Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə3/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   2   3   4   5   6   7   8   9   ...   97
Alimler EN SON tamversiya GUNEL

Abbasov Nazim

Tanrıverdi oğlu

(1930-2004)

01 aprel 1930-cu ildə Ağstafa rayonunun Marksovka (indiki Xətai) kəndində anadan olmuşdur. O, 1949-cu ildə S.M. Kirov adına 22 saylı Ağstafa də-mir yol orta mək-təbini qızıl medalla bitirmişdir. Həmin ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Fizika-riyaziyyat fa-kültəsinə daxil olmuş, 1954-cü ildə universiteti bitirib riyaziy-yatçı ixtisasını almışdır. Universiteti bitirdikdən sonra, S.M.Ki-rov adına Azərbaycan Dövlət Universitetinin həndəsə ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1954-1957-ci illərdə aspi-ranturada oxumuşdur.

Abbasov Nazim Tanrıverdi oğlu 1959-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında pro-fessor B.A.Rozenfeldin elmi rəhbərliyi altında “Kvazi qeyri-evklid fəzaların hərəkətləri qrupunun spin təsviri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

N.T.Abbasov əmək fəaliyyətinə 1957-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Həndəsə və cəbr” ka-fedrasında assistent kimi başlamış, 1959-1964-cü illərdə həmin kafedrada baş müəllim işləmişdir. N.Abbasov 1964-cü ildə ”Həndəsə və cəbr” kafedrası üzrə dosent, 1978-ci ildə isə ”Hən-dəsə” kafedrası üzrə professor elmi adlarına layiq görülmüşdür.

1972-2004-cü illərdə ”Həndəsə” kafedrasının müdiri və eyni zamanda, 1978-2004-cü illərdə həmin kafedranın professo-ru vəzifələrində çalışmışdır. Səhhəti ilə əlaqədar olaraq 2004-cü ildə ”Həndəsə” kafedrasında professor-məsləhətçi vəzifəsinə keçirilmişdir.

Çoxsaylı məqalələrin və həndəsə fənninə aid bir sıra dərs vəsaitlərinin müəllifidir.

N.T.Abbasov 1980-cı ildə Azərbaycan Dövlət Universi-tetinin 60 illiyinə həsr olunmuş xatirə medalı və nişanı, 2000-ci ildə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

N.T.Abbasov 19 noyabr 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə