Bizim Dijital Matbaa 160x244 Şablon


Vəliyeva Firuzə Mövsüm qızı



Yüklə 3,2 Mb.
səhifə95/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   89   90   91   92   93   94   95   96   97
Alimler EN SON tamversiya GUNEL

Vəliyeva Firuzə Mövsüm qızı

(1960)

Vəliyeva Firuzə Mövsüm qızı 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mövsüm Vəliyev – hü-quqşunas, anası Gövhər Zeynalova – kimyaçı alim, texnika еlmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, 300-dən artıq ixtiranın və bir sıra elmi əsər-lərin müəllifi olmuşdur.

Firuzə Vəliyevanı məktəbdə əla oxumağa və sonra isə Bakı Dövlət Universitetinin mexanika-riyazaiyyat fakültəsinə daxil olmağa valideynləri həvəsləndirmişdir.

Bakı Dövlət Universitetini 1983-cü ildə fərqlənmə diplo-mu ilə bitirmişdir. Universitet tərəfindən göndərilmişdir. 1984-ci ildə istehsalatdan ayrılmadan, NKPİ-nin nəzrində "Proses və aparatlar" ixtisası üzrə aspiranturaya daxil olmuş və 1992 ildə "Metanolda kiçik olefınlərin alınması prosesinin riyazi model-ləşdirməsi və optimallaşdirilması" mövzusunda namizədlik dis-sertasiyası müdafiə etmişdir.

1993-cü ildən attestasiyanın nəticələrinə görə kiçik, böyük, aparıcı elmi işçi və 2002-ci ildən etibarən “İnformatika vəriyazi modelləşdirmə” laboratoriya müdiri vəzifəsində çalışır.

11 dekabr 2015-ci ildə Vəliyeva F.M. doktorluq disserta-siyasını müdafiə etmiş və 25 noyabr 2016-cı ildə AAK ona texnika üzrə elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Vəliyeva F.M. institutda işlənib hazırlanan neftkimya proseslərinin riyazi modelləşdirilməsi və optimallaşdırılması, verilənlər bankının yaradılması və tətbiqi, ekoloji informasiya sistemlərinin yaradilmasi istiqamətində aparılan işlərə rəhbərlik edir.

Bu istiqamətdə 105-dən сох elmi əsərlərin müəllifidir. Bu əsərlərin əksəriyyəti xarici ölkələrdə nüfuzlu jurnallarda çap olunmuşdur.

O, dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.

Onun elmi əsərləri Fransada, Şotlandiyada, Çexiyada, Rusiyada və sair ölkələrin beynəlxalq konfranslarında əksini tapmışdır.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə