Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə133/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   129   130   131   132   133   134   135   136   137

409

QEYDLƏR


maraqlarının müdafiəçisi adlandırırdı. Hücuma keçən və 1918-ci ilin sent-

yabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların 

hərbi hissələri qarşısında cəbhəni tərk etmiş, əsgərlərini başsız qoyaraq 

İrana qaçmışdır. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Ermənis-

tana qayıtmış, Nor Bəyazid regionunda Ermənistan ordusunun komandi-

ri təyin olunmuşdur. Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra 

həbs edilmiş, 1921-ci ilin fevralında Yerevan həbsxanasında erməni kom-

munistlər tərəfindən öldürülmüşdür.

112

Rus-Asiya Bankı – Bakı şöbəsi 1910-cu ildə açılmışdır, idarə heyəti 



Peterburqda yerləşirdi. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 9 iyun 

tarixli dekreti ilə ləğv edilmişdir. Bankın 1903-1905-ci illərdə tikilmiş bina-

sı Qorçakovskaya küçəsi, 3 ünvanda (Hacı Zeynalabdin Tağıyev) yerləşirdi. 

Hazırda həmin binada Azərbaycan Beynəlxalq Bankının Mərkəzi şöbəsi 

yerləşir. 

113


Diktatura dövrü - 1918-ci il avqust ayının 1-də, Bakıda Sovet hakimiy-

yətinin süqutundan sonra yaradılmış “Sentrokaspi Diktaturası” – “Mərkəzi 

Xəzər və Sovetlərin Müvəqqəti İcraiyyə Komitəsinin Diktaturası” adlanan 

hökumətin hakimiyyətdə olduğu vaxt – 1918 ci il, 1 avqust - 15 sentyabr – 

nəzərdə tutulur. Partiya mənsubiyyətinə görə bu hökumət daşnaklar, sağ 

eser və menşeviklərdən, milli mənsubiyyətinə görə erməni və ruslardan 

ibarət idi. Hərbi qüvvələrini, əsasən Bakı Kommunası dövründə formalaş-

mış erməni-daşnak dəstələri təşkil edirdi. Bakının müsəlman əhalisinə 

qarşı son dərəcə kəskin münasibət tutmuş, bu dövr erməni özbaşınalıqla-

rı, müsadirə adı ilə talanlar, qarətlər və qətllər davam etmişdir. Diktatura 

liderləri Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam 

Ordusunun Bakıya doğru irəliləyişinin qarşısını almaq üçün İrandakı in-

gilis hərbi qüvvələrini Bakıya dəvət etmişlər. 1918-ci il 4 və 17 avqust ta-

rixlərdə Şimali İranda Britaniya qoşunlarının komandanı general Dens-

tervillin rəhbərliyi ilə Bakıya daxil olan ingilis qoşunları, artıq bir aydan 

sonra “heç bir qüvvənin Bakını türklərdən xilas etmək iqtidarında olma-

dığına” inanmışlar. Həmin dövr General Denstervillin xatirələrində ətraflı 

təsvir edilməklə, erməni-rus oyuncaq Diktatura hökuməti və onun əsasən 

ermənilərdən ibarət ordusu haqqında geniş təsəvvür yaradır. “Öz ordula-

rını mənasız yerə qurban verməkdən xilas etmək xətrinə Bakıdan getmək 

məcburiyyətində qalan” ingilislər sentyabrın 15-nə keçən gecə ağır döyüş-

lərdən sonra cəbhə xəttini tərk edərək gəmilərə yüklənmiş və İrana – Ən-

zəliyə qayıtmışlar. Diktatura hökuməti ingilislərin bu hərəkətini satqınlıq 



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

410


kimi qiymətləndirmiş, onların gəmilərini atəşə tutmuş, lakin elə həmin 

gün məğlubiyyətlərini dərk edərək Bakıdan qaçmışdır. 1918-ci il sentyabrın 

15-də Bakı şəhəri Qafqaz İslan Ordusu tərəfindən azad edilmişdir. 

114


Tomson Ser Uilyam Montqomeri - (1877-1963) nəzərdə tutulur. İngi-

lis zabiti, general-leytenant, 1917-1918-ci illərdə Böyük Britaniya ekspedi-

siya korpusunun İranda ali komandanı. 1918-ci il noyabrın 17-də Mudros 

barışıq müqaviləsinə əsasən Bakıya yeridilmiş Müttəfiq qoşunlara başçılıq 

etmişdir. Qafqazı və Azərbaycanı Rusiyanın (qeyri-bolşevik) bir hissəsi he-

sab edirdi. Bakıya daxil olduqdan sonra özünü şəhərin general-qubernato-

ru elan etmiş, Bakı şəhərində və quberniyasında bütün inzibati, məhkəmə 

və icra hakimiyyətini öz nəzarəti altına almışdır. Şəhərdə hərbi vəziyyət 

tətbiq olunmuşdur. Generalın Azərbaycan Cümhuriyyətinə olan ilkin mən-

fi münasibəti, Bakıda siyasi vəziyyətlə və AXC rəhbərliyi ilə tanışlıqdan 

sonra qısa müddət ərzində dəyişmişdir. 1918-ci il dekabrın 28-də Azərbay-

can hökuməti Azərbaycan ərazisində müttəfiq komandanlıq və İngiltərə 

hökuməti tərəfindən yeganə qanuni hakimiyyət kimi tanınmışdır. 1919-cu 

ilin mayında Böyük Britaniya hökumətinin ingilis qoşunlarının Qafqaz-

dan çıxarılması haqqında,  şəxsən razı olmadığı, qərarına əsasən Azərbay-

canı tərk etmişdir.

115

Aleksandr-Nevski pasajı – Aleksandr-Nevski cərgələri – Vrangel-



skaya küçəsi 19 (Əhməd Cavad) ünvanda yerləşirdi, 1911-1913-cü illərdə 

mülki mühəndis A.A.Nikitin tərəfindən tikilmişdi. Sovet dövrü bu binada 

trikotaj fabriki yerləşirdi. Hazırda həmin binanın yerində yaşayış binası 

tikilmişdir. 

116

Məmmədzadə Mirzə Bala oğlu – (1898-1959), Azərbaycan milli azad-



lıq hərəkatının xadimi, publisist, jurnalist. 1914-cü ildə Bakıda rus-tatar 

məktəbini bitirmiş, təhsilini Bakı texniki sənaye məktəbində rus dilində 

davam etdirmişdir. Dövri mətbuatda məqalələrlə çıxış etmişdir. Azərbay-

canda Xalq Cümhuriyyəti yarandıqdan sonra “Azərbaycan” qəzetinin müx-

biri, “Gənclər yurdu” jurnalının (Müsavat Partiyasının “Gənclər cəmiyyə-

ti”nin orqanı)  redaktoru, Azərbaycan Parlamentində stenoqrafçı. 1919-cu 

ilin oktyabr ayından “Müsavat” partiyasının Bakı komitəsinin üzvü. Azər-

baycan sovetləşdirildikdən sonra “Musavat”ın gizli təşkilatının rəhbəri. 

1920-ci illərdə Azərbaycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçi, orta 

məktəblərdə müəllim işləmiş, “Yeni yıldız” jurnalında Azərbaycan tarixi 

haqqında silsilə məqalələrlə çıxış etmiş, “Azərbaycan türk mətbuatı” (1922) 

kitabını nəşr etdirmişdir. Sovet orqanları tərəfindən “İstiqlal” qəzetinin giz-




411

QEYDLƏR


li mətbəəsi aşkar edildikdən sonra həbs edilmiş, lakin azadlığa çıxmışdır. 

1924-cü ildə siyasi mühacirət etmişdir. “Yeni Qafqaziyyə”(1923-1927), “Azəri 

türk” (1925-1929), “Odlu yurd” (1929-1933), “İstiqlal”(1932-1934) və s. müha-

cirət mətbuatında fəal iştirak etmişdir. 2000-dən artıq məqalənin, bir neçə 

kitabın, o cümlədən “Milli Azərbaycan hərəkatı” (1938) - əsərinin müəllifi-

dir. 1949-cu ildə Ankarada yaradılmış “Azərbaycan kültür dərnəyinin” təş-

kilatçılarından biri. M.Ə. Rəsulzadənin vəfatından sonra (1955) “Müsavat” 

partiyasının və Azərbaycan Milli Mərkəzinin rəhbəri.  1954-1959-cu illər-

də Münhendə SSRİ-ni öyrənən İnstitutda müxtəlif vəzifələrdə işləmişdir. 

Münhendə “Azadlıq” radiosunda çalışmışdır. İstanbulda vəfat etmişdir. 

117

“Molot”- 1903-cü ildə təsis olunmuş mexaniki və çuquntökmə zavod-



ları birliyi. Balaxanı, Ramana və Qroznıda mexaniki zavodları var idi. 1920-

ci ilin may ayında  Sovet hökuməti tərəfindən milliləşdirilmişdir.

118

12 aprel nəzərdə tutulur. Sənəddə bütün tarixlər köhnə təqvimlə - 13 



gün fərqlə verilir. 

119


“Vperyod”- qəzet, “Daşnaksütun” partiyası Bakı Mərkəzi Komitəsi-

nin orqanı. 1919-cu ilin yanvar - aprel aylarında Bakıda çap olunmuşdur. 41 

sayı çıxmışdır.

120


Tarix düzgün göstərilməyib. Qafqaz müsəlmanlarının qurultayı 1917-

ci il, 15-20 aprel tarixdə Bakıda keçirilmişdir.

121

Müsəlman dili - Azərbaycan dili nəzərdə tutulur



122

Azərbaycan Respublikası Hökumətinin Fövqəladə Təhqiqat Komissi-

yasının səlahiyyətlərinin artırılmasına dair 21 mart 1919-cu il tarixli qərarı 

nəzərdə tutulur. Bu qərara əsasən  FTK məhkəmə-istintaq hakimiyyətinin 

cinayət-prosessual məcəlləyə əsasən malik olduğu bütün hüquqlarla tə-

min edilirdi.

123

Azərbaycan Respublikası Ədliyyə nazirinin Fövqəladə Təhqiqat Ko-



missiyasının sədrinə 25 iyun 1919-cu il, 3166 № li məktub-təklifi nəzərdə 

tutulur. Bu məktubda FTK üzvlərinin məruzələri əsasında Qərarların ha-

zırlanması və istintaq aktlarının bu qərarlarla birlikdə sonrakı icraat üçün 

Azərbaycan Məhkəmə Palatası Prokuroruna göndərilməsi təklif olunurdu.   

124

Tomson Ser Uilyam Montqomeri nəzərdə tutulur. Bax: qeyd 113.



125

F.P. Kokkerel nəzərdə tutulur. Polkovnik, 1916-1918-ci illərdə İranda 

ingilis Xüsusi müstəmləkə polisinin rəisi. İngilis polis hakimiyyəti İran-

dan İraqadək əraziləri əhatə edirdi. 1918-ci ilin noyabrında Müttəfiq qoşun-

ların tərkibində Bakıya gəlmiş, Bakıda Müttəfiq dövlətlərin polis komissarı 

təyin edilmişdir.




Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə