Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə93/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   89   90   91   92   93   94   95   96   97
Alimler EN SON tamversiya GUNEL

Səlimov Yaşar

Şakir oğlu

(1938)

5 may 1938-ci ildə  Ağdaş şəhərində  anadan olmuşdur. Orta məktəbi Ağdaş rayonunda bitirdikdən sonra, 1955 -1960-cı illərdə  Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fa-kültəsində riyaziyyat ixtisası üzrə təhsil alıb.

1970-ci ildə BDU-da  namizədlik dissertasiyası, 1988-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsinin ixtisaslaşmış Elmi Şurasında "Diferensial tənliklər və riyazi fizika" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru adını alıb. Keçmiş SSRİ-nin bütün respublikalarında, 1994, 1999-cu illərdə İranda, 1994-cü ildə Məkkə və Mədinə şəhər-lərində Həcc ziyarətində olub. 1995-ci ildə Amerika Riyaziyyat Cəmiyyətinə üzv qəbul olunmuşdur.

1997-ci ildə professor Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin direktor müavini seçilmiş, eyni zamanda Amerika Bioqrafiya İnstitutunun Tədqiqat idarəetmə partiyasına üzv seçilib. 1997-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "Sivilizasiyanın inkişafındakı xidmətlərinə görə" mükafatı, 1998-ci il iyul ayında Amerika Bioqrafiya İnstitutu "XX əsrin görkəmli şəxslərinin fəxri 100 illik palatası", İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi riyaziyyat sahəsindəki xidmətlərinə görə "XX əsrin mükafatı" diplomu və medalı ilə mükafatlandırılıb. Eyni zamanda Y.Səlimovun adı "Təltif olu-nanların Partiya siyahısı"nayazılıb. 2000-ci ilin 14 dekabrında "Şöhrət ordeni" ilə təltif olunub.

1977-1980-ci illərdə Bakı şəhər Oktyabr rayonunun deputatı olub. 1974-1980-ci illərdə Ümumittifaq Yeyinti Səna-ye İnstitutunun Bakı filialının direktoru olub. 1989-cu ildə “Ali riyaziyyat” kafedrasında professor, 1991-ci ildən hal-hazıra ki-mi ”Ali riyaziyyat” kafedrasında müdir vəzifəsində çalışır. 125-dən çox çap olunmuş elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 5 nəfər elmlər namizədi hazırlanıb.

2008-ci ildən Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının akademiki seçilmişdir və “Qızıl ulduz” medalı ilə təltif olunmuşdur.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə