Bizim Dijital Matbaa 160x244 Şablon


Yaqubov Məmməd Haqverdi oğlu



Yüklə 3,2 Mb.
səhifə96/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   89   90   91   92   93   94   95   96   97
Alimler EN SON tamversiya GUNEL

Yaqubov Məmməd Haqverdi oğlu

(1941)

Məmməd Haqverdi oğlu Yaqubov 1941-ci il fevralın 2-də Naxçıvan MSSR Culfa rayonunun Milax kəndində anadan olub. 1957-ci ildə Naxçıvan şəhər 1 nömrəli orta məktəbi bitir-miş və S.M.Kirov adına ADU-nun Mexanika-riyaziyyat fakül-təsinə daxil olmuşdur. 1962-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. Məmməd Yaqubov 1965-ci ildə Azərbaycan Döv-lət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.

1966-cı ildə “Bir sinif inteqro-diferensial tənliklərin həllə-rinin davamı və dayanıqlığı haqqında” mövzusunda fizika-riya-ziyyat elmləri üzrə namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat üzrə elmlər namizədi alimlik dərəcəsi almışdır.

1992-ci ildə isə “Paylanmış parametrli sistemlərdə optimal sürüşgən rejimlər və optimallıq üçün zəruri şərtlər” mövzusun-da fizika-riyaziyyat elmləri doktoru dissertasiyasını müdafiə et-mişdir.

M.H.Yaqubov diferensial tənliklər sahəsi üzrə Azərbay-canda tanınmış alimlərdən biridir. O, bu sahə üzrə 3 dərsliyin müəllifidir.

1.Adi diferensial tənliklər kursu.  Bakı, 1978.

2. Adi diferensial tənliklər.Bakı,1978.

3. Bir tərtibli adi diferensial tənliklər. Bakı, 1999.

Məmməd Yaqubov 1996-cı ildən indiyədək BDU-nun me-xanika-riyaziyyat fakültəsinin idarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri vəzifəsində işləyir.

100-dən artıq elmi məqalənin müəllifidir. Bu məqalələrin çoxunda xarici ölkələrdə nüfuzlu jurnallarda çap olunmuşdur.

O, bir sıra beynəlxalq seminar, simpozium və konfranslara dəvət olunmuş, orada elmi məruzələrlə çıxışlar etmişdir.

M.H.Yaqubovun əsas elmi istiqamətlərindən biri Orta Ümumtəhsil məktəblərinin dərsliklərinin hazırlanmasıdır.O, bir sıra alimlərlə birlikdə Orta Ümumtəhsil məktəblərinin V –VI sinifləri üçün Riyaziyyat, VII, VIII, IX sinifləri üçün cəbr, X-XI sinifləri üçün “Cəbr və analizin başlanğıcı” dərsliklərini hazır-lamışdır.

O, orta ümumtəhsil məktəbləri ilə sıx əlaqələr yaratmış, V-XI sinifləri üçün riyaziyyatdan tədris materiallarının tematik planı və yoxlama yazı nümunələri metodik vəsaitlərini hazır-lamışdır.

M.H.Yaqubov Azərbaycanda elmin inkişafındakı xidmət-lərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edil-mişdir



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə