Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə21/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   17   18   19   20   21   22   23   24   ...   97
Alimler EN SON tamversiya GUNEL

Cavadov Mais Həbib oğlu

(1929-1992)

22 mart 1929-cu ildə İsmayıllı rayonunun Baskal kən-dində anadan olmuşdur. 1947-ci ildə Baskal kənd orta məktə-bini bitirib və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika-riyaziyyat fakültəsinə daxil olub, 1952-ci ildə universiteti bitirib, işləmək üçün Azərbaycan EA-nın Fizika-Riyaziyyat İnstitutuna göndərilib. 1954-cü ildə isə Azərbaycan SSR EA-nın Fizika-Riyaziyyat İnstitutunda aspi-ranturaya qəbul olunub, sonra Moskva Dövlət Universitetinə göndərilib.

1958-ci ildə akademik Z.İ.Xəlilovun rəhbərliyi ilə “Ümu-miləşmiş funksiyalar sinfində qarışıq məsələlərin tədqiqi” möv-zusunda namizədlik, 1966-cı ildə Moskva Dövlət Universite-tində doktorluq dissertasiyası müdafiə etmişdir.

M.H.Cavadov apardığı elmi tədqiqatlar əsasında aşağıdakı elmi nəticələri almışdır:

1. Dünya miqyasında birinci olaraq hiperbolik tipli tən-liklər üçün qoyulmuş qarışıq məsələnin ümumiləşdirilmiş funk-siyalar sinfində həllinin varlığını göstərmişdir;

2. Cırlaşmış tənliyi aşağı dərəcəli hiperbolik tipli tənlik olan ümumi dəyişən əmsal və istənilən tərtibli hiperbolik tipli tənlik üçün qoyulmuş Koşi məsələsini kiçik parametrə nəzərən asimptotikasını qurmuşdur. Asimptotikanı əsaslandırmaq üçün qalıq həddini qiymətləndirmişdir. Qalıq həddinin qiymətlən-dirilməsi üçün zəruri və kafi şərti vermişdir;

3. Nazik oblastda ixtiyari dəyişən əmsallı elleptik tipli tənliklər üçün qoyulmuş sərhəd məslələrinin həlli oblastının kiçik parametrə nəzərən asimptotikasını qurmuşdur;

4. Cırlaşanda tipləri dəyişən xüsusi törəməli diferensial tənliklər üçün qoyulmuş sərhəd məslələrinin həllərinin kiçik parametrə nəzərən asimptotikasını qurmuşdur;

5. Öz-özünə qoşma olmayan adi diferensial operatorların məxsusi funksiyalarının bir hissəsinin təkrarı tamlığını isbat et-mişdir və bu nəticələri mexanika və riyazi-fizikanın müxtəlif məsələlərinin həllinə tətbiqini vermişdir;

6. Xüsusi törəməli qeyri-xətti elliptik, hiperbolik və para-bolik tənliklər üçün qoyulmuş sərhəd məslələrinin kiçik para-metrə nəzərən asimptotikalarını qurmuşdur.

Dünya riyaziyyatçılarının III konqresində, Bolqar riyaziy-yatçılarının III konqresində məruzələrlə çıxış etmişdir. Onun rəhbərliyi altında 12 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

M.H.Cavadov əmək fəaliyyətinə 1952-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan EA-nın Fizika və Riyaziyyat İns-titutunda başlamışdır, 1959-cu ildən 1969-cu ilə qədər Riya-ziyyat və Mexanika İnstitutunda baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır. 1969-cu ildən pedaqoji fəaliyyətə baş-layıb.

M.H.Cavadov 1983-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1981-ci ildə SSR-nin Əməkdar elm xadimi adına layiq görülmüşdür.

Mais Həbib oğlu Cavadov 28 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə