Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə89/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   85   86   87   88   89   90   91   92   ...   97
Alimler EN SON tamversiya GUNEL

Sadıxov Vüqar

Vaqif oğlu

(1973)

8 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsili 1980-1990-cı illərdə Bakı şəhər 157 sayli orta mək-təbdə almışdır. 1991-1995-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma fakultəsinə qəbul olunmuşdur və mühəndis mexanik ixtisası üzrə təhsil almışdır.

2004-cü ildə “Nominal dinamiki şəraitin nəzərə alın-ması ilə idarə olunan friksion mexaniki sistemlərin triboloji kriteriya üzrə model tədqiqatı.” mövzusu üzrə dissertant kimi təsdiq olunmuş, 2006-cı ildə isə müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildən “Friksion ötürməli qeyri-qolonom mexaniki sistemlərin optimal idarəetmə məsələləri” mövzusu üzrə doktorluq işi üzərində çalışır. Qeyri-qolonom dinamiki sistemlərin triboloji kriteriya üzrə optimal idarə etmə məsələlərinə keyfiyyət təhlili və idarəetmə prob-lemləri doktorluq dissertasiyasının elmi istiqamətini təşkil edir.

V.Sadıxov nəşr olunmuş 27 elmi əsərin müəllifidir. Onlardan 12-si məqalədir və 4-ü xaricdə nəşr olunub.

Friksion ötürməli qeyri-qolonom mexaniki sistemlərin optimal idarəetmə məsələləri sahəsində apardığı elmi araşdır-malarda diqqətəlayiq nəticələr ala bilmiş və onları Rusiya, Belarusiya, ABŞ-ın nüfuzlu jurnallarında nəşr etdilmişdir.

1995-ci ildən Azərbaycan Texniki Universitetində (AzTU) “Yungül sənaye maşınları” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1997-ci ildən AzTU-nun “Maşın detalları və Yük qaldıran və nəql edici maşınlar” kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2007-ci ildən “ARCON ” MMC şirkətində Memar vəzifəsində işləmiş və onun bir sıra layihələrdə fəal iştirak etmişdir. 2012-ci ildə AMEA Riyaziyyat və Mexanika Institutun “Hesablama Riyaziyyatı və İnformati-ka” şöbəsində proqramlaşdırıcı mühəndis vəzifəsində işə başla-mışdır. Həmin ildən Qusar, Xaçmaz, Qobustan, Xızı, Naftalan, Bərdə, Yevlax, Şirvan, Salyan və Neftçala rayonlarında su təc-hizatı və kanalizasiya sistemləri üzrə infrastruktur layihələn-dirmədə, Hidrotexniki qurğularda, İçməli su anbarları, xlorlama binaları, tənzimləmə otaqları, nasosxanalar, İçməli və çirkab su təmizləyici komplekslərinin, İnzibati və İstehsalat binalarının layihələndirməsində layihəçi və məsləhətçi kimi iştirak etmiş-dir.

2017-ci ildən həmin şöbənin elmi işçisi vəzifəsində çalışır.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə