19
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
üst-üstə düşürdü. Az sonra onların Bakıda Azərbaycan milli qüvvələrinin
darmadağın edilməsində və bu qüvvələrin sosial bazasının – müsəlman
əhalisinin məhv edilməsində də tamamilə həmrəy olduqları aydınlaşdı.
Belə ki, 1918-ci ilin fevralında “Bakinski raboçiy” qəzetinin səhifələrində
açıq-aşkar “Azərbaycan muxtariyyətini arzu edən müsavatçılar bir yığın
xarabalıqlar əldə edəcəklər” kimi bəyanat verən Şaumyanı (23) Azərbay-
canı həmin “xarabalıqlar yığınına” çevirməli olan və təcili surətdə ordu
toplayan Erməni Milli Şurası tam dəstəkləyirdi. Erməni ordu korpusunun
təşkili və erməni döyüşçülərin Qafqaza göndərilməsi ilə həmçinin Petroq-
radda olan yüksək rütbəli erməni hərbiçiləri məşğul olurdular. Məsələn,
erməni korpusunun ehtiyacları üçün Petroqraddan bir neçə zirehli qatar,
avtomobil, texniki vasitə və sursatlar, hətta sanitar qatarı göndərilmişdi.
1918-ci il fevralın 6 və 7 –də keçmiş Rusiya ordusunun generalları İvan
Baqramyan və Akop Baqratuni, həmçinin “Daşnaksütun” partiyasının
yaradıcılarından biri Stepan Zoryan (Rostom) Bakıya gəlmişdilər. (24)
Cəbhədən qayıdan erməni əsgərlərini Bakıda saxlamağa və hazırlanan
silahlı vuruşlarda onlardan istifadə etməyə cəhd göstərən Erməni Milli
Şurası 1918-ci ilin mart ayının əvvəlində “Erməni əsgərlərinə” çağırış ilə
müraciət etdi və üstüörtülü şəkildə onları silahlarını özlərində saxlamağa
və erməni millətinin mənafeyinin müdafiəsi üçün tələb olunan hər yerdə
tətbiq etmək üçün hazır olmağa çağırdı. (25)
Eyni zamanda Bakı Sovetinin Qızıl Ordusunun mövcud və yeni his-
sələrinin formalaşdırılması işi gedirdi, ordu sıralarına çağırışla Avakyan
məşğul olurdu. Nəticələr kifayət qədər səciyyəvi idi: “Qırmızı qvardiya”
adı altında yaradılmış 10-12 minlik ordunun 70 faizini ermənilər təşkil
edirdi. (26) Qızıl Ordunun qərargah rəisi, çar ordusunun polkovniki, daş-
nak birləşmələrinin komandanı və “Daşnaksütun” partiyasının üzvü Z.A-
vetisov, briqada və birləşmiş dəstələrin komandirləri – çar ordusunun pol-
kovniki Kazarov, türk-müsəlman əhalisinə qarşı öz vəhşilikləri ilə məşhur
olan Amazasp, A.Əmirov və digərləri idi. Beləliklə, 1918-ci ilin martında
Şaumyanın özünün şəhadətinə görə artıq bolşeviklərin sayı “təxminən
6 min nəfər” olan hərbi hissələri, “Daşnaksütun”un isə “3-4 minlik mil-
li dəstələri” var idi ki, onlar da həmçinin bolşeviklərin sərəncamına ve-
rilmişdi. (27) Qızıl Ordu və erməni birləşmələri silahla bağlı çatışmazlığ
hiss etmirdilər, çünki Sovet hökumətinin adına İrandan və Orta Asiyadan
daxil olan bütün silah və sursatlar bolşeviklərə və daşnaklara təhvil veri-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
20
lirdi. Bununla kifayətlənməyən S.Şaumyan İ.Stalinə ünvanladığı 16 mart
1918-ci il tarixli məktubunda RSFSR XKS-dən Qafqaz Ordusunun Hər-
bi-inqilab komitəsinin ehtiyacları üçün 10 milyon rubl ayrılmasını xahiş
edirdi. (28) Milyonçu Mantaşevin və digər iri erməni neft sənayeçilərinin
zavodları, habelə Bakıdakı erməni kilsəsinin zirzəmiləri erməni silahının
mərkəzi silah anbarına çevrilmişdi .
Beləliklə, bolşeviklər və daşnaklar bütün partiyalararası, siyasi və ide-
oloji ziddiyyətləri kənara qoyaraq Bakıda hərbi-siyasi ittifaq bağladılar və
bütün güclərini “Müsavat” başda olmaqla Azərbaycan milli hərəkatına və
bütün müsəlman əhalisinə qarşı yönəltdılər.
Artıq mart hadisələrindən sonra, baş vermiş faciənin ağlasığmaz miq-
yasları qarşısında hər hansı açıqlama verməyə məcbur olan Stepan Şaum-
yan etiraf edirdi ki, “Daşnaksütun”un iştirakı “vətəndaş müharibəsinə bir
qədər milli qırğın xarakteri vermişdir. Lakin buna yol verməmək müm-
kün deyildi. Biz bilərəkdən buna yol verirdik. … Əgər onlar Bakıda üstün
gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”. (29)
“Daşnaksütun” partiyasının o vaxtkı liderlərindən biri olan Ovanes
Kaçaznuni isə mart hadisələrində erməni birləşmələrinin iştirakına bu
səbəbdən bəraət qazandırırdı: “Bakıda erməni əhalisinin təhlükəsizliyi
nöqteyi-nəzərindən “Müsavat” diktaturası ilə müqayisədə bolşeviklərin
diktaturası daha çox məqbul idi”. (30)
Sözsiz ki, bu izahlar bolşeviklərlə daşnakları birləşdirən səbəblərin ki-
çik bir hissəsini əks etdirirdi, lakin ittifaq baş tutmuşdu və 1918-ci ilin
martında Bakıda qeyri-mütəşəkkil, hazırlıqsız azərbaycanlı kütlələrinə
qarşı artıq nizami hərbi bolşevik-erməni silahlı birləşmələri dururdu.
Həmin vaxt müsəlmanların yeganə hərbi birləşməsi könüllülərdən
təşkil edilmiş və Lənkəranda yerləşən “Vəhşi diviziya” adlanan müsəl-
man diviziyası idi və bolşevik rəhbərləri yaranmış ilk fürsətdən istifadə
edərək, birinci zərbəni ona qarşı yönəltdilər. 1918-ci il martın 9-da general
Talışinskinin başçılıq etdiyi Azərbaycan diviziyasının qərargahı Tiflisdən
Bakıya gəldi. Qərargahın rus zabitlərinin arasında guya ki, əvvəllər jan-
darmeriyada xidmət etmiş şəxslərin olduğunu bəhanə edərək, müsəlman
diviziyasının bütün qərargahı Şaumyanın göstərişi ilə Bakı Soveti adın-
dan birbaşa vağzalda həbs edildi. “Müsəlman qərargahının həbsi ilə er-
mənilər müsəlmanları bolşeviklərə və təbii ki, ermənilərə qarşı silahlı üs-
yana təhrik etməyə çalışırdılar... Müsəlmanlar üsyana qalxmadılar”, (31)
21
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
hərçənd bu həbs təkcə Bakıda deyil, digər qəzalarda da azərbaycanlı əhali
arasında böyük narazılığa səbəb oldu.
Amerikalı tarixçi Firuz Kazımzadənin fikrincə, “Talışınskinin azad
edilməsi münaqişəni ləğv edə bilərdi”, belə ki, “Şaumyan daha az təşəb-
büskar və inadkar olsaydı” və diplomatiyanı öyrənmək barədə Leninin
məsləhətinə əməl etsəydi, qırğının qarşısını ala bilərdi. Qeyd olunma-
lıdır ki, həmin günlər Şaumyan Lenindən diplomatiyanı öyrənmək töv-
siyə edilən teleqram almışdı. Əslində “Leninin diplomatiya barəsində
məsləhəti daha çox ehtiyatlı və daha az iddialı olmaq xəbərdarlığından
savayı bir şey deyildi”. (32) Lakin Şaumyanın bu dövr bütün diplomatiya-
sı müsəlmanları çıxış etməyə vadar edəcək və onlara qarşı silahlı müba-
rizənin başlanmasına bəhanə verəcək yeni təxribatın təşkil edilməsinə
yönəlmişdi. Tezliklə belə bəhanə yarandı.
Mart ayının 27-də müsəlman diviziyasının zabit və əsgərlərindən
ibarət kiçik bir dəstə öz xidməti yoldaşları, müsəlman diviziyasının zabi-
ti - Azərbaycanın tanınmış milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin
Tağıyevin silahla ehtiyatsız davranması nəticəsində faciəli şəkildə həlak
olmuş oğlu Məhəmməd Tağıyevin cənazəsini müşayiət edərək və onun
dəfnində iştirak etmək üçün “Evelina” gəmisində Lənkərandan Bakıya
gəldi. Dəfndən sonra, martın 29-da Lənkərana geri qayıtmağa hazırlaşan
dəstə guya ki, şəhərdə silahlı qarşıdurmanın və qan tökülməsinin qarşı-
sını almaq istəyən bolşeviklər tərəfindən saxlanıldı və tərksilah edildi.
Şəhərdə bir neçə min nəfərlik erməni və qızıl ordu hissələri olduğu halda
48 nəfərdən ibarət silahlı müsəlman dəstənin istəsə belə, heç nə edə bil-
məyəcəyi nəzərə alınmadı. Əksinə, müsəlmanların yeganə silahlı dəstə-
sinin şəhərdən dinc şəkildə çıxıb getməsinin qarşısının alınması bolşe-
viklərin azərbaycanlıları cavab verməyə təhrik etmək və beləliklə onlara
qarşı əsl müharibəyə başlamaq niyyətini büruzə verirdi.
Bu dəfə təxribat baş tutdu. Onsuz da Lənkərana getməyə hazırlaşan
azərbaycanlı hərbiçilərin tərksilah edilməsi şəhərdə mənzillərə yerləşdi-
rilmiş minlərlə silahlı erməni birləşmələri qarşısında faktiki olaraq silah-
sız və müdafiəsiz qalmış Bakı və ətraf kəndlərin azərbaycanlı əhalisinin
qəzəbinə səbəb oldu. 1918-ci il martın 30-da səhər şəhərin müxtəlif his-
sələrində azərbaycanlıların qeyri-mütəşəkkil etiraz mitinqləri başlandı.
Mitinq iştirakçıları azərbaycanlı hərbi qulluqçuların silahlarının qayta-
rılmasını, və yaxud eyni zamanda Bakıda erməni hərbi birləşmələrinin
Dostları ilə paylaş: |