Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


Üçüncü söz: Əziz İslam Peyğəmbərinin (s) məbəs (peyğəmbərliyin başlanması) bayramında İran İslam Respublikasının vəzifəli və məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdə çıxışı: 25 oktyab



Yüklə 0,66 Mb.
səhifə3/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   2   3   4   5   6   7   8   9   ...   12

Üçüncü söz: Əziz İslam Peyğəmbərinin (s) məbəs (peyğəmbərliyin başlanması) bayramında İran İslam Respublikasının vəzifəli və məsul şəxsləri və İslam ölkələrinin səfirləri ilə görüşdə çıxışı: 25 oktyabr 2000



Məbəs - həqiqi bir bayram

Böyük məbəs bayramı münasibəti ilə dünyanın bütün müsəlmanlarını, Yer üzünün bütün azadlıqsevər və ədalətsevər insanlarını, şücaətli İran xalqını, möhtərəm məclis iştirakçılarını - müxtəlif sahələrin məmur və müdirlərini və müxtəlif İslam ölkələrindən olan qonaqları təbrik edirəm.

Məbəs həqiqi və böyük bir bayramdır; həm bütün dövrlərin müsəlmanları üçün bayramdır, həm də İslam haqda düzgün düşündükləri təqdirdə bütün insanlar üçün.
Peyğəmbərliyin məqsədi: insanı zülmətdən nura çıxarmaq

Həzrət Məhəmmədin (s) peyğəmbər seçilməsi bəşəriyyət qarşısında yeni yol açdı: "Sizi zülmətdən nura çıxarmaq üçün mələkləri ilə birlikdə sizə salam göndərən (mərhəmət bəxş edən) Odur"1. Bu, insanları zülmətlərdən nura çıxarmaq üçündür. Bu zülmətlər dünya miqyasında, insanların həyatında və bütün tarixdə yaranan bütün qaranlıqlara şamil olur: şirk və küfr zülmətləri, cəhalət zülmətləri, zülm, ədalətsizlik və ayrıseçkilik zülmətləri, İslam əxlaqından uzaq olmaq və əxlaq fəsadı bataqlığına bulaşmaq zülmətləri, qardaş qırğını zülmətləri, yanlış dərk zülmətləri və müxtəlif növlü qaranlıqlar. İslam insanları bu zülmətlərdən çıxarmağa çalışır. Bəşər öyrənməklə, hərəkətlə, qərarla, düzgün düşünməklə və maneələri tanımaqla tədricən bu yolu seçəcək.


Peyğəmbərin (s) sözünü dərk etmək üçün bugünkü dünyanın daha geniş imkanlara malik olması

Bu gün Peyğəmbərin (s) sözünü dərk etmək üçün dünyanın imkanları olduqca çoxdur. Elm artdıqca, İslamın sözünün uğuru da artır. Dünya güclüləri insani duyğuları əzmək və insanları istismar etmək üçün heyvani və yırtıcı üsullardan nə qədər çox istifadə etdikcə, onların bəşərə zülmü daha da aşkara çıxır, İslamın nurunu tanımaq üçün daha geniş imkan yaranır və insanlar ona daha susuzlayırlar. Biz bu gün bəşəriyyətin İslam, tövhid, mənəviyyat, ədalət və insana hörmət sözünə susuzluğunun təsirlərini hiss edirik. İnsanlar buna müştaqdırlar.


Peyğəmbərlik mesajının əməli təbliğində müsəlmanların vəzifəsi

Öz rəftarı, sözü, iradəsi və əzmkarlığı ilə bu sözü dünya xalqlarına çatdırmaq biz müsəlmanların borcudur. İslama inanclı insanlar dəyərli işlər gördükcə, İslam dünya xalqlarının gözündə daha ucalır və gözəlləşir. İslam ümmətindən zəiflik, zəbunluq, xarlıq, əskiklik və gerilik nəzərə çarpdıqda isə, bu, İslamın gözdən düşməsinə və hörmətinin azalmasına səbəb olur. Əgər bu gün İslam ümmətindən, onun hakimlərindən və aparıcı şəxslərindən tənəzzül əlaməti olan bir söz, yaxud əməl görünsə, bu, dünya xalqlarının gözündə İslamı hörmətdən salacaq. Odur ki, bu gün müsəlman siyasətçilərin, İslam alimlərinin, müsəlman ziyalıların, incəsənət xadimlərinin, yazıçı və ədəbiyyatçıların vəzifəsi olduqca ağırdır; öz ətraf mühitlərinə təsir göstərə bilən insanların vəzifəsi olduqca ağırdır. Bu gün elə bir gündür ki, dünyanın, məzlum insaniyyətin və çaşqın insanların qarşısında İslamın sözünü ucaldıb demək olar: Sizin xilas yolunuz budur, bunlar həqiqətdir.


Keçmiş zəiflikdən sonra Fələstinin bugünkü oyanışı

Bu gün İslam ümməti üçün bayram günüdür. Lakin bizim builki Məbəs bayramımız təəssüf ki, Fələstin məzlumlarının qanı ilə rəngləndi. Fələstin hadisəsi böyük hadisədir. Yarım əsrdən çoxdur ki, İslam dünyası bu əzəmətli hadisə ilə qarşı-qarşıya qalıb. Bu on illər ərzində elə dönəmlər oldu ki, İslam dünyasının vəzifəli şəxsləri və qərar verə bilən insanlar onda yaxşı qərar versəydilər, bəlkə də bu problem ya aradan qalxardı, ya da ən azı aradan qaldırması daha asan olardı. Bu uzun illər boyu çoxlu səhlənkarlıqlar edilmişdir. Bu gün həmin təyinedici dönəmlərdən biridir. Bu gün elə dövrlərdəndir ki, Fələstin xalqının taleyi İslam dünyasının istədiyinə yaxınlaşa bilər. Nə üçün? Çünki Fələstində bir nəsil oyanmışdır. Bir partiyanı, bir qrupu meydandan çıxarmaq olar. Bir qədər insanı cihadlarına, yaxud qorxmazlıqlarına peşman etmək olar. Amma yetişməkdə olan bir nəsli heç bir şeyin bahasına inandığı və üz tutduğu yoldan daşındırmaq olmaz. Bu gün vəziyyət belədir. Bu gün Fələstin məsələsinin yükünü çiyninə almış bu nəsil oyanmış və həqiqəti dərk etmişdir.


Düşmənlərin Fələstin xalqını məhv etməyə dair səylərinin uğursuzluğu

Həqiqət nədir? Həqiqət budur ki, dünya gücləri, siyasətçi və sərvətlilər bir zaman kəsiyində bir xalqı yer üzündən məhv etməyə və bir ölkəni coğrafi xəritədən çıxarmağa qərar verdilər və bunu bacardıqlarını güman etdilər; bəzilərini öldürdülər, bəzilərini qovdular, bəzilərini əzdilər, elə bildilər məsələ bitdi. Halbuki bir xalqı - özü də Fələstin xalqı kimi parlaq keçmişli, zəngin və dərin İslam mədəniyyətinə malik olan, arasında parlaq istedadların mövcud olduğu bir xalqı (fələstinlilər dəyərli xalqdırlar, onların arasında istedadlı insanlar və böyük şəxsiyyətlər az deyil) dünya güclərinin - İngiltərənin, ABŞ-ın, sionistlərin, filan kompaniya sahibinin və filan qüdrətli beynəlxalq təşkilatın məhv etmək istəməsi mümkün deyil; necə ki, olmadı.

Onlar Fələstin xalqının və Fələstin ölkəsinin bitdiyini güman etməkdə səhvə yol verdilər. Fələstin yaşayır, Fələstin xalqı yaşayır. Fələstin xalqının varlığının yanında böyük bir işğal da mövcuddur. Dünyanın müxtəlif yerlərindən bir dəstəni toplayıb qondarma və yalançı bir xalq yaradıb, ona ad qoyub və onu güc vasitələri ilə təmin ediblər.
Birinci addım: Dərk

Bu məsələ bu gün Fələstin xalqının reallığının yanında özünü göstərir. Bu həqiqəti Fələstin nəsli bu gün bütün vücudu ilə dərk edir. Birinci addım dərkdir. Bu dərki əldə etmiş və anlamışlar ki, qondarma varlıq bütün beynəlxalq hamilərinə rəğmən, məğlubedilməz deyil. Düzgün də anlamışlar. Odur ki, meydana atılmışlar.


Fələstinin azadlığına gedən yolu qısaltmaq üçün müsəlman hökumətlərin və xalqların vəzifəsi

Bu gün bütün İslam hökumətlərinin və bütün İslam xalqlarının vəzifəsi budur ki, bacardıqları qədər bunlara kömək etsinlər. Mən iddia etmirəm ki, Fələstin məsələsi qısa müddət ərzində bitəcək. Lakin iddia edirəm ki, heç şübhəsiz, Fələstin fələstinlilərə qayıdacaq. Zamanın qısa, yaxud uzun olması mümkündür. Ödənilən qiymətin ağır, yaxud daha ağır olması mümkündür. Amma bu hadisə baş verəcək.

Təsirli olan İslam ölkələrinin biz məmurlarının və biz müsəlman xalqların əməlidir. Əgər yaxşı əməl etsək, uyğun zaman qısalacaq və qiymət azalacaq. Əgər biz pis əməl etsək, bu zaman uzanacaq, qiymət ağırlaşacaq və onun bədəli təkcə Fələstin xalqının yox, bütün İslam dünyasının üzərinə düşəcək. Səhlənkarlıq edən şəxslər, zalıma kömək edən şəxslər özləri bu işin bədəlini ödəyəcəklər. Onların özləri bunun ziyanını çəkəcək və acısını dadacaqlar. Bu gün bütün müsəlmanların üzərinə vəzifə düşür.
Hərtərəfli dəstəklərin zəruriliyi

Bu vəzifə nədir? Bu vəzifə yardımdan ibarətdir. Yardım necə olmalıdır? Bunun müxtəlif formaları var; siyasi yardımlar, maddi yardımlar, beynəlxalq yardımlar. Onlara müxtəlif növlü yardımlar etmək olar. Buna İslam dünyasının yüksək orqanlarında qərar verilməlidir. Buna İslam dünyasının hökumət başçıları qərar verməlidirlər. Əgər onlar qərar verməsələr, o zaman müsəlman xalqlar vəzifənin birbaşa özlərinə yönəldiyini hiss edəcəklər.


ABŞ-ın İsrailin cinayətlərinə şərik olması

Şübhəsiz, sionizm rejimi bu cinayətlərdə yalqız deyil. Şübhəsiz, onun cinayətlərinin şəriki Amerika Birləşmiş Ştatlarıdır. Bu gün kim o zalıma kömək etsə, onun cinayətinə şərik olur. Bu gün bunun təsirinin görünməməsi mümkündür, lakin xalqların və tarixin yaddaşından silinməyəcək.


İran xalqı və hökuməti - Fələstinə dəstəyin öncülləri

Bizim əziz xalqımız Fələstin məsələsini bütün varlığı ilə dərk etmiş, İslam dünyasına olunan zülmü duymuş, bu sahədə üzərinə düşən vəzifəni anlamışdır. İslam Respublikası hökuməti həmişə bu sahədə qabaqcıl olmuş, üzərində vəzifə duymuş və bacardığını etmişdir. Şübhəsiz, bunun böyük nəticələri olacaq. Biz ümidvarıq və əlamətlərini də görürük ki, tədricən İslam dövlətləri bəzi həqiqətləri daha artıq dərk edir. Bəziləri məsələnin mahiyyətinə yaxınlaşır və yollarını İslam ümmətinin vəzifəsinə sarı yönəldirlər.

Ümidvarıq ki, Allah müsəlman ölkələrin bu gün laqeyd qalması mümkün olmayan bu böyük və aktual məsələ qarşısında məsuliyyət hiss edən bütün məmurlarına və bütün müsəlman xalqlara uğur versin! Allah bizim hamımızı bu yola yönəltsin, bu yolda bizə yardım etsin və İslam dünyasının problemi olan Fələstin xalqının problemini Özünün sonsuz qüdrəti və izzəti ilə son həllinə yaxınlaşdırsın!

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə