Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Nüvə silahlarının ətraf mühitə təsiri nəticələri



Yüklə 129,31 Kb.
səhifə37/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
BİOSFER muhazirə

Nüvə silahlarının ətraf mühitə təsiri nəticələri
Nüvə silahı (atom silahı) nüvə reaksiyaları nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahlara deyilir. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə nisbətən 20-80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərin (zərbə dalğası, işıq şualanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir: inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. Xirosima və Naqasaki şəhərlərinin bombardman edilməsi şəhərlərdə nüvə silahlarının partlayışının nəticələrini bilavasitə öyrənmyə imkan verir. Bu faciəli hadisələr nüvə müharibəsinin potensial fiziki, bioloji və sosial nəticələri müxtəlif məlumatlar əldə etməyə imkan yaradır. Lakin qeyd etmək lazımdır ki, adı çəkilən şəhərlərin hər biri yalnız bir atom partlayışına məruz qalmışdır və ora atılan bombaların gücü dünyanın bugünkü nüvə arsenalında toplananlardan olduqca azdır.
Fasiləsiz olaraq daha güclü yeni silah növlərinin inkişaf etdirilməsi belə bir həyəcan sualı doğurur: əgər silahlardan istifadə edilsə, nələr baş verər? Aydındır, belə bir addımın atılması 1945-ci ildəki illə müqayisə olunmayan ağır nəticələrə gətirib çıxarar. Bu, hələ indiyə kimi yaddan çıxmayan Xirosima və Naqasaki hadisələrindən prinsipcə tamamilə fərqli olacaqdır. Nüvə bombardmanı zamanı şəhərlərdə baş verən nəhəng yanğınlardan yaranan tüstünün nəticəsi olaraq Yerdə havanın və iqlimin qlobal dəyişməsi istisna edilmir. Tədqiqatlar göstərir ki, iri miqyaslı müharibə başlayarsa, dünyanın böyük şəhərlərinin bombardmanı zamanı, Yerin geniş ərazilərini həftələrlə, aylarla duman, toran bürüyəcək. Günəş şüaları yanğınlar zamanı his hissəciklərindən ibarət olan möhtəşəm buludlardan keçə bilməyəcək. Ən ağır vəziyyət Şimal yarımkürəsində yaranacaq, burada atmosferin çirklənməsi daha güclü olacaqdır. Bir sıra regionlarda orta temperatur bir neçə 100 C aşağı düşəcək, yəni suyun donma nöqtəsindən də aşağı olacaqdır. Belə vəziyyət hərbi əməliyyatlar qurtardıqdan sonra bir neçə həftə, hətta bir neçə ay qala bilər. İqlimin pozulması, hətta bilavasitə müharibədə iştirak etməyən ölkələrdə də, bir neçə il keçdikdən sonra təsirini göstərəcəkdir. Dünyanın bir sıra rayonlarında yağıntıların azalması da istisna edilmir. Temperaturun və atmosfer yağıntılarının dəyişməsi tropik rayonlarda və cənub yarımkürəsində (Şimal yarımkürəsi ilə müqayisədə az dərəcədə) müşahidə oluna bilər. Tropik və subtropik rayonlarda da xeyli soyuqlaşmanın baş verməsi istisna edilmir. Fəlakətlər dünya kənd təsərrüfatından və əsas ekosistemlərdən (meşə, bozqır, dəniz sahələri) də yan keçməyəcək. Bitki və heyvan populyasiyaları adi halda nisbətən tez və dramatik dəyişilən şəraitə düşəcəklər. Məhsulun toplanması kəskin iqlim dəyişkənliyi ilə yanaşı, həm də enerji, texnika, gübrələrlə təmin olunmasında fasilələr, pozuntularla əlaqədar çətin ki, mümkün olsun. Bu həm müharibə aparılan, həm də neytral ölkələrdə qlobal ərzaq krizisinə səbəb olacaqdır. İstehsalın əsas sisteminin və ərzaq məhsullarının paylanmasının dağıdılması Yer əhalisinin sayının xeyli azalmasına gətirib çıxaracaqdır. Mümkün iqlim dəyişmələrindən başqa, irimiqyaslı nüvə zərbələri nəticəsində baş verən yanğınlar, partlayışlar, radioaktiv yağıntıların düşməsi geniş əraziləri xarabazarlığa çevirəcəkdir. Digər nəticələr arasında enerji təchizatı sisteminin sıradan çıxması; Yer üzərində həyatı Günəşin təhlükəli ultrabənövşəyi şüalarından mühafizə edən ozon qatının nazilməsi; intensiv lokal radioaktiv yağmurlar və atmosferin uzunmüddətli qlobal çirklənməsi; çoxlu miqdarda yaranan toksik maddələr və qazlarla suyun və havanın zəhərnəlməsini göstərmək olar. Beləliklə, nüvə konflikti Yer üzərində olduqca ciddi iqlim və digər ekoloji dəyişkənliklərə səbəb olacaqdır. Qeyd etmək lazımdır ki, hətta ən orta qiymətlə – nüvə konfliktlərinin dünya kənd təsərrüfatı və təbii ekosistemlərə, nəticədə isə bəşəriyyətin özünə təsiri son dərəcə təhlükəlidir. –



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə