Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə129/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   125   126   127   128   129   130   131   132   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

400


birlikdə yandırmaq cəhdinin qarşısı qırmızı qvardiyaçılar, rus əsgərləri 

tərəfindən alınmışdır. Kinoteatrın binası 1923-cü ildə, yerləşdiyi keçmiş 

Birjevaya meydanının (1917-ci ildən “Hürriyyət” meydanı, 1920-ci ilin 

sentyabr ayında Aşqabaddan Bakıya gətirilmiş komissarların cəsədlərinin 

dəfnindən sonra 26 Bakı Komissarı meydanı) genişləndirilməsi və yenidən 

qurulması ilə əlaqədar sökülmüşdür.

78

“İsgəndəriyyə” – mehmanxana, Bazarnaya və Kolyubakinskaya 



küçələrinin kəsişməsində (Azərbaycan, N.Rəfibəyli) yerləşirdi, Hacı Məm-

məd Sadıq Zərbəliyevə məxsus idi, “müsəlman” mehmanxanası sayılırdı. 

1918-ci il mart hadisələri günlərində bütünlüklə yandırılmışdır. Hazırda bu 

binanın yerində çoxmərtəbəli yaşayış binası yerləşir.  

79

“İslamiyyə” – mehmanxana, Bazarnaya küçəsində, Quberniya və Poç-



tovaya küçələrinin kəsişməsində (Azərbaycan, Nizami, S.Tağızadə) yerləşir-

di. 1884-1885-ci illərdə mülki mühəndis N.P.Tverdoxlebov və A.S.Kandinov 

tərəfindən tikilmişdir. Hacı Mustafa Rəsulova məxsus idi, “müsəlman” 

mehmanxanası sayılırdı. 1918-ci il mart hadisələri günlərində bütünlüklə 

yandırılmışdır. Hazırda bu binada mənzillər, ticarət obyektləri yerləşir.   

80

“Hacınski-Çələkən” – aksioner cəmiyyəti, tanınmış Bakı sənayeçisi 



və xeyriyyəçi İsa bəy Hacınskiyə (1861-1919), məxsus idi. Bakı şəhər Duma-

sının və Bakı qradonaçalnikliyində Barışdırıcı komissiyanın üzvü, Bakı 

birjasında arbitraj komissiyasının üzvü, fəxri barışdırıcı hakim İ.b.Hacıns-

ki bir neçə neft sənayesi və ticarət firmalarının və kompaniyalarının, Ab-

şeronda və Çələkən yarım-adasında (Zakaspi vilayəti) neft mədənlərinin

kerosin zavodu, balıq vətəgələri və s. mülkiyyətçisi idi. “Hacınski-Çələkən 

neft kompaniyası”na 1.25 milyon funt-sterlinq ingilis kapitalı mənsub idi.   

81

Yeni gömrük – yeni, ikinci Bakı gömrükxanasının binası 1-ci Çernoqo-



rodskaya və 2-ci Zavodskaya (Y.Səfərov – F.Qəmbərov) küçələrinin tinində 

yerləşirdi. Köhnə gömrükxana – Naberejnaya II Aleksandra (Neftçilər pros-

pekti), 47 ünvanda idi. Mart qırğınlarından sonra yaxın küçələrdən meyit-

lər bu binanın həyətinə yığılmışdı və öz doğmalarını axtaran insanlar ora-

ya gəlirdilər. 

82

“Vulkan” – mexaniki çuqun-mis tökmə zavodu, Çornıy Qorodda (Qara 



şəhər), 10-cu Zavodskaya (Ələddin Quliyev) küçəsi 10-da yerləşirdi. Mart ha-

disələrindən sonra erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə öldürül-

müş minlərlə insanın meyitləri bu zavodun həyətinə yığılmışdı. Onların 

çoxunu tanımaq mümkün deyildi. Öz doğmalarını axtaran insanlar bura-

ya gəlirdilər.



401

QEYDLƏR


83

“Bahi” – minarəsiz məscid, yaxud ibadət evi. XIX əsrin ikinci yarısın-

da İranda yaranmış “bəhailik” dini təliminin tərəfdarlarına mənsub idi. Bu 

təlimin banisi – Bəhaulla kimi tanınan Mirzə Hüseyn Əli, müqəddəs kitabı 

– “Kitab-e Əqdəs” olmuşdur. Məscid-mədrəsə bəhailərin, o cümlədən Bakı 

neft sənayeçisi Musa Nağıyevin vəsaitinə tikilmiş, Çadrovaya küçəsi (Mir-

zağa Əliyev) 216 saylı kiçik bir evdə yerləşirdi. Küçə tərəfdən evin baş qapısı 

üzərində fikrə dalmış nurani bir qocanın - bir növ Şeyx Bəhaullanın qo-

relyefi həkk edilmişdi. Sənəddə göstərilən ərazidə - “Poxlı Dərə”də bu adda 

məscid olmamışdır. Güman etmək olar ki, söhbət ibadət evindən gedir.

84

“Neft” – Ruskoye Tovarişestvo – Rus Birliyi - şirkət, 1883-cü ildə təş-



kil olunmuş, fəaliyyətə nəqliyyat və ticarət müəssisəsi kimi başlamış, son-

ralar Bakı mədən rayonunda mədənlər və zavodlar almış, neft hasilatı və 

emalı ilə məşğul olmuşdur. Bakının Sabunçu, Suraxanı kəndlərində, həm-

çinin Qroznı, Fərqanə və Uxtada mədənləri var idi, baş idarəsi Peterburqda 

yerləşirdi. Azərbaycan İnqilab Komitəsinin dekreti ilə 27 may 1920-ci il ta-

rixdə milliləşdirilmişdir.

85

Hürriyyət meydanı – 1918-ci ildə Birjevaya meydanı adlanırdı, hazır-



da Sahil bağı. 

86

Mixaylovskaya xəstəxanası – Balaxanskaya küçəsində, Tatarskaya 



küçəsinin tini, (Füzuli, Əlimərdan bəy Topçubaşov) yerləşirdi. Bakıda ən 

qədim tibb müəssisəsi, müqəddəs Nina məktəbi Nikolayevskaya küçəsin-

dəki yeni binaya köçdükdən sonra, onun binasını tutmuşdu. Xəstəxananın 

geniş ərazisində müxtəlif vaxtlarda (1881-1913) N.A. fon der Nonne, İ.V.Qos-

lavski, Zivər bəy Əhmədbəyovun layihələri əsasında ayrı-ayrı korpuslar 

tikilmişdir. Hazırda – binada doğum evi yerləşir. 1918-ci il mart qırğınları 

qurtardıqdan sonra  ətraf ərazilərdə öldürülmüş müsəlmanların meyitləri-

ni xəstəxananın həyətinə yığmışlar, qohumları öz yaxınlarının cəsədlərini 

burada axtarırdılar.  

87

Tağıyev pasajı – H.Z. Tağıyevə mənsub ticarət müəssisəsi, Velikoknya-



jeskaya – Olqinskaya (M.Ə.Rəsulzadə) küçəsində, Merkuryevskaya və Bara-

tinskaya (Z.Əliyeva, Ə.Əlizadə) küçələrinin tinində 4 saylı binada yerləşirdi. 

1896-1898-ci illərdə mülki mühəndis K.B.Skureviç tərəfindən tikilmişdir. 

Sovet dövründə - Bakı univermağı, hazırda – mağazalar şəbəkəsi. Pasajla 

üzbəüz Velikoknyajeskaya – Olqinskaya küçəsində yerləşən və 1912-ci ildə 

mülki mühəndis K.A.Borisoqlebski tərəfindən tikilmiş “Olqinskaya cər-

gələri”ndə ticarət-məişət obyektləri, restoranlar və s. yerləşirdi. Sovet döv-

ründə və hazırda bu binada Xəzər Gəmiçiliyi idarəsi yerləşir. 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

402


88

Şəhər Nəqliyyatı müəssisəsi (Qorodskoy oboz) – 5-ci və 6-cı Kanita-

pinskaya küçələrinin arasında, Tatyaninskaya küçəsinin tinində (V.Plotni-

kov, Y.Tağızadə, S. Hacıbəyli) yerləşirdi. 

89

Müqəddəs Nina məktəbi – Bakıda qadın təhsil müəssisəsi. Nikolayev-



skaya küçəsi, (İstiqlaliyyət) 33 ünvanlı binada yerləşirdi. Keçmiş xəstəxana 

binası, 1880-cı ildə mülki mühəndis D.Buynov tərəfindən yenidən qurul-

muş, bir neçə korpus birləşdirilərək Müqəddəs Nina təhsil müəssisəsi üçün 

yararlı edilmişdir. Hazırda - 132 və 134 saylı orta ümumtəhsil məktəblərinin 

binası.

90

Biçeraxovun dəstəsi - Birinci Dünya müharibəsində çar Rusiyasının 



İran ərazisində apardığı hərbi əməliyyatlarda iştirak edən kazak dəstə-

si. Oktyabr çevrilişindən sonra buraxılmışdır. İrandakı ingilis hərbi qüv-

vələrinin komandanlığı polkovnik L.Biçeraxovun (osetin kazaklarından) 

başçılıq etdiyi 1500 nəfərlik kazak dəstəsini öz tərəfinə çəkmişdir. İngilis 

generalı Denstervilin gizli tapşırığını yerinə yetirən Biçeraxovun dəstəsi 

Bakı Xalq Komissarlar Sovetindən türk qoşunlarına qarşı birgə əməliyyat 

aparmaq üçün razılıq alaraq, 1918-ci il 5 iyulun 5-də Ələt stansiyası yaxın-

lığında Xəzər sahilinə çıxmışdır. Ermənilərdən ibarət Qırmızı Ordu tərə-

findən hərbi yardım almayan Biçeraxovun dəstəsi, məğlubiyyətə uğramaq 

təhlükəsi qarşısında iyulun 30-da ona tapşırılmış cəbhə xəttini tərk etmiş 

və Dağıstanda antisovet qoşunları ilə birləşmək üçün Port-Petrovsk (Ma-

haçqala) istiqamətinə yönəlmişdir. General Biçeraxovu həmin qərarın qə-

buluna sövq edən səbəblərdən biri də Şaumyanın başçılıq etdiyi Bakı Xalq 

Komissarlar Soveti ilə əlaqələrinin həddindən artıq pozulması idi. İngilis 

generalı Denstervilin şəhadətinə görə “Bakıda onun hərəkətlərini məkrli 

hesab edir, özünü isə xain adlandırırdılar; ancaq biz özümüz də bu insan-

ların hansı qəbildən olduğunu yalnız sonralar anladıq və qoşunlarımızı 

faydasız qurban getməkdən xilas etmək üçün Bakını tərk etməyə məcbur 

olduq”. 1918-ci il noyabrın 17-də Biçeraxovun hərbi dəstəsi ingilis qoşun-

ları ilə birgə yenidən Bakıya daxil olmuşdur. Bu dəfə onun hərbi qüvvəsi-

nin əksəriyyəti Bakı azad edildikdən sonra şəhərdən qaçmış ermənilərdən 

ibarət idi. Dəstə ilə birlikdə Bakı, Şamaxı və Petrovskda müsəlman qırğınla-

rının bəzi təşkilatçıları da Bakıya qayıtmışlar. Nəzarətsiz dəstə Bakı və ətraf 

kəndlərin sakinlərinə qarşı öz azğınlığı və qəddarlığı ilə fərqlənmiş, hətta 

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini də təhqir etmək hal-

larına yol vermişdir. Denikinin Könüllü ordusu komandanlığına tabe olan 

Biçeraxovun dəstəsinin Bakıda qalmasında maraqlı olmayan ingilis ko-



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə