Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə125/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   121   122   123   124   125   126   127   128   ...   137

391

QEYDLƏR


Əli Mərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Məşədi Əzizbəyov, Beh-

bud Ağa Cavanşir, Qarabəy Qarabəyov, Mirzə Davud Hüseynov, Xudadat bəy 

Məlik-Aslanov, Mir Həsən Vəzirov, Şövkət Məmmədova, Ruhulla Axundov 

və d. - təhsil haqqını ödəmiş, İran və Təbrizdə məşrutə hərəkatının (1905-

1911) iştirakçılarına maddi yardım göstərmişdir. AXC dövründə müstəqil 

milli hökumətin milli müstəqillik siyasətini dəstəkləmiş, təntənəli dövlət 

tədbirlərində iştirak etmişdir. 1918-ci ilin mart ayının ortalarında H.Z. Ta-

ğıyevin ailəsində baş vermiş faciə, müsəlman “Dikaya diviziya” polkunun 

zabiti olan oğlunun ölümü və dəfni, bolşevik-daşnak qüvvələri tərəfindən 

Bakı və Şamaxıda mart hadisələrinin törədilməsi üçün bəhanə kimi is-

tifadə edilmişdir. Bütün azərbaycanlılar üçün bu ağır vaxtda H.Z.Tağıyev 

İrandan gəmilərlə ərzaq məhsulları və ilk tələbat malları gətirdərək zərər-

çəkənlərə, Bakı və ətraf kəndlərin məzlum hala salınmış əhalisinə, habelə 

Şamaxı qaçqınlarına zəruri yardım göstərmişdir. Azərbaycanda Sovet ha-

kimiyyəti qurulduqdan sonra Tağıyevin bütün müəssisələri milliləşdiril-

mişdir. Ona Mərdəkandakı bağında yaşamağa izn verilmiş, Tağıyev 1924-cü 

il sentyabr 1-də həmin bağda vəfat etmişdir. H.Z.Tağıyevin Qorçakovskaya 

(H.Z.Tağıyev) küçəsi, 4 ünvanda yerləşən və bütün məhəlləni əhatə edən 

malikanəsi 1893-1902-ci illərdə mülki mühəndis İ.V.Qoslavski tərəfindən 

tikilmişdir. AXC dövründə bu evdə hökumətin ən hörmətli qonaqları qəbul 

olunmuşdur. Hazırda həmin binada Azərbaycan Milli Elmlər Akademiya-

sının Azərbaycan tarixi muzeyi və Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi 

yerləşir.

54

Kaqanın müalicəxanası – qadınlar üçün tibbi müəssisə, M.F. Kaqa-



na məxsus idi, Kolyubakinskaya küçəsində, Mariinskaya küçəsinin tini, 

(N.Rəfibəyli- Rəsul Rza) yerləşirdi. 

55

Şamaxı məscidi – “Şirvanlılar” – Kamenistaya 103 (Bəşir Səfər oğlu), 



Persidskaya, (M.Muxtarov) küçələrinin tinində yerləşirdi. 1897-ci ildə, şəhə-

rin bu hissəsində məskunlaşan, xüsusilə Şamaxıda 1902-ci il zəlzələsindən 

sonra, şamaxılılar tərəfindən tikilmişdir. 1918-ci ilin mart hadisələrindən 

sonra on minlərlə Şamaxı qaçqını üçün sığınacaq yeri olmuşdur. Hazırda 

fəaliyyət göstərmir. 

56

Doktor Nərimanov – Nərimanov Nəriman Nəcəf oğlu – (1870 - 1925), 



görkəmli ictimai, siyasi və dövlət xadimi, yazıçı, publisist, həkim nəzərdə 

tutulur. Odessada Novorossiysk universitetində oxumuşdur. “Hümmət” 

təşkilatının üzvü, İran “İctimaiyyun-Amiyyun “Mücahid” partiyasının 

əsasını qoyanlardan biri. 1909-cu ilin əvvəllərində İranın inqilabi hərəka-




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

392


tında iştirakına görə Tiflisdə həbs edilmiş, həmin ildə Həştərxana sürgün 

olunmuş, burada geniş ictimai-siyasi fəaliyyətini və həkimlik təcrübəsini 

davam etdirmişdir. Həştərxan Xalq universitetinin idarə heyətinin səd-

ri, 1919-cu ildə Həştərxan şəhər Dumasının üzvü olmuşdur. 1913-cü ildə 

Bakıya qayıtmışdır. 1917-ci ilin martında “Hümmət” (bolşevik) təşkilatı 

komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü seçilmişdir, Bakı 

Müsəlman İctimai Təşkilatları bürosunun tərkibinə daxil idi. 1917-ci il iyu-

lun 3-dən “Hümmət” qəzetinin redaktoru, oktyabrından Bakı şəhər Duma-

sının üzvü. 1917-ci il payızından - 1918-ci il yazına kimi Bakı bolşeviklə-

rini müdafiə etmiş, 1918-ci il mart hadisələri günlərində bolşevik-erməni 

qüvvələri tərəfindən həyata keçirilən və bütün Azərbaycan xalqına qarşı 

silahlı müharibəyə çevrilən milli düşmənçilik siyasətinin qarşısını alma-

ğa çalışmışdır. Qarşıdurmanın və şəhərdəki gərginliyin güclənməsinə yol 

verməmək məqsədilə onun martın 30-da təşkil etdiyi müsəlman sosia-

listləri ilə Şaumyan və Caparidzenin birgə yığıncağı nəticə verməmişdir. 

Nərimanovun öz mənzili erməni silahlı dəstələri tərəfindən basqına mə-

ruz qalmış, onun özü gizlənə bilmiş, qardaşı əsir götürülmüşdür. Sonradan 

yazdığı kimi, “bir saatdan sonra yol. Şaumyan məni ailəmlə birlikdə “Sovet 

hakimiyyətinin müdafiəçiləri” olan daşnaklardan xilas edir”. Azərbaycan 

əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gələn Nərimanov Şaum-

yana, Caparidzeyə, Stalinə məktublarında mart hadisələrinə, sonradan isə 

bu cinayətlərin qəzalarda davam etdirilməsinə görə “1918-ci ildə Bakıdakı 

Sovet hakimiyyəti cavab verməlidir” yazmış, bu hadisələrin “Sovet haki-

miyyətini gözdən saldığını və ləkələdiyini” bildirmişdir. Bununla belə, hə-

min hadisələrin ümumən qiymətləndirilməsində bolşeviklərin mövqeyin-

dən çıxış etmiş, əsas müqəssirlər kimi milli partiyaları – “Daşnaksütun” 

və “Müsavat”ı göstərmişdir. 1918-ci il martın axırlarında yaradılmış Bakı 

şəhəri və Rayonlarının İnqilabi Müdafiə Komitəsinin üzvü kimi silahlı er-

məni milli hərbi hissələrinin ləğv edilməsi haqqında Komitənin göstəri-

şini imzalamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi müxa-

lifətdə olmuşdur. 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsinin 

ilk günlərində AXC-nin bir çox siyasi və dövlət xadimlərinin sovet rəhbər-

liyi tərəfindən fiziki məhv edilməsi və repressiyalara məruz qalmasının 

qarşısını almış, onların mühacirət etməsinə şərait yaratmışdır. Azərbaycan 

Müvəqqəti İnqilab Komitəsinin sədri, sonra Azərbaycan SSR Xalq Komis-

sarları Sovetinin sədri olmuş, 1922-ci ilin martından Zaqafqaziya Sovet Fe-

derativ Sosialist Respublikası İttifaq Sovetinin sədrlərindən biri olmuşdur. 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə