Bizim Dijital Matbaa 160x244 Şablon


Babayev Arzu Məlik-Baxış oğlu



Yüklə 3,2 Mb.
səhifə15/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   11   12   13   14   15   16   17   18   ...   97
Alimler EN SON tamversiya GUNEL

Babayev Arzu Məlik-Baxış oğlu

(1963)

 28 noyabr 1963-cü ildə Bakı şəhərində anadan olmuş-dur. 1981-ci ildə Bakı şəhəri 158 saylı orta məktəbi bitirmiş, 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Univer-sitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1987-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitir-mişdir.  2001-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitunun dissertantı olmuş və 2004-cü ildə isə akademik A.C.Hacı-yevin rəhbərliyi ilə həmin institutunun nəzdindəki müdafiə şurasında "Dəyişənlərinin sayı az olan funksiyaların kombina-siyası ilə ən yaxşı yaxınlaşma" mövzusunda namizədlik disser-tasiyası müdafiə etmişdir.  "Riyazi analiz" ixtisası üzrə fizika-ri-yaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. Hazırda Le-beq fəzasında dəyişənlərinin sayı az olan funksiyaların kombi-nasiyası ilə ən yaxşı yaxınlaşmanı tapmaq, professor M-B.Ə.Babayev tərəfindən ilk dəfə verilmiş dəqiq annulyator anlayışının köməyi ilə ən yaxşı yaxınlaşmanın qiymətləndi-rilməsi, həqiqi oblastlarda Ridge funksiyalarla yaxınlaşma mə-sələləri mövzusunda elmi tədqiqat işləri aparır. 14 elmi məqa-lənin müəllifidir.

A.Babayevin əsas fəaliyyət istiqaməti çoxdəyişənli funksiyaların Ridge funksiyaları, Neyron şəbəkələr, xətti və qeyri-xətti superozisiyalarla yaxınlaşma, funksional fəzalar üçün daxilolma teoremləri və s. istiqamətlərdir. Arzu Məlik-Baxış oğlu Babayev əmək fəaliyyətinə orta məktəbi bitirdikdən sonra başlamışdır. Bir il müddətində əvvəl “Kaspmor-neft-qazprom” ümumittifaq təşkilatının hesablama mərkəzində, sonra isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunda çalışmışdır. Univer-siteti bitirdikdən sonra da, yəni 1987-ci ildən 1996-cı ilə qədər AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunda texnik, mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir. 1996-cı il noyabr ayından isə insti-tutunun “Funksional analiz” şöbəsində, sonra isə “Funksiyalar nəzəriyyəsi” şöbəsində böyük laborant, kiçik elmi işçi vəzifələrində, hal-hazırda isə böyük elmi işçi vəzifəsində çalışır.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə