Bizim Dijital Matbaa 160x244 Şablon


Müəlliflər haqqında məlumat



Yüklə 3,2 Mb.
səhifə97/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   89   90   91   92   93   94   95   96   97
Alimler EN SON tamversiya GUNEL

Müəlliflər haqqında məlumat
Kələşov Qəhrəman Tapdıq oğlu 1946-cı ilin martın 1-də Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. 1952-ci ildə II Şıxlı kənd orta məktəbinin I sinfinə daxil olub, orta məktəbi 1962-ci ildə bitirmişdir.

1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat-rəsm-xətt ixtisasına daxil olub, 1967-ci ildə bitirmişdir.

1962-1969-cu illərdə təyinatla Saatlı rayonunda riyaziyyat müəllimi işləmiş, 1969-1970-ci illərdə ordu sıralarında qulluq etmişdir. Hərbi xidmətdən qayıdandan sonra 1970-ci ildən 1980-cı ilə qədər Mingəçevir Maarif şöbəsində metodist, filmo-teka müdiri, orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini, məktəb direktoru vəzifələrində işləmişdir.

1980-1991-ci illərdə Mingəçevir Maarif şöbəsində məktəb inspektoru vəzifəsində çalışmışdır. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Mingəçevir filialına riyaziyyat müəllimi təyin edilmiş, 1997-ci ilə kimi orada pedaqoji fəaliy-yətini davam etdirmişdir.

1993-cü ildə “Deformasiya olunmuş bərk cisimlər mexa-nikası” üzrə dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elm-ləri namizədi elmi adına layiq görülmüşdür.

1997-2002-ci illərdə Mingəçevir Politexnik İnstitutunun “Riyaziyyat və Avtomatlaşdırılmış layihələndirmə sistemləri” kafedrasının müdiri, 2002-ci ildən 2015-ci ilə qədər həmin İnstitutunun Energetika və mexanika fakültəsinin dekanı, 2015-2017-ci illərdə Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı olmuşdur. Hal-hazırda həmin universitetin dosentidir.

6 dərs vəsaiti, iki metodik vəsait, 8 fənn proqramı və 17-dən çox elmi məqalənin müəllifidir.

Q.T.Kələşov 1982-ci ildə Azərbaycan Respublikası Maa-rif Nazirliyinin fəxri fərmanı, 1986-cı ildə Qabaqcıl Maarif xa-dimi döş nişanı, 2012-ci ildə təkrarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur.

2. Kələşova Səadət Qəhrəman qızı- 1976-cı ildə Mingə-çevir şəhərində anadan olmuşdur.Hal-hazırda Mingəçevir şəhər 3 №li orta məktəbdə riyaziyyat müəllimi işləyir.

3. Allahyarova Nailə Umuddvar qızı - 1996-cı ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olmuşdur. Hal-hazırda Mingəçevir Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası üzrə magistrantıdır.

4. Əhmədova Günel İlqar qızı- 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. Hal-hazırda Mingəçevir Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası üzrə magis-trantıdır.

5. İmanova Şəfa Pənah qızı- 1995-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Hal-hazırda Mingəçevir Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası üzrə magis-trantıdır.



6.Mürsəlova Əfsanə Məzahir qızı- 1995-ci ildə Mingəçe-vir şəhərində anadan olmuşdur. Hal-hazırda Mingəçevir Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisası üzrə magis-trantıdır.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə