Bizim Dijital Matbaa 160x244 Şablon


Ələsgərzadə Lütvəli Rəhim oğlu



Yüklə 3,2 Mb.
səhifə2/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   2   3   4   5   6   7   8   9   ...   97
Alimler EN SON tamversiya GUNEL

Ələsgərzadə Lütvəli Rəhim oğlu

Lütfi Zadə

(1921-2018)

4 fevral 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. Lütvəlinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb, ticarətlə məşğul olmuşdur. Anası Feyqa Maiseyevna Kareman (1897-1974) yəhudi əsilli uşaq həkimi olmuşdur.

Lütfi Zadə uşaqlıq dövrünü İçərişəhərdə keçirmişdir. O, ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının iran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara əsasən 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehran şəhərinə köçüb. Rus dilli məktəbin üçüncü sinfini bitirmiş Lütfi Zadə Tehrana köçdük-dən sonra təhsilini Amerikalıların Albors missioner məktəbin-də davam etdirmişdir. Orta məktəb təhsilini başa vurduqdan sonra Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olmuşdur. 1942-ci ildə Tehran universitetini əla qiymət-lərlə bitirərək mühəndis–elektrik ixtisası almışdır. Çox keçmir ki, Lütfi Zadə ABŞ-a gedərək orada Massaçusets Texnologiya İnstitutunu bitirib.

1949-cu ildə Lütfi Zadə Nyu-Yorkdakı Kolumbiya Uni-versitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Lütfi Zadə bu universitetdə elektron mühəndisliyi üzrə 1948-ci ildə magistr, 1957-ci ildə isə professor dərəcəsi almışdır. Həmin vaxt Lütfi Zadə məhşur alim, Kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya bu statdakı Berkli Universitetinə getmişdir. 1959-cu ildən başlayaraq tanınmış alim Berkli Universitetində kafedra müdiri kimi fəaliyyət göstərmişdir.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyə-si məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya el-mində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyədə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır. 1960-cı ildən başlayaraq Lütfi Zadə qeyri-səlis məntiqlə məş-ğul olmuşdur. Lütfi Zadəyə qədər hökm sürən Bul məntiqində ümumiyyətlə digər Avropa ölkələri məntiqçilərinin təfəkkürün-də hər bir hadisə və ya söylənilən mülahizə ya tam yalandır; yaxud tam doğrudur. Həmin məntiqin qanunlarına görə bildi-yimiz və təsəvvür etdiyimiz hər şey ya dəqiq olaraq yaxşıdır, ya da dəqiq olaraq pisdir. Lakin Lütfi Zadənin qeyri-səlis məntiq ideyasına görə yaxşı ilə pis arasında digər çalarlar da vardır. Yəni, mütləq yaxşı və mütləq pis anlayışları yoxdur. Bunlar arasında yaxşıyabənzər və pisəoxşar digər keyfiyyət fərqləri də vardır. Həm də bu keyfiyyətlər istənilən sayda ola bilər. Həmçinin sonlu və sonsuz çoxluqlar arasında dəqiq sərhədlər yoxdur. Elementlərin sayı sonlu, lakin kifayət qədər böyük ədədlə ifadə olunan çoxluqlar mövcuddur. Eyni zamanda sonsuz çoxluqlar arasında daha böyük gücə malik olan çoxluqlar vardır. Buradan da qeyri-aşkar çoxluqlar, qeyri-səlis məntiq anlayışları meydana gəlmişdir.

Lütfi Zadənin qeyri-aşkar çoxluq və qeyri aşkar məntiq nəzəriyyəsi Kibernetika, İnformatika, elektronika və kosmik texnikanın inkşafında yeni dövrün baçlanğıcını qoydu.

Aparıcı dünya ölkələri tərəfindən tətbiq olunan bu nəzə-riyyə 1965-ci ildə işlənib, hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməyib. Lakin XX əsrin 80-ci illərindən yapon alimlərinin diqqətini bu nəzə-riyyə cəlb edib və onlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi Gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın “Mitsubi-shi” , “Toshiba”, “Sony”, “Canon” , “Sanyo”, “Nissan”, “Hon-da” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzə-riyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşın-lar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub.

Amerikalılar da qeyri-səlis məntiq nəzəriyyəsinin qiymə-tini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Dupont”, “Kodak” və başqa şirkətlər tərəfindən istehsalatda geniş tətbiq olunur. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvinistikada, siyasətdə, fəlsəfədə, sosiolo-giyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur.

Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental nəzəriyyə təklif edib. “Təəsuratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən komputer nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” və “Soft Kompyutinq”.



Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə informasiya və kommunikasiya  sistemləri-nin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. Lütfi Zadə 50-dən çox sanballı əsər və məqa-lələrin müəllifidir. Onun əsərləri əsasən ingilis dilində çap olunmuş, sonra isə bir çox dillərə tərcümə edilmişdir. Lütfi Za-dənin “Xətti sistemlər nəzəriyyəsi “adlı fundamental əsəri 1970-ci ildə “Qeyri-səlis çoxluqlar və imkanlar nəzəriyyəsi” adlı başqa bir əsəri 1986-cı ildə Moskvada çap olunmuşdur. Qeyri-səlis çoxluqlar və qeyri səlis məntiq nəzəriyyələri dünya-nın bir çox riyaziyatçılarının diqqətini cəlb etmiş, bu nəzəriy-yələrə aid 3000-dən artıq əsər və iri həcmli məqalələr çap etdi-rilmişdir.

Lütfi Zadə nəzəriyyələri barədə dünyanın məşhur alimləri qiymətli fikirlər söyləmiş, öz əsərlərində ona istinad etmişlər. Onun nəzəriyyələrinə həsr edilmiş bir çox beynəlxalq konfrans-lar və konqreslər keçirilmişdir. Lütfi Zadə bir çox ölkələrin Elmlər Akademiyasının üzvü, universitetlərinin fəxri professo-ru seçilmişdir.

1965-ci ildə Azərbaycan EA-nın prezidenti Z.Xəlilovun dəvəti ilə Bakıya gəlmiş Lütfi Zadə ilə ilk görüşündən sonra prezident demişdir: “Lütfi Zadə dahi N.Tusidən sonra Azər-baycan xalqının yetirdiyi ən böyük alimdir”

2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət sahəsi üzrə təsis etdiyi müka-fatların təqdim etmə mərasimi keçirilib.  Fond tərəfindən İnfor-masiya - Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb. 

2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb. Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muze-yində sərgilənib.

Hal-hazırda Azərbaycanda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası təsis edilmişdir. Bu Akademiyanın prezidenti Respublikanın adlı-sanlı alimi professor Rafiq Əliyevdir. R.Əliyev bu günlərdə Lütfi Zadə irsinin tətqiq və təbliği, öyrənilməsi istiqamətində həddindən artıq böyük addım atıb.

Lütfi Zadə professor Rafiq Əliyevə kifayət qədər böyük məbləğ maddi miras qoymuşdur. Professor həmin məbləği bir başa Lütfi Zadə irsini təbliğ və tədqiq edən beynəlxalq elmi- mərkəzə Lütfi Zadə irsi və süni intellekt Assosasiyasına bağışlayıb. Bağışlanan maddi vəsaitlə Lütfi Zadə irsinin tətqiq və təbliği ilə yanaşı gənc tələbələrə və elmi araşdırmalara müvafiq yardımlar ediləcək.

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzə-riyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə 6 sentyabr 2017-ci ildə 96 yaşında vəfat etmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevin təşəb-büsü ilə Lütfi Zadənin nəşini Bakıya gətirilmiş və Birinci Fəxri xiyabanda dəfn edilmişdir. Lütfi Zadənin vəfatı bəşəriyyət üçün böyük itgi oldu. Lakin Lütfi Zadədən sonra onun elmi irsi və nəzəriyyələri yenə də bəşəriyyətə xidmət etməkdədir.





Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə