Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə20/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

VƏHHABİLİK (3)

ƏQİDƏLƏR(2)




1. İlahi övliyalara təvəssül etmək tövhid əqidəsi ilə uyğun gəlirmi?

2. Təvəssül barəsində vəhhabilərin nəzəri necədir?


2. TƏVƏSSÜL


Vəhhabilər şəfaət məsələsi ilə yanaşı Peyğəmbər və övliyalara təvəssül etməyə də irad tutaraq iddia edirlər ki, bu əməl bid᾿ət və şirkdir. Vəhhabilər bu əqidələrini aşağıdakı kimi əsaslandırırlar:

Əvvəla: Əgər təvəssül məsələsi qanuni və düzgün olsaydı, Allah-taala onu bəyan edər və camaatı bu işə rəğbətləndirərdi. Caiz olduğu halda Allahın belə bir mühüm işi bəyan etməməsi yolverilməzdir; deməli, belə bir iş şər᾿i nöqteyi-nəzərdən caiz deyildir.

İkincisi: Allah-taala Qur᾿ani-kərimdə1 müşriklərin əməllərinə irad tutub buyurur ki, onlar heç bir ziyan və faydaya malik olmayan bütlərə təvəssül etmişlər; belə dualar onları heç bir yerə çatdırmaz. Çünki onlar Allaha doğru gedən yolu itirmişlər.

Üçüncüsü: Əgər vasitə qərar vermək zərərin dəf edilməsi və ya mənfəət əldə edilməsi üçün olarsa, məsələn Peyğəmbəri (s) və ya övliyanı ruzi qazanmaqda vasitə qərar versələr, bu özü ən böyük şirkdir.2 Yuxarıda qeyd olunan mətləblərdən belə bir nəticə alınır ki, Allah-taala peyğəmbərlərə və övliyalara təvəssül etməklə əlaqədar heç bir söz buyurmadığından, vəhhabilər bu əməli bid᾿ət hesab edirlər. Çünki müşriklər başqalarını və bütləri Allaha pərəstiş etməkdə və ilahi fe᾿llərdə vasitə qərar verdikləri üçün şirk sayılmışdı. Bu barədə vəhhabilərin digər bir nəzəri də budur ki, təvəssül olunan ilahi övliyaların və peyğəmbərlərin hamısı dünyadan getdiklərinə görə, onların heç biri tə᾿sir mənşəyi ola bilməz. Onlar bu barədə «Fatir» surəsinin 14-cü ayəsinə istinad edirlər. Belə ki, Allah-taala buyurur:

«Allahın yerinə çağırdığınız şəxslər heç bir şeyə malik deyillər. Əgər onları çağırsanız sizin duanızı eşitməzlər, əgər eşitsələr də sizin istəklərinizi həyata keçirə bilməzlər. Onlar qiyamət günündə sizin şirkinizdən bizarlıq edəcəklər. Alim Allah qədər heç kəs səni həqiqətdən agah etməz.»3


TƏNQİD VƏ ARAŞDIRMALAR


Vəhhabilərin nəzəriyyəsini araşdırarkən üç əsas mehvərdə bəhs aparmaq olar:

Birincisi: Görəsən şəriətdə (kitab və sünnədə) təvəssül məsələsi mövcuddurmu?

İkincisi: Peyğəmbərə (s) və övliyalara təvəssül etmək müşriklərin əməli ilə eynidirmi?

Üçüncüsü: Övliya və peyğəmbərlər vəfatlarından sonra tə᾿sir mənşəyi ola bilməzlərmi?

Bu üç mehvər ətrafında bəhsə başlamazdan əvvəl təvəssülün mahiyyət və tə᾿rifi ilə tanış olmalıyıq.


TƏVƏSSÜLÜN TƏ᾿RİFİ


«Təvəssül» müəyyən bir hədəfə çatmaq üçün bir şeyi vasitə seçmək mə᾿nasınadır. Məsələn, ərəb dilində «Təvəssələ iləllahi bi əməlin» (yə᾿ni, «bir nəfər müəyyən bir iş vasitəsi ilə Allah dərgahına yaxınlaşdı») deyilər. Buna əsasən əgər insan hər hansı bir məqsəd və hədəfə çatmaq üçün bir şeyi və ya şəxsi vasitə qərar versə, «hədəf və məqsədə çatmaq üçün o şəxsə, yaxud o şeyə təvəssül etdi» deyilər.

Buradan aydın olur ki, həm insan, həm də sair canlı varlıqlar öz hədəflərinə çatmaq üçün daim müəyyən şəxslərə və yaxud əşyalara təvəssül edirlər.

İnsan gündəlik həyatında aclığını dəf etmək üçün qidaya, susuzluğunu dəf etmək üçün suya, xəstəliyini dəf etmək üçün həkimə, dərmana və ya müalicəyə ehtiyaclı olur; bunların vasitəsi ilə öz məqsədinə nail olmağa çalışır. Bu kimi minlərlə nümunə göstərmək olar ki, insanın və sair canlıların həyatını onlarsız təsəvvür etmək mümkün deyildir. Deməli, həyatda hər hansı bir səbəbin vasitə qərar verilməsini şirk hesab etmək olmaz. Amma, əgər səbəb və vasitələrin müstəqil təsir qüvvəsinə malik olduğuna inansaq, təbiidir ki, şirkə düçar olmuş olacağıq. Amma Allah-taalanın bu kimi vasitələrə tə᾿sir bəxş etdiyinə və onların insanın ehtiyaclarını tə᾿min etmək üçün sadəcə bir şey olduğuna inansaq, onda bunun şirk olmasını necə iddia etmək olar?! Allah-taala təkvin aləmində bizim üçün müəyyən vasitələr müəyyən etmiş və insanı fitri və təkvini olaraq, öz hədəf və məqsədlərinə çatmaq üçün vasitə seçmək məcburiyyətində qoymuşdur. Peyğəmbərlərə və övliyalara təvəssül etmək bəhsində də yalnız Allah-taalanın bu böyük şəxsiyyətləri, yaxud onların müqəddəs ruhlarını vasitə qərar verib-vermədiyini araşdırmaq lazımdır. Çünki, həyatda insanın vasitələrdən faydalanmaq məsələsinin qaçılmaz bir iş olduğunu kimsə inkar edə bilməz. Burada mübahisə mbvzusu xüsusi olaraq, müəyyən şəxslərə təvəssül etməyin düzgün olub-olmamasındadır. İndi isə yuxarıda qeyd olunan üç mehvəri araşdırırıq:

Birinci mehvər: Allah-taala «Maidə» surəsinin 35-ci ayəsində bəndələri Öz dərgahına yaxınlaşmaq üçün vəsilə (vasitə) seçməyə rəğbətlənidirir və onları bu işə də᾿vət edərək buyurur:

«Ey iman gətirənlər! İlahi təqvaya malik olun və Ona çatmaq yolunda vəsilə seçin. Allah yolunda çalışın, bəlkə nicat tapasınız».

Bununla da təvəssülün, Allah dərgahına qovuşmaq üçün vasitə qərar verməyin düzgün bir iş olmasında heç bir şəkk-şübhə yeri qalmır.


İBADƏTLƏR VƏ SALEH ƏMƏLLƏR


Təqva və pərhizkarlıq Allah dərgahına yaxınlaşmaq vasitələrindən biridir. Amma peyğəmbərlər və ilahi övliyalara təvəssül etmək barədə Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan çoxlu rəvayətlərdə o Həzrət (s) səhabələri sair peyğəmbərlərə və saleh insanlara təvəssül etməyə də də᾿vət edir. Aşağıdakı iki rəvayət bu mövzunun şahididir:

1. Osman ibni Hüneyf bir neçə vasitə ilə belə rəvayət edir ki, bir nəfər kor kişi Peyğəmbərin (s) yanına gəlib ondan özü üçün dua etməsini və Allahdan ona sağlamlıq bəxş etməsini istədi. Peyğəmbər (s) cavabında buyurdu: «Sənin sağalmağın üçün dua edərəm, amma səbr etsən daha yaxşı olar». Həmin kişi o həzrətdən dua etməsini istədi.

Peyğəmbər (s) ona buyurdu: Dəstəmaz al, dəstəmaz alarkən onun düzgün yerinə yetirilməsinə diqqət yetir; sonra iki rəkət namaz qıl və namazdan sonra belə dua et:

«Pərvərdigara! Mən Səndən istəyirəm və rəhmət elçisi olan Məhəmməd Peyğəmbərin vasitəsi ilə Sənin dərgahına üz tuturam. Ey Məhəmməd, mən sənin vasitənlə Pərvərdigarıma üz tutaraq hacətimə nail olmaq istəyirəm. Pərvərdigara, onun mənim barəmdə olan şəfaətini qəbul et».

Ravi sözünün davamında deyir: «Allaha and olsun, çox çəkmədi ki, bu kişi bizim yanımıza gəldi, artıq onda korluqdan əsər-əlamət qalmamışdı».

Bu hədis hacətlərin rəva olunması üçün Peyğəmbərə (s) təvəssül etməyin düzgün bir iş olmasına dəlalət edir və sənəd baxımından da hədisşünasların əksəriyyəti tərəfindən qəbul olunub.

O cümlədən İbni Macə özünün «Sünən» kitabında1 onu nəql etmiş və Əbu İshaqdan onun düzgünlüyünə şahid gətirmişdir. Həmçinin Termezi «Əbvabul-əd᾿iyyə» kitabında Əhməd ibni Hənbəldən,2 Hakim «Müstədrək» kitabının 1-ci cildində, Süyuti «Əl-camius-səğir» kitabında bunu rəvayət etmiş və hamısı hədisin düzgün olduğunu təsdiq etmişlər.

2. Səhabələrdən bə᾿ziləri, o cümlədən Cabir ibni Əbdüllah, İbni Abbas, Ənəs ibni Malik rəvayət etmişlər ki, Fatimə binti Əsəd vəfat edərkən Peyğəmbər (s) onun dəfn mərasimində hazır olub buyurdu: «Ey ana! Anamdan sonra Allah sənə rəhmət etsin.» Sonra o Həzrət (s) Əbu Əyyubu, Üsaməni, Ömər ibni Xəttabı və bir qulamı çağırdı ki, qəbri hazırlasınlar. Ləhədə çatanda Peyğəmbər (s) öz əlləri ilə onu qazıb torpaqları çölə tökdü və qəbirdə bir az yatıb sonra buyurdu: «Allah O kəsdir ki, dirildir, öldürür; O, diridir və heç vaxt ölməz. (Pərvərdigara) peyğəmbərinin və məndən qabaq olan peyğəmbərlərin xatirinə, Anam Fatimə Əsəd qızını bağışla, onun yerini genişləndir.»

Bu rəvayəti Təbərani, Hakim, İbni Həyyan, İbni Əbi Şeybə və sairləri nəql edərək, onun səhih olduğunu təsdiq etmişlər. Bu barədə başqa rəvayətlər də qeyd olunur. Xülasə şəkildə demək olar ki, şəriət nöqteyi-nəzərindən Peyğəmbərə (s), salehlərə və peyğəmbərlərə təvəssül etməyin caiz bir iş olmasında heç bir şəkk-şübhə ola bilməz və mötəbər mənbələrdə bunu təsdiq etmək üçün kifayət qədər dəlil və sübut vardır. Ona görə də bunu bid᾿ət hesab etmək olmaz.

İkinci mehvər:

Vəhhabilər peyğəmbərlərə, ilahi övliyalara təvəssül etməyi müşriklərin bə᾿zi şəxsləri, yaxud bütləri Allaha pərəstiş etməkdə vasitə qərar vermələrinə oxşatmışlar. Bu barədə keçən dərsdə qısa da olsa söhbət olundu. Bütpərəstlərin iradı bundadır ki, onlar Allaha qovuşmaq üçün bütə pərəstiş edir, yaxud da Allahdan başqasını çağırırlar. Halbuki, təvəssüldə vasitəyə pərəstiş olunmur, vasitənin müstəqil təsir qüvvəsinə malik olması nəzərdə tutulmur. Sadəcə olaraq, burada Allah yanında uca məqama malik olan müqəddəs bir şəxs vasitəçi rolunu oynayır.



Üçüncü mehvər:

Peyğəmbərlərə və ilahi övliyalara təvəssül etmək həqiqətdə onların yüksək məqamlı ruhlarına təvəssül etməkdir, çünki, vəfat edib maddi dünyanı tərk etməklə ruh aradan getmir. İslamın aşkar və danılmaz e᾿tiqadına əsasən, insan ölməklə ruhu ölmür, həmişə diridir və buna görə də mələklər ona xitab edir, Nəkir və Münkərin suallarına cavab verir. Bu barədə bir çox Qur᾿an ayələrini qeyd etmək olar. O cümlədən «Qaf» 22, «İsra» 14, «Məryəm» 62, «İnfitar» 13, «İbrahim» 16 və 27, «Ğafir» 46, «Ə᾿raf» 44, «Ənkəbut» 64, «Fəcr» 24, «Bəqərə» 155, «Ali-İmran» 170-171, «Fəcr» 27-30, «Mu᾿minun» 99, «Yasin» 26-27 və sair. Buna əsasən övliyalara təvəssül etməkdə onların dünyəvi həyatları ilə ölümləri arasında heç bir fərq yoxdur.


SUALLAR VƏ TAPŞIRIQLAR


1. Vəhhabilər «İsra» surəsinin 56-57-ci ayələrindən təvəssül etməyin caiz olmadığını necə isbat edirlər?

2. Vəhhabilərin dünyadan gedən peyğəmbər və ilahi övliyaların tə᾿sir mənşəyi olmaması ilə əlaqədar dəlilləri nədir?

3. Təvəssülün tə᾿rifini deyin.

4.  Qur᾿anda bu barədə ayələr vardırmı?

5. Təvəssül barəsində gəlib çatan rəvayətlərin məcmusundan necə nəticə alınır?

6. Dünyadan köçən ilahi övliyalara təvəssül etmək mümkündürmü?


İYİRMİ İKİNCİ DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə