Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə127/137
tarix24.12.2017
ölçüsü2,62 Mb.
#17912
1   ...   123   124   125   126   127   128   129   130   ...   137

395

QEYDLƏR


“Yeni Qafqasya” (1923), “Azəri türk” (1928), “Odlu yurd” (1929), “Qurtuluş” 

(1934), “Müsavat bülleteni” (1936), “Azərbaycan” (1950) jurnallarını və “İs-

tiqlal” (1932) qəzetlərini buraxmış, bu nəşriyyələrdə yüzlərlə məqaləsi dərc 

olunmuşdur. “Azərbaycan Cümhuriyyəti”, “Əsrimizin Siyavuşu”, “Çağdaş 

Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “Stalinlə ixtilal xa-

tirələri”, “İran türkləri”, “Qafqaz türkləri” və s. kitabların, “Azərbaycan şairi 

Nizami” elmi əsərinin müəllifidir. 1955-ci il martın 6-da Ankarada vəfat et-

mişdir. Onun rəhbərlik etdiyi “Müsavat” partiyası 1917-ci il Oktyabr inqi-

labından sonra milli-ərazi muxtariyyəti mövqeyində duraraq Azərbayca-

nın müstəqilliyi uğrunda çıxış etmişdir. Partiya Azərbaycan, Ermənistan 

və Gürcüstanın daxil olacağı Cənubi Qafqaz dövlətləri Konfederasiyası 

şəklində muxtariyyəti məqbul saymışdır. Partiyanın I qurultayında (1917, 

25-31 oktyabr) qəbul edilmiş proqramı fəhlə və torpaq, milli və dini, mülki 

hüquqlar və s. məsələləri əhatə edən 9 bölmədən və 76 bənddən ibarət idi.  

“Müsavat”ın fəal iştirakı ilə Zaqafqaziya Komissarlığı Seymi - Zaqafqaziya 

Demokratik Federativ Respublikası, ən nəhayət 1918-ci il 28 may tarixdə 

Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. 1918 (sentyabr) – 1920 (aprel) 

illərdə partiya AXC koalisiya hökumət kabinələrinin özəyini təşkil etmişdir. 

Azərbaycan sovetləşdirildikdən sonra (1920, 28 aprel) respublikada partiya-

nın gizli təşkilatları fəaliyyət göstərmiş, onların üzvləri 1920-30-cu illərdə 

Sovet hakimiyyəti tərəfindən təqiblərə və həbslərə məruz qalmış, 1937-ci 

il repressiyalarından sonra partiyanın daxildə fəaliyyətinə son qoyulmuş-

dur. Partiyanın Xarici Bürosu Türkiyə, İran, Polşa və Fransanın müxtəlif 

şəhərlərində öz təşkilatlarını yaratmışdır. 1936-cı ildə Varşavada keçirilən 

partiyanın qurultay səlahiyyətli konfransında onun yeni proqramı qəbul 

edilmiş və yeni icra orqanı – Divan – seçilmişdir. Xarici Büro Azərbaycan 

mühacirətini vahid təşkilat ətrafında birləşdirməyə, Sovet rejimi və bolşe-

vizmə qarşı mübarizə aparan başqa xalqların xarici nümayəndəlikləri ilə 

əməkdaşlıq etməyə nail olmuşdur. 1918-ci il Bakıda mart hadisələri ərəfə-

sində “Müsavat” partiyası bolşevik hakimiyyəti ilə açıq hərbi qarşıdurma-

ya hazır olmadığı üçün toqquşmaların qarşısını almağa çalışmış, əhaliyə 

təmkinli olmaq, təxribatlara uymamaq çağırışları ilə müraciətlər etmişdir. 

Bir çox faktlar və hadisələrin gedişi mart qırğınlarının məhz “Müsavat” 

partiyası tərəfindən təhrik edildiyi kimi ittihamları təkzib edir. Partiyanın 

özü bu hadisələrin xarakterini Cənubi Qafqazın bütün müsəlman əhalisi-

nin məhv edilməsinə yönəlmiş məqsədyönlü siyasət kimi müəyyən etmiş-

dir. Partiyanın mühacir mətbuatında, eləcə də M.Ə.Rəsulzadənin əsərlərin-



BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

396


də 1918-ci il hadisələri geniş və hərtərəfli işıqlandırılmış, siyasi mühacirət 

hər il 31 mart tarixini ümummilli matəm günü kimi qeyd etmiş, xatirə 

gecələri keçirmiş, “İstiqlal” qəzetinin (Münhen) 1933-cü il 1 aprel tarixli 31-

ci sayı tamamilə Bakıda 1918-ci mart hadisələrinin 15-ci ildönümünə həsr 

olunmuşdur.     

61

Aşurbəyov Bala-bəy Teymur-bəy oğlu - (1882—1937), tanınmış Azər-



baycan zadəgan nəslinin nümayəndəsi, neft sənayeçisi, milyonçu, xeyriy-

yəçi. Qardaşı Əli-bəylə birlikdə “Ə.-b. Və B.-b. Aşurbəyov qardaşları” neft-

çıxarma kompaniyasının sahibi. 1901-ci ildə təsis edilmiş bu kompaniya 

1914-cü il üçün ildə 1 milyon 684 pud neft hasil edirdi, mədənlərdə 200 

nəfərdən artıq fəhlə çalışırdı. Xeyriyyəçilik fəaliyyəti ilə tanınırdı. Aşurbə-

yov təqaüdçüləri arasında gələcək ictimai xadimlər – Mir Əsədulla Mirqa-

sımov, Hənifə Pirverdiyev, Ruhulla Axundov və b. var idi. Bakı şəhərində 

və ətrafında (Mərdəkanda) bir neçə mülkün sahibi idi. 1918-ci il mart ha-

disələrində ailəsi ilə birgə Sabunçuda gizlənməyə məcbur olmuşdu. Yaşadı-

ğı şəhər mülkünü tam talanlardan qızlarının mürəbbiyəsi fransız J.Qreylo 

xilas etmiş, evin girişinə Fransa bayrağı sancmaqla mülkün böyük hissəni 

qorumağa müvəffəq olmuşdu. Lakin erməni əsgərləri Bala-bəy və Əli-bəyin 

mənzillərini talan etmişdilər. Yalnız yarım ildən sonra, AXC hakimiyyəti 

zamanı B.b.Aşurbəyov ailəsi ilə birgə evinə qayıda bilmişdir. FTK-na ifadə 

vermişdir. Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra Aşurbəyovla-

rın bütün mülkiyyəti müsadirə edilmiş, hər iki qardaş həbs olunmuşlar. Az 

sonra N.Nərimanovun köməyi ilə həbsdən azad olunmuş və ailəsi ilə birgə 

İstanbula getmişdir. 1925-ci ildə ailəsi ilə vətənə qayıtmış, 1935-ci ildə keç-

miş sahibkar kimi həbs olunmuş və Karakandaya sürgün edilmişdir. 1937-

ci ildə Karakanda vilayəti üzrə UDİXK yenidən həbs olunmuş, həmin il 

avqustun 13-də Xüsusi Üçlük tərəfindən vətənə xəyanətdə ittiham edilərək 

ən yüksək  cəzaya – güllələnməyə məhkum edilmişdir. Ölümündən sonra 

bəraət almışdır.

62

Əsədullayev Mirzə Şəmsi oğlu - (1875 - 1936), sahibkar, ictimai xadim. 



Azərbaycanın neft sənayeçisi, milyonçu Şəmsi Əsədullayevin böyük oğlu. 

Əmək fəaliyyətinə atasının neft mədənlərində başlamışdır. Bakı müsəlman 

xeyriyyə cəmiyyətinin sədri. 1917-ci il fevral inqilabından sonra Müsəlman 

Milli Şurası Müvəqqəti İcraiyyə komitəsinin üzvü seçilmişdir. 1918-ci ildən 

Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının sədri. Bu Şuradan Azərbaycan 

Cümhuriyyət Parlamentinə üzv seçilmişdir, “Müsavat” və bitərəflər fraksi-

yasına daxil idi. 3-cü Hökumət kabinəsində ticarət və sənaye naziri (1918, 



Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə