Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə31/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   27   28   29   30   31   32   33   34   ...   44
BİOSFER muhazirə

Mexaniki çirklənmə ətraf mühit amillərinin mexaniki təsiri nəticəsində baş verir.
Planetin bütün canlıları üçün ən qorxulu, pis çirklənmə kimyəvi çirklənmə hesab olunur. Bura zəhərli, sənaye tullantıları, nəqliyyatın zəhərli maddələri və s. aiddir .
Elektrostansiyalar da atmosferə müxtəlif çirkli maddələr, kükürd, azot və metal tullantıları, məsələn: qara metallurgiya - zəhərli oksidlər və metallar, neft emalı müəssisəsi - toluol, aseton və s. tökürlər.
Daxili yanma mühərriklərindən atılan qazın təsirindən (200-dək zəhərli maddə) karbohidrogen, hidrogen - sulfid maddələri meydana çıxır. Etilli benzin yanarkən ondan müxtəlif zəhərli maddələr ayrılır. Xüsusilə qurğuşun və benzopiren çox qorxuludur . Bütün dünyada 500 mln avtomobil havaya 200 mln. ton kükürd oksidləri, qurğuşun birləşmələri və s. zəhərli maddələr buraxır. Böyük şəhərlərdə insanlar hər gün 15-60 mq qurğuşunlu hava qəbul edirlər və onun 5-24 mq adsorbsiya (udmaq, qəbul etmək) olunur. Bir avtomobil bir ildə atmosferə orta hesabla 1 kq qurğuşunlu qaz buraxır. Bu da insanın sinir sisteminə mənfi təsir edir, beyində qanın tərkibini dəyişir, sinirdə iflic, beyində, qara ciyərdə və böyrəklərdə mənfi dəyişikliklərə səbəb olur. Xroniki zəhərlənmə inkişaf edərək zəiflik, aqressivlik, əqli və fiziki gerilik əmələ gətirir ki, bu da vaxtsız qocalığa və iflic xəstəliyinə doğru aparır.
Civə sinir sisteminə təsir edir, onu pozur, əqli qabiliyyətini azaldır, qocalığı tezləşdirir. Ağır metalların torpaq və suyun tərkibinə toplanması nəinki insan, ümumiyyətlə, bütün canlılara ziyandır. Məsələn: arsen, xrom və s. misal göstərmək olar ki, bunlar xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır.
Başqa çirkləndirmələrdən ən qorxulusu kükürd qazı və azot iki oksididir. O, insanın gözünün selikli qişasını qıcıqlandırır və nəfəs yollarına təsir edir, xroniki qastritə, bronxitə və müxtəlif xəstəliklərə gətirib çıxarır. Kükürd qazı su ilə birləşib sulfıd turşusunu əmələ gətirir və yağış vasitəsilə yerə qayıdır. Son 35 ildə yağış suyunun turşuluğu 40 dəfə artmış, turşuluq dərəcəsi 5,6-dan 4,1-ə qədər artmışdır.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə