Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


Səkkizinci söz: Tehranın cümə namazının xütbələri: 3 fevral 2012



Yüklə 0,66 Mb.
səhifə8/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   ...   4   5   6   7   8   9   10   11   12

Səkkizinci söz: Tehranın cümə namazının xütbələri: 3 fevral 2012



Birinci xütbə: Təqvanın Allahın lütf və mərhəmətinə səbəb olması

Namazda iştirak edən bütün əziz qardaş və bacıları və özümü ilahi təqvaya çağırıram. Bu, bir insanın kamilliyə və ucalığa doğru hərəkətində əsas amildir. Əgər Allahın yardımı ilə fərdi əməldə, kollektiv işlərdə, siyasi və ictimai fəaliyyətlərdə ilahi təqvaya riayət edə bilsək, Allahın lütf və mərhəməti və bütün xeyirlər bizə şamil olacaq.


İslam inqilabının qələbəsinə görə Allaha şükür və xalqa təşəkkür

Mübarək şəfəq ongünlüyüdür. Şəfəq ongünlüyündə mənim və mənim kimilərin iki təşəkkürü lazımdır: Biri Allaha şükür etməkdir. Son dərəcə təzim və təvazökarlıqla alnımızı torpağa qoyub ilahi dərgaha şükür edirik ki, İran xalqına bu səadəti nəsib etdi. Bu möhtəşəm hərəkət, bu böyük və tarixi iş İran xalqının əli və böyük imamın rəhbərliyi ilə baş verdi, İslam quruluşu yarandı, İran xalqının Allaha, ilahi məqsəd və dəyərlərə doğru hərəkəti başlandı. Bundan böyük nemət ola bilməz. Bundan ötrü həmişə Allaha şükür etmək lazımdır. Şəfəq ongünlüyündə bu şükrü etmək daha lazımlı məsələdir. İkinci təşəkkür isə İran xalqına təşəkkürdür. Onlar vəfadarlıq etdilər, mərdlik, fədakarlıq, şücaət və ayıqlıq göstərdilər. Onlar bu otuz üç il ərzində daim öz fəallıqlarını elə qorudular ki, bu yeni ağac bütün təhlükə və problemlərlə yanaşı günbəgün böyüdü, qol-budaq atdı və şaxələndi. Bu, "kökü möhkəm və budaqları göydə olan gözəl ağac" kimi bəşəriyyətin həyatında kök salmışdır və onun səmərələri daim çoxalır.


İslam inqilabının qələbəsi ilə İran xalqının qürbətdən çıxması

Bu il bizim şəfəq ongünlüyümüzün xüsusi gözəlliyi var. Biz bu il regionda qalib inqilabların şahidi olduq. İstər Tunisdə, istər Misirdə, istər Liviyada xalqın inqilabçı hərəkatı uğurla nəticələndi, böyük işlər görüldü. Bu biz İran xalqı üçün böyük müjdə, gözəl və mübarək hadisədir. Bu il biz şəfəq ongünlüyünü və 22 bəhməni belə bir şəraitdə qeyd edirik. Demək olar ki, İran xalqı bu inqilabların qələbəsi ilə nisbətən qürbətdən çıxdı. Mən bu gün inşallah bu barədə bir qədər danışacağam.


Xütbədə toxunulacaq mövzular

Bu xütbədə namazda iştirak edən əziz qardaş və bacılar və İran xalqı üçün üç məsələyə toxunacaq, ikinci xütbədə isə daha çox ərəb qardaşlarla danışacağam. Bu üç məsələnin biri bizim öz inqilabımız haqda, bu otuz ildə getdiyimiz yol, əldə etdiyimiz nailiyyətlər və bizi gözləyən gələcək barədədir. İkinci məsələ regionun və dünyanın hadisələrinə baxış, üçüncüsü isə qarşıdan gələn seçkilər haqda iki-üç qısa məqamdır.


İran İslam İnqilabının əsas xətləri və nailiyyətləri

Birinci məsələ barədə danışmaq üçün kitablarla söz var. İnqilabımızın əsas xətləri kimi isə yalnız iki-üç cümlə demək istəyirəm. Bizim inqilabımızda bu xüsusiyyətlər vardı:


1- Antiislam, asılı və avtoritar rejimin müstəqil və demokratik İslam quruluşu ilə əvəzlənməsi

Bizim inqilabımız antiislam rejimi devirib İslam rejimi yaratdı, diktatura və avtoritorizmi devirib yerində demokratik sistem bərqərar etdi, ölkəmizin uzun illər düçar olduğu və Pəhləvilər dövründə özünün ən faciəvi və ən rüsvayçı vəziyyətinə çatdığı asılılığı yox edib, xalqa hərtərəfli müstəqillik verdi, xalqımıza hakim olan ağır repressiyaya son qoyub ona azadlıq bəxş etdi, öz fikir və sözlərini azad şəkildə ifadə edə bildilər. İnqilab xalqımıza qarşı tarixi təhqiri milli başucalığı ilə əvəzlədi.


2- Xalqın başucalığını özünə qaytarmaq

Bizim xalqımız on illərlə təhqir olundu. Bu tarixi keçmişə, bu əzəmətli mədəni, elmi və tarixi irsə sahib olan bu böyük xalq hegemon və fəsadlı hakimlər, həmçinin onların arxasında duran müstəmləkəçilər və beynəlxalq istismarçılar tərəfindən təhqir olundu. Bizim inqilabımız isə bunu milli başucalığına çevirdi.

Bu gün İran xalqı ucalıq, şəxsiyyət duyur. İnqilab bizim xalqımızda olan özünə inamsızlığı yox edib, ona milli özünəinam bəxş etdi. Biz özümüzü gücsüz görürdük, elə bilirdik ki, nə elmi iş bacarırıq, nə siyasi iş, nə də böyük hərbi iş. Biz özümüzü zəif bir xalq sayırdıq. Bizə bunu təlqin etmiş, aşılamışdılar. İnqilab bunu xalqdan aldı və bizdə milli özünəinam hissi yaratdı. Bu gün biz bütün sahələrdə özümüzə güvənir, bacardığımızı düşünür, bunun ardınca hərəkət edir və Allahın yardımı ilə hər yerdə məqsədlərimizə çatırıq.
3- Xalqın siyasi yetkinliyini və ayıqlığını yüksəltmək

Bizim xalqımız siyasi məsələlərdən təcrid olunmuşdu, üz çevirmişdi, ölkədə baş verən hadisələrə diqqət yetirmirdi. İnqilab bizim xalqımızdan bu halı aldı, bizi ayıq və siyasi bir xalqa çevirdi. Bu gün ölkənin ən ucqar bölgələrində olan yeniyetmələrimiz də siyasi təhlillər edir, siyasi hadisələri anlayır, hər bir məsələ barədə fikir yürüdürlər. İnqilabdan öncə isə belə deyildi. Siyasi dərk və siyasətə meyl bu ölkədə barmaqsayı bir qrupa məxsus idi, xalq ölkədə baş verən hadisələrdən kənarda qalırdı. Hökumətlər gəlib-gedirdilər, beynəlxalq müqavilələr bağlanırdı, dünyada böyük işlər görülürdü, xalqın isə xəbəri olmurdu.

Bunlar bu inqilabın əsas xətləridir. İnqilab bu ölkədə bunları yaratdı. Bu prinsiplər oturuşmuşdur, möhkəmlənmişdir, bu dəyişikliklər dayaz və ötəri deyil.
İnqilabın birinci gününün şüarlarının indiyədək qalması

Bu gün inqilabın şüarları birinci gün verilən şüarlardır. Bu, inqilabın sağlamlığını göstərir. Şüarlar məqsədlərə işarə vurur və onları təsvir edir. Bir quruluşda və inqilabda təsbit olunmuş şüarların qalması o deməkdir ki, bu quruluşun məqsədləri ilkin formasındadır, dəyişməmişdir, məmurlar və xalq düzgün yoldan və əsas məqsədlərdən yayınmamışlar. Bu gün İran xalqının şüarları inqilabın birinci şüarlarıdır.


İnqilabın mənfi və müsbət cəhətlərini bilməyin zəruriliyi

Otuz ildən artıq sürən bu dövrdə bizim həyatımız həmin əsas xətlərin təsiri altında olmuşdur. Bizim inkişaflarımız da olmuşdur; nöqsanlarımız da. Biz həm inkişaflarımızı, həm də nöqsanlarımızı bilməliyik. Əgər öz zəif cəhətlərimizi gizlətsək, bilməsək, onlar qalıb oturuşacaq, aradan qalxmayacaq. Biz bütün mənfi və müsbət cəhətləri bilməliyik.

Həm mənfi, həm müsbət cəhətlər var, yıxılıb-qalxmalar olub, amma hərəkət davam edir. Əsas məsələ budur. Bizim əziz gənclərimiz bilsinlər ki, bu 32-33 ildə zəiflik göstərdiyimiz yerlər olmuşdur, bu hərəkət zəiflənib-güclənmişdir, həmişə eyni olmamışdır; bəzən sürətlənmiş, bəzən sürəti azalmışdır, amma heç zaman dayanmamışdır və biz həmin əsas istiqamətdə irəliləmişik. Bu gün onun səmərəsini görməkdəyik.
Quruluşun mənfi və müsbət cəhətləri

Mən bu müddətdə malik olduğumuz müsbət və mənfi cəhətlərin bir neçəsini sadalayacağam:


Müsbət cəhətlər

1- Quruluşun ən mühüm müsbət cəhəti: Problemlərə qalib gəlmək

Bu 32-33 ildə bizim ən mühüm müsbət cəhətimiz problemlərə qalib gəlməkdən ibarətdir. Bu çox mühüm məsələdir. Biz elə bir xalq deyildik ki, başımızı aşağı salıb yolumuzla gedək və heç kəsin bizimlə işi olmasın. Xeyr! İlk gündən dünyanın böyük gücləri, hakim qüvvələri bizə əziyyət verməyə, önümüzdə əngəllər yaratmağa başladılar. Onlar bizim əleyhimizə müharibə başlatdılar, Səddamı üstümüzə göndərdilər, bizi səkkiz il girinc elədilər, terrorçu gətirdilər, embarqo tətbiq etdilər. Bu günə qədər biz bu problemlərin hamısına qalib gəlmişik, yəni bunların heç biri bizim xalqımızı və ölkəmizi peşman edib diz çökürə bilməmişdir. Allaha şükür olsun ki, yolumuzu qüdrətlə davam etdirmişik. Bu bizim ən mühüm müsbət cəhətimizdir.


2- Xalqa göstərilən ümumi xidmətlərin artırılması

Bu müddətdə başqa bir müsbət cəhət xalqa göstərilən xidmətlərin kəmiyyət və keyfiyyət baxımından artırılmasıdır. Bu xidmətlər nəinki inqilabdan qabaqkı yaxın keçmişlərlə, hətta uzaq keçmişlərlərlə də müqayisəediləsi deyil. Ölkə boyu göstərilən böyük xidmətlərin həm keyfiyyəti yüksəkdir, maddi və mənəvi baxımdan birinci dərəcəli xidmətlərdir, həm də kəmiyyəti və sayı çoxdur. Bu da mühüm bir müsbət cəhətdir.


3- Elmi inkişaf

Başqa bir müsbət cəhət elmi inkişafdır. Mənim əzizlərim! Bu elmi inkişafa əhəmiyyətsiz yanaşmayın. Bu inkişaflar çox mühümdür. Elm bir ölkənin köklü inkişafının təməlidir. Bu hədisi mən bir dəfə oxumuşam: "Elm iqtidardır". Kim bu iqtidara malik olsa, özünün bütün məqsədlərinə çata bilər. Dünyanın bu hegemonları əldə etdikləri elm sayəsində bütün dünyaya hegemonluq edə bildilər. Sözsüz ki, biz heç zaman hegemonluq etməyəcəyik, amma elmi inkişaf bizə mütləq lazımdır.

Otuz ildən artıq sürən bu müddətdə bizim elmi inkişaflarımız heyrətamiz olmuşdur. İndi təsadüfən nüvə texnologiyası məşhurlaşıb, həm öz ölkəmizdə, həm də dünyada hamının diqqət mərkəzindədir. Lakin bizim elmi inkişaflarımız yalnız bu deyil, nüvə texnologiyası var, kosmonavtika elmləri var, tibb elmləri var - xoşbxətlikdən bu gün bizim ölkəmiz tibbin çox mühüm və əlçatmaz sahələrinə nail olmuşdur və böyük tibbi işlər görülür - ekotexnologiya var, dünyanın yeni elmindən olan nanotexnologiya var, elmdə ən böyük işlərdən biri sayılan kök hüceyrələr məsələsi var, klonlaşdırma, elektron buludları, yeni enerji texnologiyaları, mühüm radiodərmanlar, xərçəng əleyhinə dərmanlar var və bu siyahı davam edir. Bu dediklərim meydan oxumaq deyil, dünyanın mötəbər elm mərkəzlərinin təsdiq etdiyi nailiyyətlərdir. Onlar deyirlər ki, bu illərdə dünyada ən sürətli elmi inkişaf İranda baş vermişdir. 2011-ci ilin statistikasında bu deyilir. Dünyanın nüfuzlu elm mərkəzlərinin verdiyi məlumata əsasən, regionda elmi baxımdan birinci yeri İran tutur. Biz elmdə birinciliyi 2025-ci il üçün nəzərdə tutmuşduq, hələ on dörd il qalır. Lakin ötən il dedilər ki, İran elmi baxımdan regionda birincidir, dünyada isə on yeddinci. Bizim ölkəmiz elmdə dünya üzrə on yeddinci yerdədir. Bunlar çox mühümdür. Deməli, bizim müsbət cəhətlərimizdən biri də elmi inkişafdır.
4- Texnologiya, sənaye və mühəndislik infrastrukturlarının qurulmasında ölkənin inkişafları

Bizim müsbət cəhətlərimizdən başqa birisi texnologiya, sənaye və mühəndislik infrastruktlarının yaradılmasında inkişaflardır. Xarici müşahidəçilər nə zaman gəlib baxmışlarsa, bu, onları alqışa vadar etmişdir. Kommunikasiya, yol, poçt rabitələri və müxtəlif texnologiya, sənaye və mühəndislik infrastrukturlarında görülən bu möhtəşəm işlərin xüsusi şərhi var. Mən bu aydın və yaxşı məlumatların layiqincə xalqa çatdırılmadığını görəndə həqiqətən təəssüflənirəm. Bunlar xalqa deyilməlidir ki, xalq sevinsin və ölkədə nə baş verdiyini bilsin.


5- İnqilab dəyərlərinin ikinci və üçüncü nəsillərə ötürülməsi

Bu müddətdə bizim müsbət cəhətlərmizdən başqa birisi inqilab dəyərlərinin ikinci və üçüncü nəsillərə ötürülməsidir. Siz bugünkü gənclərə baxanda bu dəyərləri mənimsədiklərini görürsünüz. Şəhidliyi qəlbimizə yara vuran bu son əziz şəhidimiz Mustafa Əhmədi Rövşən, yaxud bu il şəhadətə qovuşan qabaqkı gənc şəhid Rzainejad 32-33 yaşlı gənc alimlər idilər. Onlar imamı görməyiblər, müharibəni görməyiblər, inqilab dövrünü görməyiblər, amma belə şücaətlə dərs oxuyurlar, təhsil alırlar, uca dərəcələrə yüksəlirlər. Onlar bu işin təhlükəli olduğunu bilir, anlayır, amma gedirlər. Bu çox mühüm və dəyərli məsələdir. Bu, inqilabın üçüncü nəslində görünən dəyərlərdir. Əhmədi Rövşən, Rzainejad və onlar kimilər inqilabın üçüncü nəslindəndirlər. Əhmədi Rövşənin şəhadətindən sonra gənclər elan etdilər ki, biz gəlib işləməyə hazırıq. Bu möhtəşəm hərəkət çox mühüm məsələdir. Bunlara əhəmiyyətsiz yanaşmaq olmaz. Bizim müsbət cəhətlərimizdən biri budur ki, bu dəyərlər ikinci və üçüncü nəsillərə otürülmüşdür. Düzdür, sıradan çıxanlar da, inqilaba görə tövbə edənlər, peşman olanlar da olmuşdur. Amma əlavə olunanlar uzaqlaşanlardan çoxdur. Çürük qüvvələr töküldülər, əvəzində isə gənc və təravətli qüvvələr meydana çıxdı.


6- Regionun əsas məsələlərinə və dünya hadisələrinə təsir baxımından böyük irəliləyiş

Bu müddətdə bizim müsbət cəhətlərimizdən başqa birisi regionun əsas məsələlərinə və dünya hadisələrinə təsir baxımından böyük irəliləyişə nail olmamızdır. Bu gün İslam Respublikası quruluşu nüfuzlu bir ölkədir. Onun region, hətta dünya məsələlərində "hə", yaxud "yox" sözü təsir buraxır. Bu, ölkə üçün çox əhəmiyyətlidir.


7- Ölkənin və quruluşun düşmənlər qarşısında güclü təməli və möhkəm strukturu

Bizim müsbət cəhətlərimizdən başqa birisi ölkənin və quruluşun düşmənlərə qarşı güclü təməlinin və möhkəm strukturunun olmasıdır. Biz düşmənlər önündə iztirab keçirmir, nigaran olmur və təşvişə düşmürük. Quruluşun və ölkənin təməli güclüdür.


8- Elm mərkəzlərinin kəmiyyət və keyfiyyət artımı

Bizim müsbət cəhətlərimizdən başqa birisi elm mərkəzlərimizin kəmiyyət və keyfiyyət artımıdır; yəni həm bizim elmi hövzələrimiz, həm də universitetlərimiz kəmiyyət və keyfiyyət baxımından yüksəlmişlər.

Bunlar bizim müsbət cəhətlərimizdir. Bunların hər biri geniş izah tələb edir. Bu barədə statistikalar mövcuddur. Bizim bunlardan əlavə də çoxlu müsbət cəhətlərimiz var.
Müsbət cəhətlərin embarqo şəraitində həyata keçməsi

Mən müsbət cəhətlərin ardınca bunu da deyim ki, İran xalqı bütün bu elmi, ictimai və texnoloji inkişafların embarqo şəraitində baş verdiyinə diqqət yetirsin. Bu çox mühüm məsələdir. Elm və texnologiya qapılarını bizim üzümüzə bağladılar, yolları bağladılar, ehtiyacımız olan məhsulları bizə satmadılar və biz belə inkişaf etdik. Bu nailiyyətlər embarqo şəraitində əldə olunmuşdur və bu bizdə ümidi artırır.


Mənfi cəhətlər və təhlükələr

Bizim sözsüz ki, mənfi cəhətlərimiz də var. Biz bu cəhətləri aradan qaldırmalıyıq. Mən sonra bu embarqo məsələsinə qayıdıb bir cümlə deyəcəyəm. Bizim mənfi cəhətlərimiz bu müddətdə qarşımızda olan təhlükələrdir və biz bunları aradan qaldırmalıyıq.




  1. Məmurların və xalqın dünyagirliyə təmayülü

Bizim birinci mənfi cəhətimiz bəzilərimizin dünyagirliyə təmayülüdür. Biz məmurların bəzisi dünyagirliyə tutulduq, maddiyyata qurşandıq, sərvət, dəbdəbəçilik, bərbəzək, təmtəraq və zadəganlıq yavaş-yavaş adiləşdi. Biz belə olanda bu, xalqa da keçir. Zadəganlığa, dəbdəbəçiliyə, sərvət toplamağa meyl, sərvətdən qanunsuz və xoşagəlməz şəkildə istifadəyə təmayül təbii şəkildə insanların çoxunda var. Biz özümüzü azad buraxıb bunlara düçar olanda bu hal xalqda da yaranır.


  1. İsrafçılıq və istehlahkçılıq

Biz bu gün təəssüf ki, israfçılığa və istehlakçılığa tutulmuşuq. Mən dəfələrlə demişəm, yenə də deyirəm ki, bu bizim üçün təhlükədir. Biz israfçılığı, dünya malına tamahkarlığı azaltmalıyıq. Nəyinsə azaldığına dair bir şayiə yayılan kimi camaat ona hücum çəkir və qurtarmasından qorxur. Halbuki həmin şey həyatın zəruri ehtiyaclarından olmaya da bilər. Bu zaman həmin məhsul az olmasa da, xalqın hücum çəkməsi onu azaldır. Biz bu məsələyə diqqət yetirmirik. Bu bizim mənfi cəhətlərimizdən biridir. Biz bu mənfi cəhəti aradan qaldırmalıyıq.


  1. Elmi inkişafla müqayisədə əxlaqi inkişafın zəifliyi

Bizim mənfi cəhətlərimizdən başqa birisi budur ki, əxlaq və mənəviyyat məsələlərində elmi məsələlərlə paralel inkişaf etməmişik. Bu gerilikdir. Əlbəttə, bu gün uyğun vəziyyət inqilabdan öncə ilə müqayisədə dəfələrlə yaxşıdır, bunda heç bir şübhə yoxdur, amma biz inkişaf etməli idik. Elmdə inkişaf etdik, siyasətdə inkişaf etdik, mənəviyyatda və mənəvi paklıqda da inkişaf etməli idik. Quranda Allahın dilindən harada mənəvi paklıqdan və təlimdən söhbət gedirsə, mənəvi paklıq təlimdən, özü də kitab və hikmətin təlimindən birinci gəlir: "Onları mənən paklasın və onlara kitab və hikmət öyrətsin". Yalnız bir yerdə həzrət İbrahimin dilindən danışarkən təlim məsələsi önə keçmişdir. Biz isə əxlaqi və mənəvi məsələləri arxa plana keçirdik.
4- İslamın nəzərdə tutduğu ideal ictimai ədalətin həyata keçməməsi

İctimai ədalət məsələsində biz hələ İslamın nəzərdə tutduğu və bizim arzuladığımız nöqtəyə çatmamışıq. Bu da bizim mənfi cəhətlərimizdəndir. Biz bu mənfi cəhətləri düzəltməliyik. Bunlara göz yummaq olmaz. Həm məmurlar, həm xalq bu mənfi cəhətləri aradan qaldırmaq üçün məsuliyyət hiss etməlidirlər. İnşallah Allah-Taaladan kömək alıb bu mənfi cəhətləri aradan qaldırmalıyıq. Sözsüz ki, bu mümkündür və mütləq aradan qalxacaqdır.


Mənfi cəhətləri aradan qaldırmağın yolları

Mənim fikrimcə, bu mənfi cəhətləri aradan qaldırmaq üçün bəzi işlər görülməlidir:


1- Məmurların məsuliyyət hiss etməsi

Birinci növbədə bizim məsuliyyət hiss etməmiz lazımdır. Bizim hamımız, xüsusən də ölkənin məmurları və xalqın xidmətçiləri məsuliyyət hiss etməlidirlər. Təqsirləri bir-birimizin boyununa atmayaq. Bir yerdə bir nöqsan yarandıqda məclis hökumətin, hökumət məclisin, başqa birisi də məhkəmə orqanının boynuna atmasın. Xeyr! Sərhədlər bəllidir. Konstitusiya xətləri müəyyən etmişdir və hamının vəzifələri məlumdur. Rəhbərin öz vəzifəsi var, hökumətin öz vəzifəsi, parlamentin öz vəzifəsi, Ali Məhkəmənin, hüquq-mühafizə orqanlarının da öz vəzifəsi. İcraçı orqanların hər birinin üzərinə müəyyən vəzifələr düşür. Bir-birimizin boynuna atmayaq. Rəhbərə yönəlik bir nöqsan yaransa, rəhbər təvazökarlıqla qəbul etsin və onu aradan qaldırmağa çalışsın. Önəmli işlərdən biri budur.


2- İkinci dərəcəli məsələlərlə məşğul olub prinsipial dəyərləri unutmamaq

Başqa bir əsas məsələ budur ki, prinsipial dəyərləri unutmaq olmaz. Biz ikinci dərəcəli məsələlərlə məşğul olub prinsipləri yaddan çıxarmamalıyıq. Bunun da geniş izahı var.


3- Birliyi və həmrəyliyi qorumaq

Birliyi və həmrəyliyi qorumaq bizim vəzifələrimizdən başqa birisidir. Dəfələrlə demişik ki, məmurlar arasında birlik və həmrəylik olmalıdır. Üç hakimiyyət orqanı və digərləri bir-biri ilə həmrəy olmalı, bəzi yerlərdə fikir ayrılıqları olsa da, əl-ələ verib birgə addımlamalıdırlar. Fikir ayrılığının eybi yoxdur, lakin quruluşun, ölkənin və inqilabın istiqamətlərində bir-birinə arxa olsunlar, bir-birinin əlini möhkəm sıxsınlar, həm bir-biri, həm də xalqla köməkləşib irəliləsinlər. Bu birlik və həmrəylik ölkədə mövcud olan bir çox problemlərin qəti həlli deməkdir.


4- Düşmənin təbəssüm və vədlərinə aldanmamaq

Çox diqqətəlayiq və əsas məsələlərdən biri düşmənin təbəssümünə və düşmən cəbhəsinin yalan vədlərinə aldanmamaqdır. Biz bu otuz ildə təcrübə toplamışıq. Bəzən bizim üzümüzə gülümsəyiblər. Əvvəllər bizim bəzilərimiz hərdən inanırdıq, yavaş-yavaş anladıq, səhnənin arxasında nə olduğunu bildik. Düşmənin təbəssümünə və yalan vədlərinə aldanmayaq. Bu gün dünyaya hakim olan maddi güc düşərgəsi asanlıqla və əsla nigaran olmadan əhdini pozur, sözündən çıxır, nə Allahdan xəcalət çəkir, nə xalqdan, nə də qarşı tərəfdən. Onlar asanlıqla yalan danışırlar. İndi yeri deyil, amma lazım olanda mən buna dair nümunələrdən danışaram. Amerikalılar bəzi fikirlər səsləndirdilər, ABŞ prezidenti bəzi sözlər dedi, bizə məktub yazdı, biz cavab verdik. Sonra onlar həmin məktubların məzmununa dair bəzi işlər gördülər. Bunlar bir gün lazım olduqda dünyanın ictimai rəyinin ixtiyarına buraxılacaq. Onda bunların necə olduqlarını, sözlərinin nə qədər əhəmiyyətli və vədlərinin nə qədər dəyərli olduğunu görəcəksiniz. Bizim əsas işlərimizdən biri bunların təbəssümünə və yalan vədinə inanmamaqdır.


5- İşdə tənbəllikdən çəkinmək

Biri də işdə tənbəllikdən çəkinməkdir. İşdə tənbəllik və zəif işləmək bir insanı, bir ailəni, bir ölkəni və bir xalqı məhv edir. Hamı işləməli, cihad işi görməlidir. Biz bu ili İqtisadi cihad ili adlandırdıq. Yəni iqtisadi fəaliyyət cihad kimi olmalıdır.

Bunlar inqilab məsələlərinə dair sözlərdir. Söz çox, vaxt isə azdır. Növbəti məsələlər haqda da danışmaq lazımdır.
İslam dünyasında tağutların devrilməsindən ibarət olan mühüm hadisə

Region və dünya məsələlərinə gəlincə isə, son bir ildə region xalqları dörd tağutu devirməyə müvəffəq oldular. Bu çox mühüm məsələdir. Bir xalqın bu tağutlardan birini devirməsi üçün çox zəhmətlər çəkilməlidir. Lakin bu bir ildə bu regionun dörd təhlükəli və xəbis tağutu devrildi. Bu çox önəmli hadisədir.


Misir və Tunis xalqlarının İslama səs verməsi – Qərbin islamofobiya siyasətinin iflası

Başqa bir mühüm hadisə budur ki, Tunis və Misirdə xalq İslama səs verdi. Misirdə xalqın təxminən 75 faizi seçki məntəqələrinə gedib İslam quruplarına səs verdilər. Tunisdə də buna bənzər hadisə baş verdi. Bunlar çox mühümdür. Bunun mənası odur ki, amerikalıların, qərblilərin, onların qara piar kampaniyalarının, Hollivudun və digər qurumların bu illərdə İslam Respublikasına qarşı ədavətdən irəli gələn islamofobiya siyasəti və İslam hökumətinə qarşı bütün səyləri iflasa uğramışdır. Xalq İslamın tərəfdarıdır.


Sionizm rejiminin təcrid olunmasının və fələstinlilərin fəallaşmasının İslam oyanışının təsirlərindən olması

Bu hərəkətlərin təsirlərindən biri sionizm rejiminin zəifləməsi və təcrid olunmasıdır. Bu da çox mühüm məsələdir. Çünki sionizm rejimi bu regionda həqiqətən xərçəng vəzisidir, kəsilib tullanmalıdır və kəsiləcək də. Bu rejim bu hərəkətlər səbəbindən daha zəiflədi və daha çox təcrid olundu. Fələstinli gənclər həvəsləndilər, ümidləndilər, öz mübarizələrinə və gələcəklərinə ümidləri artdı, xalqlar ümidvar oldular.


Bəhreyn xalqının məzlumluğu

Əlbəttə, bu xalqlar arasında Bəhreyn xalqı hamıdan məzlumdur. Təəssüf ki, bu xalq bütün dünya mediasının sükut və boykotu ilə üz-üzədir. Heç bir insani və dünyəvi məntiqdə onların istəyi qeyri-məqbul deyil, haqlı istəkdir, lakin məzlum olmuşlar. Bunları təbliğat və informasiya dairəsindən tamamilə çıxarmışlar və hətta daim onların əleyhinə təbliğat da aparırlar. Təbii ki, təsiri olmayacaq və Allahın yardımı ilə bu xalq da qələbə çalacaq.


İranın Bəhreynə müdaxilə etməməsi

Yeri gəlmişkən burada bu cümləni deyim: Bəhreynin hökumət başçıları İranın bu hadisələrə müdaxilə etdiyini iddia etdilər. Bu yalandır. Xeyr! Biz müdaxilə etmirik. Biz müdaxilə etdiyimiz yerlərdə açıq deyirik. Biz İsrailə qarşı məsələlərə müdaxilə etdik, nəticəsi də 33 günlük və 22 günlük müharibələrdə göründü. Bundan sonra da hansı xalq, hansı qrup sionizm rejimi ilə mübarizə aparsa, biz onun arxasında durub kömək edəcəyik və bunu deməyə qorxmuruq. Bu həqiqətdir. Bəhreyn adasının hakiminin İranı Bəhreyn hadisələrinə müdaxilə etməkdə günahlandırması doğru deyil və həqiqəti əks etdirmir. Biz Bəhreynə müdaxilə etsəydik, orada vəziyyət ayrı cür olardı.


ABŞ-ın zəifliyi və tam məğlubiyyəti

Dünyanın vəziyyəti də qəribədir. ABŞ həm iqtisadi və maliyyə, həm də siyasi cəhətdən zəifləmişdir. Bu da bir həqiqətdir. ABŞ-ın Orta Şərq siyasəti iflasa uğradı, Fələstin siyasəti iflasa uğradı, İraq siyasəti iflasa uğradı. Amerikalılar İraqı özləri birbaşa idarə etmək istəyirdilər, amma bacarmadılar. İraq xalqı müqavimət göstərdi və qoymadı. Amerikalılar özləri istədikləri hökuməti iş başına gətirmək istədilər, amma bacarmadılar; kapitulyasiya ilə qalmaq istədilər, İraq hökuməti və xalqı icazə vermədi. Bu gün İraqda bir xalq hakimiyyəti formalaşmışdır. İraq xalqı canlı və ayıq bir xalqdır. Bunun nəticəsində amerikalılar heç bir şey əldə etmədən və istədiklərinə nail olmadan İraqdan çıxdılar. Əlbəttə, neft müdaxilələri var, təhlükəsizlik müdaxilələri var və yəqin ki, İraq xalqı və hökuməti inşallah gələcəkdə buna da ölçü götürəcək.

Amerikalılar gizlətməyə çalışsalar da, daxili məsələlərdə də uğursuzluq içərisindədirlər. Onlar bunu etiraf etmək istəmirlər. Obama bir neçə gün öncə konqresdəki çıxışında ABŞ xalqının dörd aydan artıqdır küçələrdə olmasına heç bir işarə etmədi. Bu soyuq havada ABŞ-ın müxtəlif ştatlarında bu qədər xalq küçələrə çıxır, polisin təzyiqi və ağır zərbələri qarşısında duruş gətirir - buna işarə vurmaq lazım deyildi?! Heç bir işarə vurmadı. Bunu gizlətməyə çalışırlar. Bu da onların insan hüquqlarıdır.
Avropanın siyasi və iqtisadi uğursuzluğu

Avropa da belədir. Avropa da uğursuzluq içərisindədir. İqtisadi, maliyyə və pul məsələlərindən əlavə - bunlar böyük problemlərdir və xalqı qəzəbləndirir - bu gün siyasi baxımdan da çətin durumdadır.

Mən sizə bir misal vurum: Fransa dövləti prezident general de Qollun zamanında İngiltərənin Avropa İttifaqına qoşulmasına icazə vermədi. Nə üçün? Dedilər ki, İngiltərə Amerikaya bağlıdır, onun Amerika ilə rabitələri Avropa İttifaqının müstəqilliyinə xələl gətirər. De Qoll ABŞ-la əlaqəsinə, ona bağlılığına və ondan asılılığına görə İngiltərənin Avropa İttifaqına qoşulmasına qoymadı. Bu, Fransanın o zamanına aiddir. Bu gün Fransada hökumət başında olan bu cənab isə ABŞ-ın tapşırığını icra edir, onların istədiyi, onların ürəyində olan sözləri təkrarlayır, onlara itaət göstərir. Bu uğursuzluqdur. Avropa bu vəziyyətə düşmüşdür. Bu Fransadır. Digər Avropa ölkələri isə daha pis durumdadır.
İrana embarqoda Qərbin məğlubiyyəti

Bu gün qərblilər iqtisadi cəhətdən problem içərisindədirlər, siyasi məsələlərdə problemdədirlər, beynəlxalq qərarlarda problemdədirlər. Bizə dair embarqo qərarı da belədir. Bunlar İslam Respublikasını və İran xalqını İslama görə cəzalandırmaq istədilər, təhdid etdilər: iflic edən embarqolar, dərdli embarqolar! Daim dedilər, dedilər.


Embarqoların İrana faydaları

Bu embarqolar iki cəhətdən bizim xeyrimizədir:




  1. Özünütəmin

Əvvəla bizə embarqo tətbiq edildikdə daxili istedadlarımıza və potensialımıza üz tutur və daxildən inkişaf edirik. Bu otuz ildə bu hadisə baş vermişdir. Əgər silaha embarqo qoyulmasaydı, bugünkü möhtəşəm inkişaflarımız olmazdı. Əgər Buşəhrdə atom stansiyasını bunlar tiksəydilər, biz uranı zənginləşdirmə işində bu qədər inkişaf etməzdik. Əgər elmin qapılarını üzümüzə bağlamasaydılar, kök hüceyrələrdə, kosmonavtikada və səmaya peyk buraxmaqda bu nəticələri əldə etməzdik. Deməli, bizə nə qədər embarqo tətbiq edilirsə, öz daxili potensialımıza üz tuturuq və nəticədə bu potensial və istedad çağlar bulaq kimi günbəgün çiçəklənir. Deməli, embarqo bizim xeyrimizədir.
2- İranın duruş gətirməsinə görə dünyada Qərb sindromunun sınması

Bu embarqoların bizim xeyrimizə olduğunu göstərən ikinci cəhət dünyada Qərb sindromunun sınmasıdır. Bunlar təbliğat zamanı həmişə deyirlər ki, biz İranı geri çəkilməyə vadar etməkdən ötrü bu embarqoları tətbiq edirik. İndi misal üçün nüvə məsələsini deyirlər. Yəni bütün dünya anlayır ki, bu embarqolar İrana təzyiq göstərmək və onu nüvə sahəsində güzəştə vadar etmək üçündür. Bəs biz güzəştə getməyəndə nə baş verir? Bu embarqolar İranı güzəştə getməyə vadar etməkdən ötrüdür, İran isə güzəştə getmir. Nəticədə, Qərbin əzəməti və onun təhdidləri qiyam etmiş region xalqlarının gözündə heç olur, İran xalqının hörməti və qüdrəti isə çoxalır. Bu da bizim xeyrimizədir. Buna əsasən, bizə zərbə vurmaq üçün tətbiq olunan bu embarqolar qeyd etdiyim iki cəhətdən əslində bizə xidmət edir.


Avropada möhtəşəm ictimai hərəkat proqnozu

Avropanın vəziyyəti belədir. Avropa həllolunmaz iqtisadi problemlər içərisindədir. Avropada xalq qəzəbli, iqtisadi məsələlərə etirazlıdır. Mən qabaq da bunu demişəm: Avropa xalqlarının düşdükləri bu çətin vəziyyətin Amerikanın və sionizm şəbəkəsinin müdaxiləsinə görə yarandığını bildikləri gün iqtisadi məqsədlərə görə yaranan bu etirazlar möhtəşəm bir ictimai hərəkata çevriləcək. O zaman isə yeni bir dünya yaranacaq.


Hərbi təhdidlərin ABŞ-a zərəri

ABŞ-ın bu təhdidləri barədə bir cümlə də demək istəyirəm. Daim bu məzmunda təhdidlər edirlər: Bütün variantlar stol üzərindədir! Yəni hətta müharibə variantı da müzakirə predmetidir. Bu, müharibə ilə hədələməkdir. Bu təhdid ABŞ-ın ziyanına, müharibənin özü isə on qat artıq ziyanınadır. Bu təhdidlər nə üçün ABŞ-ın ziyanınadır? Ona görə ki, bu təhdidlərin özü onun məntiqli müzakirəyə aciz olduğunu göstərir. İslam Respublikası qarşısında deməyə sözləri yoxdur, düşüncə və məntiq davasında qələbə çala bilmir, məcbur qalıb zordan istifadə etmək istəyirlər. Bunun mənası odur ki, ABŞ-ın zordan başqa heç bir məntiqi, qan tökməkdən başqa heç bir yolu yoxdur. Bu, onun etibarının dünya xalqlarının və öz xalqının gözündə daha çox sarsılmasına bais olur. Bu, rejimlərin taleyini təyin edən amildir. Hansı rejimin, hansı quruluşun öz xalqının gözündə etibarı sarsılsa, taleyi bəllidir. Keçmiş Sovet rejimi belə oldu. Təsadüfən bəzi qərbli fikir sahibləri bir neçə gün bundan qabaq dedilər ki, bu gün ABŞ-ın və Qərbin vəziyyəti keçmiş SSRİ-nin 80-ci illərin sonlarındakı vəziyyətinə bənzəyir. Bu vəziyyət onun süqutuna bais olmuşdu. Yəni bir rejim və bir quruluş məntiqi baxımdan öz xalqının gözündən düşsə, onun yaşamasına daha heç bir ümid qalmayacaq. Buna görə, nə qədər təhdid etsələr, öz zərərlərinədir.


İranın cavabı: hədə qarşısında hədə

Onlar və digərləri bilsinlər və bilirlər ki, müharibə və neft embarqosu hədələri qarşısında bizim də hədələrimiz var və vaxtı gələndə, lazım olanda inşallah icra olunacaq.


Xalqın aktivliyinin ölkəyə xeyri

Mən seçkilər barədə də bir neçə cümlə deyim. Əziz qardaş və bacılar! Əziz İran xalqı! Seçkilər ölkəni qoruyan amildir. Bu xalqın heybətini qoruyan, düşmənlərə mənəvi güc göstərən, onları hərbi hücum fikrindən daşındıran və qorxudan amillərin biri bu seçkilərdir. Başqa birisi qarşıdan gələn 22 bəhmən (11 fevral) yürüşüdür. Fəallıq nə qədər çox olsa, milli etibar və imic bir o qədər yüksək olacaq. Seçkilər də belədir. Seçki məntəqələri nə qədər izdihamlı olsa, xalqın iştirakı nə qədər çox olsa, ölkənin imici bir o qədər yüksələcək və ölkənin mühafizəsi güclənəcək. Xalqın iştirakı ölkənin gələcəyini təmin edə bilər. Yaxşı, sağlam və güclü bir parlament ölkənin bütün orqanlarına, hökumətin, Ali Məhkəmənin və silahlı qüvvələrin işinə təsir göstərə bilər. Güclü, yaxşı və sağlam parlament belədir. Bəs bu parlamenti xalqdan başqa kim yarada bilər? Düşmən bunu istəmir. İndi iki-üç aydır düşmənin informasiya dalğaları xalqı ümidsiz etməyə və səsvermədən çəkindirməyə yönəlib. Təəssüf ki, bəzi adamlar da daxildə nə etdiklərini bilmədən onlara qoşulurlar. Onlar qərəzli, bunlar isə qafildirlər.


Düşmənin ölkəni böhran içərisində göstərməyə çalışması

Kiçik məsələləri böyüdüb böhranın yarandığını təlqin etmək olmaz. Onlar min vasitə ilə İranda böhranın olduğunu sübuta yetirməyə çalışırlar. Hansı böhran? Nə böhranı? Ölkə sabit, xalq güclü və aktivdir. Bu ölkədə müxtəlif qurumlar və xalq tərəfindən bu qədər işlər görülür, Allahın yardımı ilə tam əmin-amanlıq hökm sürür. Müxtəlif orqanlar bir-biri ilə əməkdaşlıq etsinlər. Əgər bu baş versə, çox yaxşı işlər görüləcək. Düşmən isə bunu istəmir.


Seçkilərdə sağlam rəqabətin zəruriliyi

Seçkilərdə ittihamsız və bir-birini pisləmədən sağlam rəqabət aparmaq lazımdır. Seçki şəraiti sağlam olmalıdır. Xalq namizədləri tanıyırsa, mütləq öz seçiminə uyğun əməl etsin. Əgər tanımırsa, bu işdə ayıq və dindar insanlardan kömək alsınlar. Seçki icraçıları öz işlərini tam diqqətlə görsünlər. Bu işlər ölkəyə yaxşı bir seçki ərməğan edə bilər. Xoşbəxtlikdən inqilabın əvvəlindən bu günə qədər keçirdiyimiz 32-33 seçkinin hamısı sağlam olmuşdur. Düzdür, bunların hamısında kimlərsə etiraz etmişlər və etirazlara baxılmışdır. Bəzən qanun pozuntuları olmuşdur, amma heç zaman qeyri-sağlam şərait olmamışdır. Bundan sonra da belə olmalıdır.


Səlahiyyətlərin araşdırılmasına dair Nəzarət şurasına tapşırıq

Mən səlahiyyət məsələsi barədə iki-üç cümlə demək istəyirəm. Möhtərəm Nəzarət şurası namizədlərin səlahiyyətini bəzən təsdiq edir, bəzən isə etmir. Mən burada üç məqama toxunmaq istəyirəm. Birinci məqam budur ki, Nəzarət şurası qanuni baxımdan səlahiyyətləri araşdırmağa borcludur, səlahiyyətin olub-olmamasına dair rəy verməlidir. Əlbəttə, bizim daimi tövsiyəmiz budur ki, səlahiyyət meyarlarını çox çətinləşdirməsinlər və nəticədə az bir qrup qalmasın. Səlahiyyət meyarlarını bir qədər yüngülləşdirsinlər.


Qanuna tabe olmaq

İkinci məqam budur ki, bəzi adamlar Nəzarət şurasının və uyğun məmurların nəzarətlərinə etiraz edirlər. Etirazları yerli və həqiqətən düzgün ola bilər. Lakin bilməliyik ki, qanuni və etimadlı bir qurum bir qərar çıxarırsa, onu qəbul etmək lazımdır. Hamımız qanuna tabe olmalıyıq. Misal üçün, parlament bir qanun qəbul edir. Mənim o qanuna etirazım ola bilər, onun qüsurlu olduğunu söyləyə bilərəm, amma qanundur və ona əməl etməliyik. Nəzarət şurası kimi etimadlı bir qurum da bir qərar qəbul edəndə tabe olmaq lazımdır.


Deputatlığa səlahiyyətin təsdiq olunmaması heç bir işə səlahiyyətin olmaması demək deyil!

Mən üçüncü məsələni də elan edim və hamı bilsin: Səlahiyyəti təsdiq olunmayan bu şəxslər zəruri olaraq səlahiyyətsiz insanlar deyillər. Belə anlaşılmasın ki, seçkilərdə kiminsə səlahiyyəti təsdiq olunmadığına görə o daha heç bir işə yaramaz. Xeyr! Qanuna görə seçkilərdə namizəd kimi iştirak edə bilməz, amma onun səlahiyyətini rədd edən qurum səhv də edə bilər, yaxud bu iş üçün uyğun olmaya, amma digər işlər üçün uyğun ola bilər. Kiminsə səlahiyyətinin rədd olunması onun daha məhv olması demək deyil. Xeyr! Digər səlahiyyətlər yerindədir.


Seçkilərdə düşmən təxribatına qarşı sayıqlıq

Seçkilər barədə son söz budur ki, məmurlar düşmənin seçki təxribatlarını nəzərdən qaçırmasınlar. Seçkilərdə səs qazanmayanlar da ehtiyatlı olsunlar və 2009-cu ildə səs qazanmayanlar kimi aldanmasınlar. Bütün namizədlər və onların tərəfdarları özlərini düşmənin ehtimal olunan təxribatı qarşısında məsuliyyətli bilməlidirlər. Heç kim saxtakarlıq ittihamı irəli sürüb düşmənin dəyirmanına su tökməsin. İnformasiya vasitələrində ixtilaf və ümidsizlik aşılanmasın və inşallah yaxşı seçkilər keçirək.


İkinci xütbə

Namazda iştirak edən əziz qardaş və bacıların hamısını yenidən ilahi təqvaya çağırıram. Adətən ikinci xütbədə deyilənləri birinci xütbədə siz qardaş və bacılara çatdırdım. Bu xütbədə siz əzizlərin hamısından üzr istəyərək həssas dövrü keçirən ərəb qardaşlarımıza müraciət edəcək və xütbəni ərəbcə oxuyacağam.


Ərəbcə oxunan xütbə

Bizim müsəlman qardaşlarımız! Harada olsanız, sizə salam, Allahın rəhməti və bərəkəti olsun!

Rəbiüləvvəl ayında və həzrət Peyğəmbərin (s) mövludu ərəfəsində Misirdən, Tunisdən və Liviyadan tutmuş Bəhreynə, Yəmənə və digər müsəlman ölkələrinə qədər əraziləri əhatə edən İslam oyanışının, ərəb qardaş və bacılarımızın oyanış baharının birinci ildönümü münasibəti ilə İran xalqı adından bütün dünya müsəlmanlarını təbrik edirəm.
ABŞ-ın və sionistlərin alnından vuran İslam oyanışı

Macəra dolu bir il ötdü. Tunis və Misirdə xalqların səsi ilk dəfə olaraq hörmətli sayıldı və hər iki ölkədə islamçı cinahlar səs qazandı. Liviyada da belə olacaq. Bu islamçılıq Quranın sayəsində antisionizm, antidiktatura, istiqlalsevərlik, azadlıqsevərlik və inkişafsevərlik xüsusiyyətləri ilə birgə bütün müsəlman xalqların qaçılmaz yolu və qəti iradəsi olacaq. Otuz il öncə bugünkü günlərdə müsəlman İranın taleyini həll edən, ABŞ-ın, NATO-nun və sionizmin alnına ilk ağır zərbəni endirən, regionun ən böyük sekulyar və muzdur diktatorunu devirən bu dalğa eyni günlərdə, eyni üsulla və eyni tələblərlə bütün İslam və ərəb Orta Şərqini bürümüşdür.


Qərbli gənclərin İslam oyanışından ilham alması

Allahın iradəsi xalqların oyanışına yönəlmişdir. İslam və xalqların əsri çatmışdır və gələcəkdə bütün bəşəriyyətin taleyini təsiri altına salacaq. Məgər Vaşinqtonda, Londonda, Madriddə, Romada və Afinada gənclər və ziyalılar Təhrir meydanından ilham alıb küçələrə çıxmadılarmı?!


İslama qayıdış və İslam oyanışı

İslam dünyasının ən həssas yerlərini İslama, izzətə, kimliyə və azadlığa qayıdış hərəkatı bürümüşdür və hər yerdə "Allahu-Əkbər" şüarı eşidilir. Ərəb xalqlar diktatorları istəmirlər, daha muzdur və zalım hakimlərin istismarına dözmürlər, yoxsulluqdan, gerilikdən, təhqirdən və asılılıqdan təngə gəlmişlər. Onlar sosializmin, liberalizmin və nasionalizmin sayəsində sekulyarizmi sınadılar və hamısının uğursuz olduğunu gördülər. Sözsüz ki, ərəb xalqlar islamçılıq markası ilə ifratçılıq, dini radikallıq, qapalılıq, məzhəb təəssübkeşlikləri və fundamentalizm də istəmirlər.


Ən düzgün yol - mənəviyyatın, ədalətin, məntiqin və demokratiyanın sintezi

Tunis və Misirin seçkiləri, Yəmən, Bəhreyn və digər ərəb ölkələri əhalisinin şüar və istəkləri göstərir ki, hamı quru ifratçılıqdan və qərbpərəst təfritçilikdən uzaq şəkildə müasir müsəlman olmaq, "Allahu-Əkbər" şüarı ilə müsəlman yaşamaq, mənəviyyatı, ədaləti, məntiqi və dini demokratiya üsulunu birləşdirib yüzillik təhqirin, avtoritorizmin, geriliyin, müstəmləkənin, fəsadın, yoxsulluğun və ayrıseçkiliyin öhdəsindən gəlmək istəyir. Və bu, ən düzgün yoldur.


Ərəb tağutlarının xüsusiyyəti

Xalqlarının qəzəbinə tuş gəlmiş ərəb rejimləri hansı xüsusiyyətlərə malik idi? Dinlə mübarizə, Qərbə (Amerikaya, İngiltərəyə və digər ölkələrə) tabelik, sionistlərlə həmkarlıq, Fələstinə xəyanət, ailə və sülalə diktaturaları, xalqın yoxsulluğu, hakim ailələrin böyük sərvətlərinin yanında ölkənin geriliyi, ayrıseçkilik, ədalətsizlik, qanuni azadlığın və cavabdehliyin olmaması onların müştərək xüsusiyyətlərindəndir. Hətta bəzi yerlərdə İslama, yaxud respublikaçılığa formal təmayül də xalqı aldada bilmədi. Bunlar ərəb xalqların - istər böyük qələbələr əldə edən, istərsə də inşallah gələcəkdə əldə edəcək xalqların oyanışının əsl mahiyyətini göstərən ən aydın əlamətlərdir.


"Allahu-Əkbər" şüarı ilə başlayan İslam hərəkatı

"Allahu-Əkbər" şüarı ilə başlayan bu hərəkatların mahiyyəti barədə başqa hər bir iddia müxtəlif qərəzlərlə və hədəfdən yayındırma məqsədi ilə həqiqəti görməzliyə vurmaqdır. Bu inqilabların gələcəyi həmin prinsiplərlə ölçüləcək. İnqilabların düzgün yolda qalmasının, yaxud yayınmasının meyarı bu amallar olacaq. Bir şeyi öz ziddi ilə və inqilabları devrilmiş rejimlərin xüsusiyyətləri ilə tanımaq olar. İnqilabçılar şüarları dəyişdirmək üçün göstərilən səylərdən və ortaya atılan qondarma məqsədlərdən ehtiyatlı olmalıdırlar.


İnqilabı əks-inqilaba çevirmək üçün Qərbin səyi

Şübhəsiz, Qərb inqilabları əks-inqilaba çevirməyə, uzaqbaşı köhnə rejimləri yeni formada bərpa etməklə, kütlələrin daxili hisslərini boşaltmaqla, birinci və ikinci dərəcəli məsələlərin yerini dəyişməklə, öz fiqurlarını əvəzləməklə, formal və süni islahatlarla və zahirən demokratik şərait yaratmaqla yenidən və növbəti on illər üçün ərəb dünyasına hökmranlığını qorumağa çalışır.


Qərbin İslamın əsas və təlimlərini təhrif etməyə çalışması

Qərb İslam oyanışı onilliklərində, xüsusən də son illərdə İrandan, Əfqanıstandan tutmuş İraqa, Livana, Fələstinə, indi isə Misirə, Tunisə və digər ölkələrə qədər məğlubiyyətlərinin ardınca islamofobiya və açıq mübarizə taktikasının iflasa uğradığını görüb oxşar yaratmaq və saxta nümunələr istehsal etmək taktikasına girişir. Şəhadətsevərliyin yerinə antihumanist terrorçuluğu, islamçılığın və cihadın yerinə təəssübkeşlik, qapalılıq və radikallığı, islamsevərliyin və ümmətsevərliyin yerinə millətçiliyi və tayfabazlığı, müstəqil inkişaf yerinə qərbpərəstliyi, iqtisadi və mədəni asılılığı, elmə təmayülün yerinə sekulyarizmi, məntiqiliyin yerinə təslimçiliyi, azadlığın yerinə fəsadı və hərc-məcliyi, nizam-intizam və təhlükəsizliyin yerinə diktatorluğu, inkişaf və tərəqqinin yerinə israfçılığı, dünyagirliyi və zadəganlığı, mənəviyyat və zahidliyin yerinə yoxsulluğu və geriliyi oturdub eyni adlarla xalqa sırıyır.


Məzlum və hegemonlardan ibarət iki qütbün təşkili

Kapitalizm və kommunizm qütblərinin hakimiyyət və sərvət uğrunda müharibələri bitdi. Bu gün müsəlmanların hərəkatının rəhbərlik etdiyi dünya məzlumlarından, bir də Amerikanın, NATO-nun və sionizmin rəhbərlik etdiyi hegemonlardan ibarət olan iki qütb vardır. İndi bu iki əsas düşərgə təşkil olmuşdur və üçüncü düşərgə yoxdur.


Ərəbistan yarımadasından Şimali Afrikaya qədər hamının gözü İslam oyanışına dikilmişdir!

Bu qısa vaxtı keçmişi öyrənməklə və ərəb xalqlarını alqışlamaqla keçirmək istəmirəm. Şübhəsiz, bizim hamımız və bütün dünya gözünü regiona dikmişdir, Ərəbistan yarımadasından Şimali Afrikaya qədər ərazilərdə ayağa qalxan xalqları alqışlayırıq, amma indi bu gün və sabah barədə danışmaq istəyirəm.

Ötən il bu cümə namazında hələ Hüsni Mübarəkin mübarək olmayan sayəsi altında yaşayan şərafətli Misir xalqı ilə danışdım. İndi isə yeni dövr başlamışdır, diktator mühakimə halındadır və bizim hamımız əziz Misirin və digər ərəb hərəkatlarının gələcəyinə daha ümidlə baxırıq.
İnqilablara təsir edən üç qrup

Müxtəlif yönlərdən inqilablara təsir edən qruplar hansılardır?

1. ABŞ, NATO, sionizm rejimi, onların müttəfiqləri və bəzi ərəb rejimlərindəki əlaltıları;

2. Xalqlar və gənclər;

3. İslami və qeyri-islami siyasi partiyalar və fəallar.

Bunların hər birinin mövqeyi nəcədir və hansı məqsədləri güdürlər?


1. ABŞ, NATO, sionizm rejimi, onların müttəfiqləri və bəzi ərəb rejimlərindəki əlaltıları

Birinci qrup Misirdə, Tunisdə və digər hərəkatlarda əsas uduzanlardır. Kapitalizm qütbünün və Qərbin liberal-demokratiya örnəyinin legitimliyi və indi varlığı hətta Avropa və Amerikanın özündə də süqut təhlükəsi ilə üz-üzə qalmış, Şərqin kommunist blokunun səksəninci illərdəki vəziyyətinə oxşar hala düşmüşdür. Əxlaqi və ictimai süqut, bənzərsiz iqtisadi böhranlar, İraqda, Əfqanıstanda, Livanda və Qəzzədə böyük hərbi məğlubiyyətlər, müsəlman və ərəb ölkələrindəki əlaltıları olan əksər diktatorların süqutu, yaxud zəifləməsi və xüsusən Misirin əldən çıxması, sionizm rejiminin şimaldan, qərbdən və daxildən bənzərsiz şəkildə təhlükəyə düşməsi, beynəlxalq təşkilatların asılı mahiyyətinin ifşa olunması, demokratiya və insan haqlarına dair fərqli yanaşmaları, Liviya, Misir, Bəhreyn, Yəmən və digər ölkələrə qarşı ikili standartlar zamanı paradoksal və pərişan sözləri - bunlar birinci qrupun beynəlxalq etimadını və güclü qərarlarını böhrana salmışdır. İndi xalqları ələ almağa və yatırtmağa aciz qaldıqdan sonra ən böyük məqsədləri inqilabların idarə otağını ələ keçirmək, təsirli partiyaların içinə yol tapmaq, fəsadlı rejimlərin öncəki mahiyyətini maksimum qorumaq, dayaz və formal islahatlarla kifayətlənmək, inqilab etmiş ölkələrdə öz yerli qüvvələrini bərpa etmək, inqilabları dayandırmaq, soyutmaq, irticaya sövq etmək məqsədi ilə bəzi şəxsləri və qrupları tamahlandırmaq, hədələmək və güman ki, gələcəkdə terror etməyə, yaxud satın almağa çalışmaq, xalqı məyus etmək, başlarını ikinci dərəcəli məsələlərlə və bir-biri ilə qatmaq, irqi və dini ziddiyyətləri, qəbilə, yaxud partiya təzadlarını qabartmaq, hərəkatların mahiyyətini dəyişmək üçün yayındırıcı şüarlar qoşmaq, inqilabçıların beyninə və dilinə birbaşa, yaxud dolayısı ilə nəzarət etmək, onları siyasi oyunlara çəkmək, yaxud onların arasında və onların vasitəsi ilə xalq arasında təfriqə yaratmaq, maliyyə köməkləri və digər yalan vədlərlə bəzi aparıcı şəxslərlə pərdə arxasında razılığa səy göstərmək və başqa onlarla hiylədir. Mən Tehranda keçirilən Beynəlxalq İslam Oyanışı konfransında bunun nümunələrinə işarə vurmuşam.

Bəzi asılı və mühafizəkar ərəb rejimləri də ABŞ-ın və NATO-nun yanında özlərini qorumaq üçün olsa da, var-gücləri ilə zamanı dayandırmağa, region inqilablarını geriyə qaytarmağa, yaxud xaosa sürükləməyə çalışırlar. Bu işlər üçün yeganə sərmayələri neft dollarlarıdır və onların əsas məqsədi Misir, Tunis, Yəmən, Liviya, Bəhreyn və digər ölkələrin xalqlarını məğlub etmək, sionizm rejimini qorumaq və regionda müqavimət cəbhəsinə zərbə vurmaqdır.
2. Xalqlar və gənclər

İkinci və əsas qrup xalqlardır. Xalqlar nə istəyirlər? Amerikalıların Misirdə və əksər İslam ölkələrində dəfələrlə apardıqları sorğunun nəticələri onlara həqiqəti söyləmişdir. 2003-cü ildən 2009-cu ilə qədər Misir və İordaniyadan tutmuş Türkiyə və Malayziyaya qədər xalqlarda məscidə, İslam atributlarına, o cümlədən hicaba və qadın geyiminə tamayül 40-75 faiz arasında artmış, müsəlman və ərəb ölkələrində Amerikaya nifrət orta hesabla 85 faiz yüksəlmişdir. Xüsusən 33 və 22 günlük müharibələrdə Hizbullah və HƏMAS gənclərinin qələbəsini və ABŞ-ın İraqda heç bir nailiyyət əldə etmədən iflasa uğradığını gördükdən sonra ərəb gənclərində qələbəyə və gələcəyə ümid çoxalmışdır.

Misir gəncləri arasında sevilən şəxsiyyətlər və antisionist mücahidlər olmuşdur. Sionizmə nifrət, Fələstin məsələsinə diqqət və müsəlman izzətinə rəğbət xalqların əsas səciyyələrindəndir. Son seçkilərdə Misir əhalisinin 75 faizi İslam şüarlarına səs verdi. Tunisdə də əksəriyyət eyni işi gördü. Liviyada bu faiz yüksəl olmasa da, aşağı deyil. Xalq öz deputatlarından və yeni hökumətlərindən gələcək üçün bunları istəyir. Xalq möhtərəm və azad Misir istəyir, Kemp Deyvid Misiri istəmir; yoxsul və asılı Misir istəmir; ABŞ-ın fərmanı altında və İsraillə müttəfiq olan Misiri istəmir; qapalı və ifratçı Misir, həmçinin qərbpərəst, laik və asılı Misir də istəmir. Xalqın və gənclərin əsas tələbi azad, qüdrətli, müsəlman və mütərəqqi Misirdir. Onlar müharibə istəmirlər. Misir ordusu da xalqladır. Misirin daxilində və xaricində olan bəzi şəxslər ordunu xalqla vuruşdurmaq istəyirlər. Hamı ehtiyatlı olsun. Misir ordusu İsrailin dostlarının və ABŞ-ın müdaxiləsinə dözməyəcək.

Misirdə, Tunisdə və ya Liviyada islamçılıqdan söhbət düşdükdə Mədinədə məsihi və yəhudilərdən ibarət olan zimmə əhlinə mərhəmət göstərən, onları qoruyan Allah rəsulunun (s) İslamı nəzərdə tutulur. İslamda məqsəd Allaha pərəstiş edənlər arasında dini müharibəyə, yaxud müsəlmanlar arasında məzhəb və firqə müharibəsinə dəvət deyil. Misir İslam məzhəblərinin yaxınlaşmasının mərkəzi olan Misir və Şeyx Şəltutun Misiridir. Misir, Tunis və Liviya xalqı bilsinlər ki, onların inqilabları hələ bitməmişdir. Böyük addımlar atılsa da, məsələ yeni başlanmışdır. İranda İslam inqilabının qələbəsindən sonra bizim üçün yaratdıqları, hələ davam edən və Allahın yardımı ilə hamısında məğlubiyyətləri labüd olan məsələlər şahın devrilməsindən öncəki problemlərdən yüz dəfələrlə çox idi. Gərək sayıq olub ortamüddətli və uzunmüddətli proqramlarla inqilabınızı addım-addım son mərhələsinə doğru aparasınız.

Misirin tağut rejimləri Fələstin amalına xəyanət edən və düşmənlə barışıq yolunu açan ilk ərəb hökuməti idi. Belə ki, bir ərəb rejimindən - Suriyadan başqa hamısı Fələstini satıb sionizmlə barışdılar. Misir rejimi ABŞ və İsrailin etimad etdiyi iki əsas ərəb rejimindən biri idi. Amerikanın indiki riyakar prezidenti müsəlmanlara hiylə və nifaq mesajı vermək üçün Hüsni Mubarək Misirinə səfər etdi. Lakin Misir xalqı inqilablarında öz sözlərini deyib hamını xam xəyaldan ayıltdılar.

Bu gün Misir yenidən Fələstin amalını müdafiənin birinci sırasında durmalı, xəyanətkar Kemp Deyvid müqaviləsini tapdayıb yandırmalıdır. İnqilabçı Misir daha məhvə doğru gedən sionizm rejiminin enerji və qazını yoxsul və məhrum xalqın cibindən verə bilməz.


3. Siyasi partiya və şəxsiyyətlər

Bizim üçüncü müraciət tərəfimiz Misirdə və digər ölkələrdə ayağa qalxmış siyasi partiya və şəxsiyyətlərdir. Şimali Afrikada, Misir və Tunisdən tutmuş Əlcəzairə və Mərakeşə qədər bütün ölkələrdə, xüsusən də Misirdə İslam mütəfəkkirləri və mübarizləri İslam oyanışı düşüncəsinin banilərindən, ümmətin birliyinə, izzətinə və sonra Qüdsün azadlığına çağıranlardan olmuşlar. Siz bu gün on illər boyu belə günlər və qələbələr üçün fədakarlıq göstərmiş minlərlə şəhid qanının, həbsə düşmüş, sürgün edilmiş, işgəncə görmüş on minlərlə mücahid və mübarizlərin varislərisiniz.


Qələbədən sonra yaranan iki təhlükəli amil: qürur və sadəlövhlük

Qardaş və bacılarım! Bu böyük əmanətdən ehtiyatlı olun. Qürur və sadəlövhlük ilkin qələbələrdən sonra yaranan iki təhlükəli hissdir. Siz quruluş yaratmağa, xalqın nailiyyətlərini qorumağa və hərəkatın problemlərini həll etməyə ən çox məsuliyyət daşıyan şəxslərsiniz. Dünyanın və regionun məğlub gücləri şübhəsiz, şeytani fikirlərlə yaşayırlar. Sizi sıradan çıxarmaq və intiqam almaq düşüncəsindən tutmuş aldatmaq, zəiflətmək, qorxutmaq, tamahlandırmaq, sonra inqilabları məhv etmək və Allah eləməmiş, keçmişdəkindən də pis vəziyyətə qaytarmaq haqda fikirləşirlər. Sizin qərarlarınız, mövqe və hərəkətləriniz tarixin yaddaşında qalacaq və bu dövr sizin ölkələrinizin qədr gecəsi olacaq.


ABŞ və NATO-ya inanmamaq

ABŞ və NATO-ya inanmayın. Onlar heç zaman sizin xeyrinizi və xalqınızın mənafeyini düşünmürlər. Həmçinin onlardan qorxmayın. Onlar zəifdirlər və sürətlə daha zəif olmuşlar. Onların İslam dünyasına hökmranlığı məhz bizim ötən yüz əlli ildə qorxu və cahələtimizin məhsulu olmuşdur. Onlara bel bağlamayın, onlardan söz eşitməyin, yalnız Allah-Taalaya etimad edin və yalnız öz xalqınıza inanın. Onlar İraqda məğlub oldular, oradan əliboş çıxdılar, Əfqanıstanda bir şey əldə etmədilər, Livanda Hizbullaha, Qəzzədə HƏMAS-a məğlub oldular. İndi Misir və Tunisdə xalq tərəfindən kürsüdən salınmışlar. Heç bir şey onların proqramına uyğun getməmişdir. Kommunizm bütü kimi Qərb bütü də sındı və xalqların qorxusu bitdi. Ehtiyatlı olun ki, gələcəkdə sizi qorxutmasınlar.

Onların oyunlarından ehtiyatlı olun. Həmçinin Qərbin ərəblər arasında olan əlaltı və müttəfiqlərinin neft dollarları oyunlarına girməyin. Çünki bu oyunlardan sağlam çıxış yoxdur. İsrail gedəsidir, qalası deyil və qalmayacaq. İndiki hərəkətlərdə yayınmanın başlanması, sionizm rejiminin qalmasına razılaşmaq və devrilmiş rejimlərin başlatdığı sülh və təslimçi müzakirələri davam etdirmək deməkdir.
Xalqların görkəmli şəxsiyyətlərdən istəyi: təkfirçi və laik İslamın qarşısında həqiqi İslama qayıtmaq

Xalqlarınızın ümumi istəyi İslama qayıtmaqdır. Əlbəttə, bu, keçmişə qayıtmaq demək deyil. Əgər inqilablar Allahın izni ilə sağlam qalsa, davam etsə, təxribata, yaxud dəyişikliyə uğramasa, sizin əsas məsələniz quruluş yaratmaq, qanun hazırlamaq, ölkəni və inqilabları idarə etmək olacaq. Bu, yeni əsrdə müasir İslam sivilizasiyasını yaratmaqdan ibarət olan mühüm məsələdir.

Bu böyük cihadda sizin əsas işiniz tarixi geriliyi, ölkələrinizə hakim olan avtoritorizmi, dinsizliyi, yoxsulluğu və asılılığı inşallah ən qısa zamanda düzəltmək, İslam prinsipləri ilə, demokratik üsulla, məntiq və elmlə cəmiyyət qurmaq, daxili və xarici təhdidləri bir-bir dəf etməkdir. Görün liberalizm olmadan azadlığı və ictimai hüququ, marksizm olmadan bərabərliyi və Qərb faşizmi olmadan nizam-intizamı necə bərqərar edə, qapalılığa uğramadan mütərəqqi İslam şəriətinə sadiqliyinizi necə qoruya, təcrid olunmadan necə müstəqil qala, asılı olmadan necə inkişaf edə, sekulyar və mühafizəkar olmadan necə elmi idarəçilik edə bilərsiniz.

Təriflərə yenidən baxmaq və onlarda düzəliş aparmaq lazımdır. Region inqilabları arasında prinsipial, mötədil və məntiqli İslamın güclənməməsi üçün Qərb tərəfindən sizə iki örnək - təkfirçi və laik İslam təklif olunub və ya olunacaq. Sözləri yenidən və diqqətlə tərif edin.


İdeal və qeyri-ideal demokratiya

Demokrat olmaq xalqın yanında olmaq və inqilabların prinsipləri çərçivəsində azad seçkilər keçirməkdirsə, demokrat olun. Əgər ikinci dərəcəli və təqlidçi liberal-demokratiya tələsinə düşməkdirsə, heç biriniz demokrat olmayın.


Düzgün sələfilik

Əgər sələfilik kitab və sünnədə mühafizəkarlıq, köklü dəyərlərə vəfadarlıq, xurafat və yayınmalarla mübarizə, şəriəti dirçəltmək və qərbpərəstliyin inkarı demək olsa, hamınız sələfi olun. Əgər təəssübkeşlik, qapalılıq, dinlər, yaxud İslam məzhəbləri arasında qarşıdurma kimi izah olunsa, İslam təfəkkürünün və sivilizasiyasının şərtləri olan yeniliklə, dini dözümlülüklə və məntiqiliklə uyğun olmayacaq, özü sekulyarizmin və dinsizliyin rəvacına bais olacaq.


Qərbin istədiyi İslama qarşı bədgüman olmaq

Vaşinqtonun, Londonun və Parisin istədiyi İslama - istər laik və qərbpərəst növündən, istərsə də qapalı və radikal növündən olan İslama qarşı bədgüman olun. Sionizm rejiminə dözən, lakin digər İslam məzhəblərinə qarşı rəhmsiz rəftar edən, ABŞ və NATO-ya barışıq əli uzadan, lakin daxildə qəbilə və məzhəb davalarını qızışdıran, möminlərə rəhmsiz, kafirlərə isə mehriban olan İslama güvənməyin. ABŞ və İngiltərə İslamına qarşı bədgüman olun. Onlar sizi Qərb kapitalizminin, istehlakçılığın və əxlaqi tənəzzülün məngənəsinə salacaqlar. Keçmiş onilliklərdə həm aparıcı şəxsiyyətlər, həm hökumət başçıları özlərinin Fransaya, İngiltərəyə, ABŞ-a, yaxud SSRİ-yə daha çox asılılıqları ilə fəxr edir və İslam simvollarından qaçırdılar. Bu gün isə hər şey əksinə olmuşdur.


Qərbin inqilabçı xalqlardan intiqam almağa çalışması

Bilin ki, Qərb intiqam almaq istəyəcək; iqtisadi intiqam, hərbi, siyasi və informasiya intiqamı. Əgər Misir, Tunis, Liviya və digər ölkələrin xalqları Allahın yolunu davam etdirsələr, embarqolarla təhdid olunmaları da mümkündür.


İran quruluşunun və xalqının İslam hərəkatları ilə əməkdaşlığa hazırlığı

Son söz isə İslam Respublikasının və böyük İran xalqının sizinlə həmkarlıq, sizə xidmət və qarşılıqlı əməkdaşlıq təklifidir. İran İslam İnqilabı xalqların özünəinamına, aparıcı şəxslərin xalqa güvənməsinə, tağut rejimlərinin və onların ərbablarının məğlubedilməzliyi əfsanəsinin inkarına, kommunizm və kapitalizmin qürurunun sındırılmasına, ölkənin böyük inkişaflarına, demokratiyanı qorumaqla və əsas dəyərləri müdafiə etməklə təsirli örnəklər təqdim etməyə dair yeni əsrin ən uğurlu İslam təcrübəsidir.


İran barədə həqiqət

Qardaş və bacılar! İllərdir iranlı qardaşlarınız əleyhinə sizə yalan danışmışlar. Müsəlman İran barədə həqiqət indi sizə deyəcəklərimdir:


1- İslam və müsəlmanları müdafiədə bənzərsiz müqavimət

Bizim inqilabımızın özünün otuzillik mübarizəsində qələbələri və təbii ki, zəif cəhətləri də olmuşdur. Lakin Qərbin və Şərqin ötən əsrdə müsəlmanları istismar etməsindən sonra dünyada heç bir müsəlman hərəkatı bu həddə irəliləməmiş və bütün bu maneələri dəf etməmişdi.

İnşallah bizimlə siz qardaşların arasında çoxlu müzakirələr olacaq. Kapitalizmin və beynəlxalq sionizmin mediasında İran terrorçuluqda ittiham olunur - yalnız ona görə ki, özünün Fələstində, Livanda, İraqda və digər yerlərdə olan qardaşlarını tənha qoymamış və işğalçıları rəsmən tanımamışdır. Halbuki bizim özümüz dünyada terrrorçuluğun ən böyük qurbanıyıq və bu terrorlar hələ də davam edir.

Əgər İslam inqilabı və İslam Respublikası özünün əfqanıstanlı, bosniyalı, livanlı, iraqlı və fələstinli məzlum qardaşlarını zahirdə müsəlman olan digər hökumətlər kimi yalqız qoysaydı və Fələstinə xayanət edən əksər ərəb rejimləri kimi biz də sakit durub arxadan xəncər vursaydıq, bizi heç zaman terrorçuların dayağı və müdaxiləçi adlandırmazdılar. Biz şərafəlti Qüdsün və bütün Fələstin torpaqlarının azadlığı barədə düşünürük. İran xalqının və İslam Respublikasının böyük günahı budur.


İslam inqilabına qarşı İran və Şiə imperializmi ittihamı

İran və Şiə imperializmindən danışırlar, halbuki bizim İslam inqilabını heç zaman sırf şiə, yaxud millətçi və iranlı inqilab saymadığımızı hamı bilir. Bu otuz ildə nə qədər əvəz ödəmiş və təhdid olunmuşuqsa, islamçılığa, ümmətçiliyə, məzhəblərin birliyi və yaxınlaşması, Şərqi Asiyadan tutmuş Afrikaya və Avropaya qədər bütün müsəlman qardaşların birliyi, azadlığı və izzəti şüarına görə olmuşdur.

Müsəlman İran elm, texnologiya, ictimai hüquq, ictimai ədalət, inkişaf, səhiyyə, qadın haqları, dini azlıqların hüquqları və digər sahələrdə böyük və misilsiz addımlar atmışdır. Biz öz mənfi cəhətlərimizi də bilir və Allahın köməyi ilə həll edirik.
2- Regionda müqavimət balansının pozulması

İslam Respublikasının köməyi ilə regionda müqavimət balansı dəyişdi. Qəzzədə fələstinlilərin və digər yerlərdə İslam mübarizlərinin əllərindəki daşın işğalçılara qarşı raketə çevrilməsi İslam inqilabından alınan ilham idi.


İranın məqsədi müsəlmanları şiə etmək yox, İslam ümmətini dirçəltməkdir!

İran ərəbləri iranlı, yaxud digər müsəlmanları şiə etmək istəmir. İran Quranı, Peyğəmbər (s) və Əhli-beyt (ə) sünnəsini müdafiə etmək, İslam ümmətini dirçəltmək istəyir. İslam inqilabı üçün HƏMAS və Cihad təşkilatlarının sünni mücahidlərinə kömək etmək şəriət baxımından Hizbullahın və ƏMƏL-in şiə mücahidlərinə kömək etmək qədər vacibdir və onlara qarşı eyni həddə məsuliyyət hiss edir. İran xalqı və hökuməti ucadan və qətiyyətlə elan edir ki, terroru yox, xalqların qiyamını, məzhəblərin qələbə və qarşıdurmasını yox, İslam birliyini, irqi və milli üstünlüyü yox, müsəlmanların qardaşlığını, günahsızlar əleyhinə qəddarlığı yox, İslam cihadını dəstəkləyir.

Bütün müsəlman xalqların xoşbəxtliyi üçün dua edək, bunun kənarında öz ağır vəzifəmizi anlayıb ona əməl edək. Və bilək ki: "Allah Öz işində qalibdir!"

Ey Allahın bəndələri! Təqvalı olun, zalıma qarşı mübariz düşmən, məzluma isə köməkçi olun. Bu sözü deyir, özümə və sizə Allahdan bağışlanmaq istəyirəm.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə