Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


Dördüncü söz: 17 Rəbiüləvvəl Peyğəmbərin (s) doğum günü münasibəti ilə quruluşun məsul şəxsləri ilə görüşdə çıxışı: 19 may 2003



Yüklə 0,66 Mb.
səhifə4/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   2   3   4   5   6   7   8   9   ...   12

Dördüncü söz: 17 Rəbiüləvvəl Peyğəmbərin (s) doğum günü münasibəti ilə quruluşun məsul şəxsləri ilə görüşdə çıxışı: 19 may 2003



İlahi rəhmət günəşinin doğuşu

Bəşəriyyətin xilaskarı və insaniyyət tarixi üçün ilahi hədiyyə olan əziz İslam peyğəmbəri həzrət Məhəmməd ibn Abdullahın (s) və İmam Sadiqin (ə) doğum günləri münasibəti ilə böyük İslam ümmətini, əziz İran xalqını, siz möhtərəm məclis iştirakçılarını, xüsusən də bütün müsəlman ölkələrindən burada iştirak edən möhtərəm qonaqları və həmçinin müsəlman ölkələrin buraya təşrif buyurmuş səfirlərini təbrik edirəm.

Bu təvəllüd bəşəriyyət tarixi üçün ilahi rəhmətin doğuşu idi. Quranda Peyğəmbər (s) aləmlərə rəhmət kimi tanıtdırılır. Bu rəhmət məhdud deyil, insanların tərbiyəsinə, mənəvi paklığına, təliminə, düzgün yola hidayətinə, maddi və mənəvi həyatda inkişafa da şamil olur. Həm də yalnız o dövrün insanlarına yox, bütün tarixə aiddir: "Hələ onlara qoşulmayan başqalarına da...".2 Bu sadalananlara nail olmağın yolu bəşər üçün təyin olunan İslam bilgilərinə və qanunlarına əməl etməkdir.
İslam ümmətinin əsl İslamdan yayınması

Böyük İslam ümməti uzun əsrlər boyu problem və yayınmalara düçar olmuşdur. Biz özümüzü İslamdan uzaqlaşdırıb, İslamın çəkindirdiyi işlərlə məşğul olduq, bu uzun tarixdə daxili müharibələrə getdik, tağut qüvvələri vasitəsi ilə başımız qatıldı. Nəticə bu oldu ki, İslamın ilk əsrlərindən sonra uzun əsrlər boyu böyük İslam ümməti özünü İslam Peyğəmbərinin (s) və əziz İslamın nəzərdə tutduğu məqsədə çatdıra bilmədi. Allah-Taala İslam ölkələrində çoxlu maddi sərvətlər yerləşdirsə və bu bizim inkişafımıza səbəb ola bilsə də, biz elm, sənaye və bir çox inkişaf göstəricilərində dünyanın geri qalmış yerlərindən olduq. Bunu İslam bizim üçün nəzərdə tutmamışdı. Bu, biz müsəlmanların pis əməlinin, rəftarının və qafilliyinin nəticəsi idi: "(Ey insan!) Sənə üz verən hər bir pislik özündəndir".3 Qafilliklər səbəbindən tarix boyu özünü bu vəziyyətə salan biz olduq.


İslam dünyasında İslam oyanışının başlanması

Bu gün İslam dünyasında vəziyyət dəyişmişdir. Bu gün bütün İslam dünyasında İslam oyanışı hiss olunur, İslam dünyasının hər bir yerində müxtəlif mərhələlərdə olan əzəmətli hərəkat müşahidə olunur, izzət, inkişaf və tərəqqi amili olan İslam təməllərinə və prinsiplərinə qayıdış istəyi görünür. İslam dünyasının ziyalıları, alimləri və siyasi xadimləri bu hərəkatı gücləndirməlidirlər.


İslam oyanışının İslam hökumətlərinə faydası

İslam dünyasında kimlərinsə gənclər arasındakı İslam oyanışı hərəkatının İslam hökumətlərinin zərərinə olduğunu güman etməsi səhvdir. Xeyr! İslam hökumətləri İslam oyanışı sayəsində hegemon qüvvələrin onlardan aldığı izzəti özlərinə qaytara bilərlər. Bir nümunə bizim ölkəmiz, inqilabımız və imamımızdır. Biz uzun əsrlər istibdada və tam iki əsr əcnəbilərin hömkranlığına məruz qaldıqdan sonra özümüzə gəldik. Böyük İmam başucalığını bizim xalqımıza qaytara bildi. İngilislər, ruslar və amerikalılar növbə ilə bu ölkəyə ağalıq və həqiqi hökmranlıq etdilər. Zahirən hökumətin başında olmasalar da, ölkənin hər bir işi onların əlində idi. Bizim xalqımız öz hüququndan, sərvətlərindən, izzətindən və dininin həqiqi dadından məhrum olmuşdu.

Bizim Böyük İmamımız İslama qayıdışla, İslama sarılmaqla ölkəmizdə istibdad və müstəmləkənin uzunmüddətli hökmranlığına son qoyub bizə izzət bəxş edə bildi. O bizim xalqımıza İslam kimliyi hissini qaytardı. Hiss etdilər ki, öz ayaqları üstə dura bilirlər, özləri qərar verə, seçə bilirlər, taleyüklü məsələlərdə özləri "hə", yaxud "yox" deyə bilirlər. Bizim xalqımız əsrlərlə belə bir şey dadmamışdı. Bunu İslam onlara verdi. Dünyanın hər hansı bir nöqtəsində İslam oyanışı hərəkatı güclənsə və möhkəmlənsə, o ölkənin xalqı və gəncləri İslama sarı yaxınlaşdıqlarını duysalar, kimliyin və izzətin uyğun yenilənməsi vücuda gələcək.
Hegemonizmin İslam oyanışına və İslam iqtidarına qarşı çıxması

Sözsüz ki, İslam düşmənləri bunu istəmirlər. Quran buyurur: "Həqiqətən şeytan sizin düşməninizdir, siz də onu düşmən bilin". Bu gün İslam düşmənlərinin başında şər və şeytanın təcəssüm olunduğu ABŞ durur. Bu gün İslam dünyasının əsas düşməni ABŞ-ın rəhbərlik etdiyi qlobal hegemonizmdir. Bu, bizim inqilabımızın və quruluşumuzun geniş yayılmış düşüncələrindəndir. Bunu İslam inqilabı 24 ildir fəryad çəkir, dünya xalqları və müsəlman cəmiyyətlər isə indi hiss edir və duyurlar. Fələstin hadisələri, ABŞ-ın dəstəyi ilə gecə-gündüz Fələstində baş verən faciələr xalqın gözü önündədir. İslam ümməti bu faciələr qarşısında gözünü bağlaya bilərmi?! İraqda baş verənlər dünya xalqlarının gözü önündə baş verir. İraq dünya xalqlarının, xüsusən də İslam ümmətinin gözü önündə həyata keçən tarixi və siyasi bir sınaq yeridir. Amerikalılar demokratiya və azadlıq şüarı ilə Səddam rejiminə hücum etdilər, amma bu gün İraq xalqına öz taleyini həll etməyə imkan vermirlər. Deyirlər gərək biz olaq.

Bir müsəlman xalqı və bir İslam ölkəsini özünün beynəlxalq aləmdə qəbul olunmuş bütün normal hüquqlarından məhrum edirlər. Səbəb budur ki, siz bacarmazsınız, gərək biz burada olaq və sizə demokratiya öyrədək. Hansı və necə demokratiya?! Demokratiya və insan haqları budur?! Özü də İraq xalqı arasında böyük bir qırğın törədəndən sonra!

Dedilər ki, biz kütləvi qırğın silahlarını məhv etməyə gəlmişik. İslam ümməti üçün bu sual ortaya çıxırdı ki, kimyəvi silahları, kütləvi qırğın silahlarını və cinayət vasitələrini Səddama kim vermişdir? Məgər bunları Səddama özlərindən başqa birisi verib?! İslama və inqilaba zərbə vurmaq üçün Səddamı özləri hər şeylə təmin etdilər. Həmkarlığına və köməyinə ümid olana qədər bacardıqları qədər ona yardım etdilər. Keyfiyyətini itirəndən, İslam inqilabı və İslam oyanışı ilə mübarizədə bir işə yaramadığını görəndən sonra isə belə bir səhnə qurdular.

İslam ümməti bu məsələləri görür. Bura sınaq yeridir. İslam ümməti gözlərini bağlaya bilərmi?! Bunlar təcrübədir.
İslam ümmətinin yeganə qurtuluş yolu: İslama qayıdış

Bu gün İslam dünyasının öz izzətini, varlığını və kimliyini əldə etməsi üçün yalnız bir yolu var və o da İslama qayıtmaqdır; təbii ki, həqiqi İslama, nə düşmənlərin təbliğ və əsl İslam kimi təqdim etdiyi xurafat dolu qapalı və faydasız İslama, nə də ABŞ prinsiplərinə və qərblilərin istədiyi qaydalara uyğunlaşdırılmış İslama. O da İslam deyil. Bunların hər ikisi Amerika İslamıdır. Bizim böyük imamımız qarşılıq yaradıb buyurdu: Amerika İslamı və əsl Məhəmməd (s) İslamı. Əsl və xalis İslam tövhid İslamı, İslam ümməti arasında birlik yaradan İslam, "Allah kafirlər üçün möminlərin əleyhinə bir yol qoymaz" İslamı, "İslam üstün gəlir və heç bir şey ona üstün gələ bilməz" İslamı və "Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq" deyən İslamdır. Bu İslama qayıdış İslam ümmətinin yeganə çıxış yoludur və bu mümkündür. Bu gün bu İslama doğru hərəkət İslam dünyasının şərqindən qərbinədək hər yeri sarmış və İslam düşmənlərini təşvişə salmışdır.

Hegemonizmin təbliğat kampaniyasına, ajiotajlara və göstərdikləri güclərə baxmayın, onlar İslamdan qorxurlar. Əzəmətli İslam hərəkəti onları nigaran etmişdir. Buna görə zor gücündən istifadə etməyə məcburdurlar. Zor gücü də həmişə işlərinə yaramır və çarə qılmır. Zor gücü hökumətləri məhv edə bilər, lakin əzəmətli İslam və xalq hərəkətini məhv edə bilməz. İslam ümməti oyanış halında və ayağa qalxmaqdadır. Onlar bunu anlayırlar. İslam ümmətinin gələcəyi İslamın təsvir etdiyi gələcəkdir. Biz ziyalı, din alimi, dövlət məmuru və siyasi məmur olaraq bu gələcəyi təsvir etməyə və bu inkişafı sürətləndirib asanlaşdırmağa borcluyuq.

Ümidvarıq bu şərafətli bayram İslam ümməti üçün bərəkət və bizim hamımız üçün oyanış vasitəsi olsun. Allah-Taala öz yardımlarını bizə şamil etsin və Allahın ehtiyatı olan həzrət Mehdinin (ə) nəzəri bizə şamil olsun!

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə