Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Biosferin ekoloji balansı



Yüklə 129,31 Kb.
səhifə30/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   26   27   28   29   30   31   32   33   ...   44
BİOSFER muhazirə

17. Biosferin ekoloji balansı - dedikdə planetin mürəkkəb prosesləri, radioaktiv və hidrotermik rejimlər və s. başa düşülür. Biosferin normal funksiyası - cisimlərin və ya maddələrin kiçik (bioloji) və böyük (geoloji) dairəvi hərəkəti nəticəsində təmin olunur. Əlaqəli proseslər dedikdə qazlar mübadiləsi və suyun dövranı nəzərdə tutulur .Bu dövran fotosintez və cisimlərin üzvi maddələrinin minerallaşmasında iştirak edən mikroorqanizmlərdir. Burada insanlar da iştirak edir.

Biosferin strukturunun dəyişməsi bitki və heyvan aləminə, eləcə də insanlara pis təsir edir. Ona görə də bu, bir problemə çevrilib. Ekoloji balansı yenidən bərpa etmək çətindir. Belə ki, onlar lokal və regional dəyişikliklərdən başlayıb müəyyən vaxtdan sonra qlobal xarakter alırlar. Balansda baş verən hər hansı səhv hadisə coğrafi və iqlimin dəyişilməsinə səbəb olur. Hazırda hər il dövretməyə 10 mlrd, ton dəm qazından karbon daxil olur və bu qazın miqdarı 10 ildə orta hesabla 0,2 % artır. XXI əsrin əvvəllərindən başlayaraq, texnogen karbon oksidlərinin həcmi 20% artmış, bu isə qlobal dəyişkənliyə, o cümlədən, Yer kürəsinin 2-3°C temperaturunun artmasına gətirib çıxarmışdır. Atmosferdə qazın tərkibi 0,0379% artmışdır. Akademik A.P.Vinoqradov hesab edir ki, temperaturun atmosferdə yüksəlməsinin üç səbəbi var: karbon qazının miqdarının artması, atmosferdə tozlanmanın artması və Yer kürəsinin ozon ekranının dağılması. İqlimin istiləşməsi qütb və dağ buzlaqlarının əriməsinə və dünya okeanlarının suyunun səviyyəsinin artmasına səbəb olmuşdur.


İnsanlar çoxaldıqca oksigenin, azotun və fosforun dövranda miqdarının azalması prosesi (dəyişikliklər) baş verir ki, bu karbonun dövranı ilə müqayisədə daha əhəmiyyətlidir. Oksigenin miqdarı hər il 10 mlrd, ton azalır. Oksigenin azalmasının səbəblərindən biri də eneıji yanacağının yandırılması və fotosintez proseslərinin azalmasının nəticəsindədir. Müxtəlif lazımsız tullantılar, ətraf mühitin çirklənməsi də biosferə böyük təsir edən amillərdəndir. İnsanlara təsir edən zərərli təsirlər, radiasiya və s. - bunlar insan fəallığının nəticəsində çirklənməyə gətirib çıxarır. Bu zərərli dəyişikliklər insana bilavasitə olaraq, su, kənd təsərrüfatı malları, yeməklə və s. müxtəlif yollarla təsir edə bilər.
Ətraf mühitin çirklənməsi təbii və insanın təsərrüfat fəaliyyəti nəticəsində baş verən antropogen hissələrə ayrılırlar. Antropogen çirklənmə aşağıdakılardır: 1) mexaniki, 2) kimyəvi, 3) fiziki, 4) bioloji.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə