Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə7/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   2   3   4   5   6   7   8   9   10   ...   97
Alimler EN SON tamversiya GUNEL

Axundov Ədalət

Yavuz oğlu

(1949)

01 iyun 1949-cu ildə Azərbaycan Respublikasının Naxçı-van şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı Dövlət Uni-versitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni bitirərək riyaziyyatçı, riyaziyyat müəl-limi ixtisasını almışdır. O, 1976-cı ildə Azərbaycan Milli Elm-lər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspi-ranturasına daxil olmuş, 1981-ci ildə “Qeyri-məhdud oblast-larda xətti və kvazi xətti parabolik tənliklər üçün tərs məsələlər” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elm-ləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır. 2008-ci ildə “Xətti və kvazi xətti elliptik və parabolik tənliklər üçün tərs məsələlər” mövzusunda dissertasiya işini müdafiə edərək riya-ziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 2013-cü ildə professor elmi adını almışdır. Riyazi fizika tənlikləri üçün tərs məsələlər nəzəriyyəsi sahəsində tanınmış mütəxəsisdir, bu sahə-yə aid 50-dən artıq məqalənin müəllifidir. 10-dan artıq elmi mə-qaləsi xarici ölkələrdə dərc edilmişdir. Rusiya, Ukrayna, Bolqa-rıstan, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilmiş müxtə-lif elmi konfrans və simpoziumlarda iştirak etmiş, məruzələr et-mişdir. Ədalət Axundov tərəfindən xətt, yarımxətti, kvazixətti parabolik tənlik-lər və tənliklər sistemi üçün əmsallı tərs mə-sələlərin “şərti” kor-rektliyi araşdırılmışdır. Bu məsələlər Ə.Axundovun əsas elmi nailiyyətləridir. 62 elmi məqalənin müəllifidir. Onun 24 məqaləsi respublikadan kənarda dərc edil-mişdir.

Ədalət Axundov əmək fəaliyyətinə 1971-ci ildə Azər-baycan Texniki Universitetinin "Ali Riyaziyyat" kafedrasında müəllim kimi başlamışdır. 1984-cü ildən həmin kafedranın dosenti olmuşdur. 2002-ci ildən AMEA Riya-ziyyat və Mexa-nika İnstitutunda çalışır. Hal-hazırda həmin institutda təhsil şöbəsinin müdiri vəzifəsində işləyir.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə