropada çoxlu saylı misli görünməmiş dağıdıcı güclü qasırğalar baş vermişdir. 1999-cu ilin qışında Qərbi Avropada üç qeyri-adi dəhşətli qasırğa olmuşdur: «Anatol», «Martın» və «Lotar». Bu qasırğalar 150 insanın ölümünə səbəb olaraq 10,3 mlrd. dollar maddi ziyan vurmuşdur. Dekabrın 26-sı milad bayramı günü «Lotar» qasırğası Fransa, Almaniya və İsveçrəyə 7,5 mlrd. dollar ziyan yetirdi.



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə