Bizim Dijital Matbaa 160x244 Şablon


Sadıqov Sadıq Nəcəfalı oğlu (1913-1991)



Yüklə 3,2 Mb.
səhifə90/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   86   87   88   89   90   91   92   93   ...   97
Alimler EN SON tamversiya GUNEL

Sadıqov Sadıq Nəcəfalı oğlu (1913-1991)

1913-cü ildə Səlyan şəhərində anadan olmuşdur. O, 1932-ci ildə orta məktəbi bitirdikdən sonra V.İ.Lenin adına APİ-nin riyaziyyat fakültəsinə qəbul olunmuş, 1936-cı ildə institutu bitirmişdir. Əmək fəaliyyətinə Bakı şəhəri Xətai rayonundakı 1 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlamış, sonralar həmin məktəbdə direktor vəzifəsində işləmişdir.

S.N.Sadıqov 1941-1945-ci illərdə Böyük Vətən Mühari-bəsində faşist işğalçılarına qarşı namusla vuruşmuşdur. Mühari-bədən sonra 1945-1958-ci illərdə Bakı şəhəri 132 nömrəli orta məktəbdə riyaziyyat müəllimi işləmişdir. Çoxsahəli yaradıcılığa malik olan S.N.Sadıqov məktəbdə işləyə-işləyə respublika və ümumittifaq pedaqoji mühazirələrində riyaziyyatın tədris prob-lemlərinə dair dəfələrlə məruzələrlə çıxış etmişdir. O, 1960-cı ildə V.İ.Lenin adına APİ-nin riyaziyyat və onun tədrisi metodi-kası kafedrasında işləməyə dəvət olunmuşdur.

1966-cı ildə həndəsə məsələlərinin həlli metodikasına dair namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər nami-zədi adını almışdır.Ona institutda 1970-ci ildə dosent elmi dərə-cəsi verilir.

S.N.Sadıqov orta məktəb şagirdləri,ali məktəb tələbələri üçün yazılmış bir sıra qiymətli orijinal kitabların müəllifidir. Onun 1961-ci ildə I hissəsi, 1962-ci ildə II hissəsi nəşr olunan “Riyaziyyat məsələləri” kitabının orta məktəb məzunlarının ali məktəblərə qəbul olunmasında çox köməyi olmuşdur. 1963-cü ildə “Maarif” nəşriyyatında çap olunan “Müstəvi üzərində qurma məsələrini” kitabı ali məktəb tələbələri üçün çox dəyərli bir kitab olmuşdur. 1976-cı ildə V.İ.Lenin adına APİ-nin nəş-riyyatında nəşr etdirdiyi “Yüksək çətinlikli məsələlərin həlli” kitabı bu gün də pedaqoji universitet tələbələrinin stolüstü kitabıdır.

S.N.Sadıqov 10 ildən artıq məktəblilərin respublika riya-ziyyat olimpiadasının təşkilat komitəsinin üzvü olmuşdur.

1977-1988-ci illərdə institutun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri işləmişdir.

S.N.Sadıqov riyaziyyat elminin inkişafındakı xidmətlərinə görə respublikanın Əməkdar müəllim fəxri adına layiq görül-müşdür.

1980-ci ildə S.N.Sadıqovun elmi-pedaqoji fəaliyyətini nəzərə alaraq AAK ona professor elmi adını vermişdir.

Professor S.N.Sadıqov 1991-ci ildə Bakı şəhərində vəfat etmişdir.





Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə