Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə28/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   24   25   26   27   28   29   30   31   ...   44
BİOSFER muhazirə

16 .insanın biosferə təsiri

İnsanın biosferə təsiri çox böyükdür, belə ki, o, hər onillikdə daha da müxtəlif və böyük həcmli təsirə çevrilir. Bu təsir təkcə canlı orqanizmlərdə deyil, həm də ətraf mühitin hərəkətsiz (cansız) tərkibli hissəsində özünü göstərir.


Bizi əhatə edən təbiət bu gün də insana, onun maddi və mənəvi tələbatlarının ödənilməsinə xidmət edir.
İnsanın təbiətə təsirinin ümumi dövrü 3,5 milyon ildən az deyil. Bizi əhatə edən təbiətdə ən böyük dəyişikliklər 30-40 min il bundan əvvəl «Homo sapiens»-in (ağıllı insan) meydana gəlməsi ilə baş vermişdir. İnsanın təbiətlə qarşılıqlı təsirini bir neçə mərhələlərə ayırmaq olar: biogen, texnogen və neogen. Birinci mərhələdə insanın təbiətə təsiri heyvanın təsirindən fərqlənmirdi. Belə ki, insanlar yığım və hazır məhsulların (meyvə, kök, yarpaq, yumurta, yer heyvanlarının əti, balıq) mənimsənilməsi hesabına yaşayırdılar. Amerikalı ekoloq R.Y.Smit qeyd edir ki, özünün uzunmüddətli tarixi gedişində insan təbiətlə bilavasitə ünsiyyətdə olmuşdur (ovçu və yığıcı insan kimi). O eynən heyvanlar kimi təbiətin bir hissəsi olmuş və yaşayış məskənini onlarla bölüşdürmüşdür. Bu mənimsəmə təsərrüfat dövrü idi və neolitin gəlişindən 3 milyon il əvvəl (təxminən 10 000 il bundan əvvəl) davam etmişdir.
Neolit dövründə bəşəriyyət öz inkişafında nəhəng sıçrayış etmişdir. Təsərrüfatın köklü şəkildə mənimsəmə formasından istehsala keçid dövrü başladı. Əkinçilik və heyvandarlığın, onun ardınca peşə manufakturalarının inkişafı insanın biosferə təsirini gücləndirdi. Landşaft dəyişilir, meşə və otlaqların yerində əkin sahələri əmələ gəlirdi.
İngilis arxeoloqu H.Çayld bu prosesi «neolit inqilabı» adlandırmışdı. Ekoloji aspekt nöqteyi-nəzərindən bəşəriyyətin inkişafında bu mərhələni insanın təbiətə adaptasiyasından ətraf mühiti dəyişdirməyə keçidi kimi xarakterizə etmək olar.
İnsanın təsərrüfat fəaliyyətinin miqyası o qədər artımdır ki, bütün canlı orqanizmin yaşaması üçün artıq kifayət qədər yer qalmamışdır. İnsan varlığı və onun sosial-iqtisadi sistemləri tədricən Yer kürəsini dolduraraq başqa növ canlıları və onların təbii sistemlərini görünməmiş sürətlə sıxışdıraraq məhv edir.
Problem ancaq Yerdə məskunlaşanların sayında deyil, həm də onların kifayət qədər təbii ehtiyatlarla təminatının dəyişməsindədir. Ekosistemlərin məhv edilməsi ilə birlikdə bir çox bitki və heyvan növlərinin yoxa çıxması iqtisadi yüksəlişi məhdudlaşdıran amillərdən biridir.

Başqa sözlə, bioloji müxtəlifliyi qoruyub saxlamaqdan ötrü maddi vəsaitin qoyulmasının geniş proqramı tələb olunur.


Bu vəsait üç əsas məsələnin həllinə sərf olunmalıdır:

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə