BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə61/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   54   55   56   57   58   59   60   61   62

AYƏ 167-169:


﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ اللّهِ قَدْ ضَلُّواْ ضَلاَلاً بَعِيدًا. إِنَّ الَّذِينَ كَفَرُواْ وَظَلَمُواْ لَمْ يَكُنِ اللّهُ لِيَغْفِرَ لَهُمْ وَلاَ لِيَهْدِيَهُمْ طَرِيقا. إِلاَّ طَرِيقَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا وَكَانَ ذَلِكَ عَلَى اللّهِ يَسِيرًا ً ﴾

TƏRCÜMƏ:


167. «Həqiqətən kafir olub (başqalarını) Allahın yolundan saxlamış kəslər, şübhəsiz, uzun-uzadı bir azğınlığa düşüblər

168. «Həqiqətən Allah kafir olub (özlərinə başqalarına) zülm etmiş kəsləri bağışlayan (doğru) bir yola hidayət edən deyildir

169. «Yalnız Cəhənnəm yoluna (hidayət edər) ki, orada həmişəlik olaraq əbədi qalarlar. Bu (saysız-hesabsız insana sonu bilinməyən bir müddət ərzində məhdudiyyəti olmayan bir əzab vermək) Allah üçün asandır

TƏFSİR:


Birinci ayədə qeyd olunan «zəlalin bəid» kəlməsi kafirlərin qat-qat azğınlıqlarını göstərir. Küfr bir növ haqq yoldan azmaq və başqalarının imana gəlməsinə mane olmaqdır. Küfr edə-edə özünü haqq hesab etmək isə daha üstün bir azğınlıqdır. Küfr insanın özünə zülm etməsi, başqalarının haqqa yönəlməsinə mane olmaq isə bütün tarixə və insan nəsillərinə zülm etməkdir.

Bəlkə də 168-ci ayədə qeyd olunan «zülm» kəlməsindən məqsəd başqalarının hidayət olunmasına mane olmaqdır. Çünki ideoloji, mədəni və etiqadi baxımdan olunan zülmdən də yüksək bir zülm ola bilməz.

Ən kəskin təbirlə bəyan olunan böyük əzab vədələri cürbəcür təbliğatlar, töhmətlər və təhqirlərlə haqq sözün haqqı axtaranların qulağına çatmasına mane olan kafirlərə verilmişdir (bağışlanmamaq, hidayətə nail olmamaq, cəhənnəm əhli olmaq və orada əbədi qalmaq) və bunlar onların çirkin əməllərinin nəticəsidir.

AYƏ 170:


﴿ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءكُمُ الرَّسُولُ بِالْحَقِّ مِن رَّبِّكُمْ فَآمِنُواْ خَيْرًا لَّكُمْ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالأَرْضِ وَكَانَ اللّهُ عَلِيمًا حَكِيمًا ﴾

TƏRCÜMƏ:


«Ey insanlar, həqiqətən Bizim elçimiz sizə Rəbbiniz tərəfindən haqq (din kitab)ı gətirmişdir. Buna görə iman gətirin ki, (bu) sizin xeyrinizədir. Əgər kafir olsanız, onda (bilin ki, Allahın sizə ehtiyacı yoxdur, çünki) həqiqətən göylər yer Allahın həqiqi mülküdür Allah həmişə bilən hikmət sahibidir

TƏFSİR:

İSLAM ÜMUMDÜNYA SƏVİYYƏSİNDƏ DƏVƏT EDİR.


Peyğəmbərlərin dəvət silahı və onların dəvətinin genişlənib yayılmasının amili təhdid etmək, tamahlandırmaq, rüşvət vermək deyil, onların məramlarının haqq olmasıdır. Kitab əhli, hətta müşriklər belə, bir peyğəmbərin gəlişini gözləyirdilər, onların bu barədə əvvəlcədən müəyyən qədər məlumatları vardı. İndi həmin peyğəmbər gəldikdən sonra ona iman gətirməli və bilməli idilər ki, iman gətirmək onların öz xeyrinədir, iman gətirməklə İslama minnət qoymamalıdırlar. Allah onlara minnət qoyaraq düz yola hidayət etmişdir.

Nə insanların kafir olması Allaha ziyan çatdırar, nə də iman gətirmələri Ona bir xeyir verər. Allah insanların səadət və xoşbəxtliyini peyğəmbərlərə itaət etməkdə, onların yolunu getməkdə qərar vermişdir və Onun hikməti insanların hidayəti üçün peyğəmbərlər göndərməyi zəruri edir.


AYƏ 171:


﴿يَا أَهْلَ الْكِتَابِ لاَ تَغْلُواْ فِي دِينِكُمْ وَلاَ تَقُولُواْ عَلَى اللّهِ إِلاَّ الْحَقِّ إِنَّمَا الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ رَسُولُ اللّهِ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِّنْهُ فَآمِنُواْ بِاللّهِ وَرُسُلِهِ وَلاَ تَقُولُواْ ثَلاَثَةٌ انتَهُواْ خَيْرًا لَّكُمْ إِنَّمَا اللّهُ إِلَـهٌ وَاحِدٌ سُبْحَانَهُ أَن يَكُونَ لَهُ وَلَدٌ لَّهُ مَا فِي السَّمَاوَات وَمَا فِي الأَرْضِ وَكَفَى بِاللّهِ وَكِيلاً﴾

TƏRCÜMƏ:


«Ey kitab əhli (ey xaçpərəstlər), öz dininizdə həddi aşmayın Allaha qarşı haqq həqiqətdən başqa bir şey deməyin (“Allah allahlıqdan İsanın vücuduna çevrilmişdir yaAllah ruh kimi İsanın bədəninə daxil olmuşdurdeməyin). Həqiqətdə Məryəm oğlu İsa Məsih Allahın elçisi, Məryəmə təlqin etdiyi bir kəlmə (“ol!” kəlməsi ilə onu Məryəmin bətnində yaradıb) Onun tərəfindən olan ( canlara həyat bəxş edən) bir ruhdur. Odur ki, Allaha Onun peyğəmbərlərinə iman gətirin “(Allah) üçlükdür (Allahın zatının cövhəri üç mövcudaata, oğul Ruhul-Qudusa bölünüb)” deməyin. (Bu sözdən) çəkinin ki, sizin xeyrinizədir. Həqiqətən Allah tək olan tanrıdır, övladı olmaqdan pak ( uzaq)dır. Göylərdə yerdə olanlar Onun həqiqi mülküdür. Allah (varlıq aləminin işlərini) düzəltmək üçün kifayətdir

TƏFSİR:

PUÇ VƏ XURAFATÇI ÜÇ ÜQNUM ƏQİDƏSİ


Bu və bundan sonrakı ayədə kitab əhli və kafirlər barəsində aparılan bəhslərə uyğun olaraq məsihiyyət aləminin ən mühüm əqidə azğınlığından olan təslis (üç üqnuma inam) məsələsinə işarə edilir, qısa, dolğun və kəsərli bir məntiqlə onları bu böyük azğınlıqdan çəkindirir.

Əvvəlcə onlara xəbərdarlıq edilir və buyurulur ki, ey kitab əhli, öz dininizdə həddi aşıb ifrata yol verməyin, Allah barəsində haqdan başqa bir şey deməyin.

İlahi rəhbərlər barəsində həddi aşıb onların ilahiləşdirilməsi səmavi dinlərdə inhirafın ən mühüm mənşələrindən biri olmuşdur. Məhz buna görə də İslam ifratçılar barəsində çox şiddətli tədbirlər görmüşdür. Əqidəvi və fiqhi kitablarda ifrata varanlar ən pis kafirlər kimi təqdim edilmişdir.

Bu ayədə təslisin və Həzrət Məsihin (ə) ilahiləşdirilməsinin batil olması bir neçə möhkəm dəlillə bəyan edilir:

1. İsa (ə) yalnız Məryəmin övladı idi.

Bu təbir göstərir ki, Həzrət Məsih başqa insanlar kimi əvvəlcə ana bətnində qərarlaşmış, sonra rüşeym dövrünü keçirmiş, adi insanlar kimi doğulmuş, anasından süd əmmiş, ana ağuşunda böyüyüb boya-başa çatmışdır. Bir sözlə, digər insanlarda olan bütün sifətlər onda da olmuşdur. Bu halda təbiətdəki qanunların təsir dairəsində qərarlaşan, maddi aləmin dəyişikliklərinə düçar olan bir şəxsin əzəli və əbədi bir Allah olması necə mümkün ola bilər?



2. İsa (ə) Allahın göndərdiyi (rəsulullah) idi. Bu da onun ilahiləşdirilməsi məqamı ilə uyğun gəlmir.

3. İsa (ə), Allahın Məryəmə təlqin etdiyi kəlməsi idi.

Bu təbirin də gətirilməsinin səbəbi Həzrət Məsihin (ə) məxluq və yardılmış varlıq olduğunu bəyan etməkdir. Sözlər və kəlmələr bizim tərəfimizdən icad edilən məxluq olduğu kimi, yaradılış aləmində olan varlıqlar da Allahın məxluqu sayılır.

4. İsa (ə) Allah tərəfindən xəlq edilən bir ruhdur.

Quranda Həzrət Adəmin (ə), eləcə də tam və birmənalı şəkildə bütün bəşər övladının yaradılışı barəsində qeyd edilən bu təbir Allahın yaratdığı bütün insanların, xüsusilə Həzrət Məsihin (ə) və digər peyğəmbərlərin vücudunda olan ruhun əzəmətinə işarə edir.

Bu bəyanın ardınca buyurulur: İndi ki belədir, yeganə Allaha və Onun Peyğəmbərinə iman gətirin, «Allah üçdür» deməyin. Əgər bu sözdən əl çəksəniz, sizin xeyrinizədir.

Bir daha təkidlə buyurulur ki, yalnız Allah yeganə məbuddur. Yəni siz üçlüklə eyni zamanda Allahın yeganə olduğunu da qəbul edirsiniz, halbuki, əgər övladı olsaydı Ona oxşar olacaq və bu halda yeganə olmağın mənası olmayacaqdı. Allahın övlad sahibi olması necə mümkün ola bilər? Halbuki O, həyat yoldaşına və övlada ehtiyacdan, ümumiyyətlə cism olmaq və cismə məxsus olan xüsusiyyətlər kimi bütün ehtiyaclardan uzaqdır. Bundan əlavə, O, asimanlarda və yerdə olanların malikidir, hamısı Onun məxluqudur. Allah onların xaliqidir, Həzrət Məsih (ə) də Allahın məxluqlarından biridir.

Onun üçün istisna olduğunu necə qəbul etmək olar? Görəsən, başqasının mülkiyyəti və məxluqu olan bir şəxs həmin malikin və xaliqin övladı ola bilərmi? Allah təkcə onların xaliqi və maliki deyil, həm də onların müdəbbiri, hafizi, ruzi verəni və başçısıdır. Onlara başçılıq edib tədbir etməkdə Allah Özü kifayətdir!

Ümumiyyətlə, əzəli və əbədi olan, əzəldən əbədiyyətə qədər bütün varlıqların rəhbərliyi və himayəsini Öz öhdəsinə alan Allahın övlada nə ehtiyacı var? Məgər O bizim kimidirmi ki, Öz «ölümündən» sonra övladının özünə canişin olmasına ehtiyac duysun?



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə